Liviya OPEC+ anlasmasinin uzadilmasinin lehinedir

[r32]

13 Noyabr, 2017  18:49 xeber – Liviya neft hasialtının azaldılması ilə bağlı OPEC+ anlaşmasının 2018-ci ilin sonuna qədər uzadılması ideyasını dəstəkləyib. “Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Liviyanın OPEC-in İdarə Heyətində nümayəndəsi olan Məhəmməd Aun verib.
Qeyd edək ki, Liviya və Nigeriya OPEC+ anlaşmasından müvəqqəti olaraq azad olunub. Bu iki ölkədə neft hasilatı baş verən daxili problemlər səbəbindən kəskin azaldığından, OPEC bu ölkələrə hasilat həcmini əvvəlki səviyyəyə çatdırana qədər möhlət verib.
Xatırladaq ki, noyabrın 30-da Vyana şəhərində OPEC və ona üzv olmayan ölkələrin növbəti sammiti keçiriləcək. Sammitdə OPEC+ anlaşmasının müddətinin (2018-ci il martdın 31-dən sonrakı dövr üçün) uzadılması müzakirə olunacaq.

mənbə :
Report.az