Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“İcazəni FHN verir” – İcra başçısından yanğın müsahibəsi

“İcazəni FHN verir” – İcra başçısından yanğın müsahibəsi

22/05/2015

15:49

bineqediicraAzadlıq.az” üç gün əvvəl Binəqədi rayonunda baş vermiş yanğınla bağlı rayon icra başçısı Xaləddin İsgəndərovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

Başçı müsahibədən əvvəl binadakı vəziyyətlə bağlı məlumat verib

– Son durum belədir ki, hər kəs yerləşdirilib, dəfn mərasimləri təşkil olunub. Hansı bina ilə bağlı ekspert rəyi verilib ki, üzlüyü sökülsün, onlarla bağlı prospektdə bu gündən söküntülərə başlanılıb.

– Analoji binalar var ki, onların da üzlükləri həmin materialdan hazırlanıb. Onlarla bağlı qərar necədir?

– Hamısına bir-bir baxılır, ekspert o gündən rəyini verib. Hansına ki, rəylər verilib ki, üzlükləri sökülsün, onları sökürlər. Hazırda 5 binada söküntü başlanıb.

– Azadlıq prospektindəki binalarda da?

– Bəli, həmin 16 mərtəbələrdə. Dördündə başlanıb, birində də artıq başlanır.

– Onlar söküləndən sonra yerinə nə vurulacaq?

– Hələ bilmirəm nə qərar verəcəklər. Fövqəladə Hallar Nazirliyi də baxacaq, qərar verəcək. İlkin qərar budur ki, boya ilə olacaq. Amma indi hələ dəqiq deyil.

– Təkliflərdən biri budur ki, üzlüklər çəkilənə qədər binaların yanına polislər qoyulsun. Bir başqa məmur təklif edir ki, yanğınsöndürən maşınlar binaların yanında hazır vəziyyətdə saxlanılsın və sair… Siz necə düşünürsüz, bu təklifləri həyata keçirmək olarmı?

– Fövqəladə hallar naziri də cənab prezidentə müşavirədə bildirdi ki, özləri də o binalarla bağlı xüsusi “naryad” ayırıblar, binalar nəzarətdə saxlanılır. Yəni nazirlik bunu nəzarətə götürüb. Özünüz də bilirsiniz ki, bina yanarsa, onun yanma təhlükəsi o qədər sürətlidir ki, adi yanğın söndürən maşınla alovun qarşısını almaq çətindir. Bununla paralel, ekspertin sökülmə rəyi verdiyi binaların üzlüklərinin də sökülməsi gedir.

– İddia var ki, üzlükləri kafel kimi divara xüsusi mata ilə yapışdırmaq lazımdır və ancaq bu halda təhlükəsiz olar…

– Onu mən deyə bilmərəm. Bunu Fövqəladə Hallar Nazirliyi deyə bilər. Bu sahə üzrə fəaliyyət göstərən şirkətlər var. Onlara xüsusi lisenziya verilir – olar, olmaz, necə olar… Bu, mənim işim deyil. İcra hakimiyyəti olaraq baxırıq ki, hansının sertifikatı var, yoxdur. İşləməyə xüsusi lisenziyası varmı? Biz bu sahə ilə məşğuluq. Yoxsa ki, kimsə gəlsin ki, belə gözəldi, yaraşıqlıdır… Biz bununla iş görmürük ki…

– Amma baş prokuror dünənki iclasda bunun əksini deyib. Bildirib ki, bu şirkətlərin icazəsi olmayıb…

– Yox, onlara sertifikat verilib. Necə yəni verilməyib? Baş prokuror isə dedi ki, onlarla müqavilə imzalanmayıb.

– O müqavilə kiminlə imzalanmalı idi?

