Metronun 'Hezi Aslanov' stansiyasinda eskalator esasli temire dayandirilir

[r32]

12 Noyabr, 2017  17:33 xeber – Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında “ET-5M” markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq.
Bakı Metropoliteni” QSC-dən “Report”a verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.
Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.
“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

mənbə :
Report.az