– O müqavilə sahibi həbsdə olan şirkətlə imzalanmalı idi. Bütün binaları üzləyən o şirkətlə. Bilirsiniz ki, şəhərin bir çox yerində çoxmərtəbəli binalardan tikilib. O şirkət də bu üzlənməni həyata keçirirdi. Fövqəladə Hallar Nazirliyi də gəlib baxıb. Birmərtəbəli bina deyil ki, kiminsə görmədiyi iddia edilsin. Hər bir kəsin gözünün qabağında tikilib. Bizsə sertifikata baxandan sonra icazə vermişik ki, üzlənmə işi aparılsın.

– Bu binalar sizin Binəqədi rayon icra başçısı təyin olunmanızdan sonra üzlənib?

– Bəli.

– Prezidentin keçirdiyi sonuncu iclasda sizin iştirak etməməyiniz də bir çox versiya və şayiələrə səbəb oldu…

– Xeyr, siz də gördünüz ki, orda ancaq yaradılan komissiyanın üzvləri iştirak edirdilər.

– Siz o komissiyanın üzvü olmalıydızmı?

– Mən onu deyə bilmərəm, çünki bu, cənab prezidentin səlahiyyətindədir. Mən nə deyə bilərəm?

– Kompensasiya və kirayə pullarının ümumi həcmi nə qədərdir? Onların paylanması prosesi nə zaman başlanacaq? Hesablamalar yekunlaşıbmı?

– Xeyr, hələ hesablama gedir. Binalar çıxarılır, əhali sayı, mənzillərin sahəsi-filan… Hələ bilinmir. Maliyyə Nazirliyi hələ onun üzərində iş aparır, hesablama yekunlaşmayıb.

– Çünki Hacıbala Abutalıbov dedi ki, hər sakinə 1000 manat olmaqla pul vermişik.

– 1000 manat ilkin olaraq verildi ki, əyin-baş yoxdur. İndi qərargah yaradılıb, sakinlər müraciət edir, biz onları yerləşdiririk. Kimin ki, burda uşaqları oxuyur, özləri bu yaxın ərazidə işləyirlər, onlar müvəqqəti də olsa uzaq yerə köçmək istəmirlər. Məsələn, Goradilə, Bilgəhə… Məsələn, onlara bu yaxınlıqda ev tuturuq, kirayə pulunu da veririk. 1000 manat da əlavə. Gedib orda kirayədə qalırlar. Hər birinin ünvanı da nəzarətimizdədir ki, hər dəqiqə əlaqə saxlayıb, nə problemləri olduğunu öyrənək. Biz bunları özlərinin istəyi ilə edirik.

– Axşamlar insanlar bura gəlib, gül qoyur, bir yerə yığışır və kədərlərini bu formada ifadə edirlər. Amma hər dəfə polislər və mülki məmurlarla əhali arasında qarşıdurma yaranır. Bunun sivil formada həll yolu varmı?

– Qarşıdurma olmur. Bilirsiniz necədir? Heç kim istəmir ki, orda təxribat olsun və sair. Amma adət-ənənəmiz var, insanlar yanğında həyatını itirib, dəfn olunub, gedib orda da gül qoya bilərlər. İnsanların hərəsi öz ağrısını, kədərini bir cür nümayiş etdirir. Bu gün mənə 100 yerdən zəng edib, başsağlığı verirlər. Allaha and olsun, indi sizinlə danışıram, amma elə bilirəm, öz evimdən 15 meyit çıxıb. O vəziyyətdəyəm, inanın, özümdə deyiləm. Bina da, dünya malı da… hamısı gəldi-gedərdi. Amma o insanların ölümü böyük faciədir. Mən neçə gündür hadisə yerindəyəm, orda da olmalıyıq. O uşaqların şəklinə də baxırsan, ürəyin ağrıyır. İnsanlar da hansısa formada gəlib öz kədərlərini ifadə edirlər. Sadəcə, polis kütləviliyin olmasını istəmir ki, birdən kimsə təxribat törədər. İlk əvvəl bir az anlaşılmazlıq yarandı ki, təxribat olmasın-filan. Amma indi heç bir problem yoxdu, insanlar gəlib-gedə bilər.

– Bu yanğın hadisəsindən sonra qəzetlərdə də belə versiyalar yer alır ki, ayrı-ayrı məmurlar hədəfə alınıb. Sizi də belə bir təhlükə gözləyirmi? Şəxsən özünüzə hər hansı bir irad olubmu?

– Deyə bilmərəm. Siz jurnalistsiz, siz araşdırın, mən nə deyim? Şəxsən mənə heç bir irad olmayıb. Çünki bu binalar 3 ildir ki, üzlənib. Olsaydı bu müddət ərzində olardı. Yeni başlamamışam ki, indi irad bildirilə. Mən Binəqədi rayonuna icra başçısı təyin olunandan 15 gün sonra binaların üzlənməsi başlanıb. Amma yenə də istintaq gedir, nə olacaq, bilmirəm.

– Binaların üzlənməsi konkret kimin tapşırığı ilə oldu?

– Ölkədə, hər bir yerdə abadlıq işləri gedir. Biz də bununla bağlı layihələrimizi vermişik, işlər gedib. Yəni belə… Xüsusi bir tapşırıq olmayıb bununla bağlı. Hər bir kəsə tapşırılıb ki, gedin orda xidmət eləyin. Biz də baxıb görmüşük ki, ən çox buna tələbat var, bundan istəyirlər, biz də belə eləmişik. Mən də bunun tərkibini bilə bilmərəm. Sadəcə, baxmışam ki, sertifikatı var. Ona görə də qərar vermişik ki, binalarımız bu üzlüklərlə daha gözəl görünəcək, ondan binanın üzünə çəkmək lazımdır. Özünüz də görürsünüz ki, bu üzlüklərin görüntüsü necə də gözəl idi…

– O üzlüklərin tərkibi, keyfiyyəti ilə bağlı daha öncədən ekspertiza keçirilməmişdi ki?

– Onu deyə bilmərəm. Fövqəladə Hallar Nazirliyinin sertifikatı var, mən sertifikatına baxıb, razılıq vermişəm.

– Üzlüklər çəkiləndən sonra Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar qurumlar işə baxıb, onu təhvil aldılarmı?

– Onu şirkətlə özləri eləməlidirlər. Bu, icra hakimiyyətinin işi deyil. Onlara işləməyə icazəni, lisenziyanı Fövqəladə Hallar Nazirliyi verir. Bu gün bütün tikintilərə icazəni həmin nazirlik verir.

– Bəs Bakı Şəhər İcra Hakimiyyətinin üzlənmə prosesində hər hansı iştirakı olubmu?

– Konkret burda yox.

– Məlum yanğından zərərçəkmiş ailələrin sizinlə birbaşa ünsiyyəti, müraciət etməsi mümkündürmü? Necə əlaqə saxlaya bilərlər sizinlə?

– Qərargahımız var. Ola bilər ki, yasa, digər işlərlə bağlı harasa gedib-gələk. Hər an orda olmaya bilərik. Amma qərargah 24 saat fəaliyyət göstərir. Onunla bağlı kimin müraciəti olursa, mənə çatdırırlar, mən dərhal əlaqə saxlayıram. Belədə də bütün gün xalqın yanındayam.

– Özünüz bu hadisənin araşdırılması üçün daxildə bir komissiya yaratmısızmı?

– Xeyr, amma cənab prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu iş araşdırılır. Mənim yeni komissiya yaratmağım… xeyr, yaratmamışam.

– İlkin versiyalar nədir? Hansı səbəbdən baş verib bu yanğın, bilmirsiniz?

– Müxtəlif versiyalar deyilir. Bunun özü də bir sualdır ki, qısa müddətdə, belə bir yerdə yanğın necə başlanıb, necə şiddətlənib və sair… Mən deyə bilmərəm, istintaq gedir, nəticələri də istintaq deyə bilər…

Azər AYXAN, Sevinc TELMANQIZI – musavat.com

Mənbə: Yeni Müsavat


Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website