Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

MOK-un vitse-prezidenti Xezer İsayev: “Şexsi proqnozuma göre, Avropa Oyunlarında 20-22 medal qazanacağıq”

MOK-un vitse-prezidenti Xezer İsayev: “Şexsi proqnozuma göre, Avropa Oyunlarında 20-22 medal qazanacağıq”

22/05/2015

17:32


22.05.2015 / 17:27 xeber –

“Bu gün Bakı Avropa Oyunlarını qəbul etməyə hazırdır. Bizim yeni idman qurğularımız, idman bazalarımız buna real sübutdur. Bunlar hamısı onu təsdiq edir ki, tam şəkildə Oyunlara hazırıq”. Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, “Ədalətli Oyunlar” komissiyasının sədri Xəzər İsayev deyib.

 

MOK rəsmisi bildirib ki, iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları üçün təşkilatı işlər başa çatıb: “Bütün idman obyektlərində inşa işləri tam yekunlaşıb. Həm daxildə, həm də bazaların ətrafında müəyyən dizayn işləri qalıb. Bazalar da Avropa Oyunlarına tam hazırdır. Bakıdan kənarda keçiriləcək yeganə idman növü – avarçəkmə yarışlarının baş tutacağı “Kür” Olimpiya Mərkəzinə gəlincə, bu daha populyar bir obyektdir. Bura keçmiş SSRİ dövründə əsas bazalardan biri idi. Yəni, həmin dövr üçün 2 bazadan biri sayılırdı. Həmin baza artıq tam standartlaşdırılıb, Avropa və dünya standartlarına uyğunlaşdırılıb və yarışları keçirmək üçün hansısa çətinlik qalmayıb”.

 

X. İsayevin sözlərinə görə, yığmalarımız təlim-məşq toplanışları başa vurmaq üzrədir və yarış doğma divarlar arasında keçiriləcəyindən onlara böyük ümidlər bəslənilir: “Avropa Oyunlarında ilk dəfə iştirak edirik. Şərt bizim hansısa normativi yerinə yetirməyimiz deyil. Əsas odur ki, bu Oyunları qəbul edəcək və çox yüksək şəkildə keçirəcəyik. Azərbaycanın dünyaya tanınması istiqamətində ən böyük addımlarımızı atırıq. Əlbəttə, idmançılarımızın nəticələri də bizi maraqlandırır. Biz mütləq nəticələr əldə etməliyik. Ümumilikdə, Azərbaycan olaraq, Avropa Oyunlarının ölkəmizdə keçirilməsi və idmançılarımızın doğma divarlar arasında çıxış etməsi, azarkeş amili yüksək əyarlı medallar qazanmağımıza kömək edəcək. Biz Avropa Oyunlarına qatılacaq hər bir federasiyamızdan uğurlar gözləyirik”.

 

MOK-un vitse-prezidenti medal qazanmaq gücündə olduğumuz idman növlərinin adlarını açıqlayıb. X. İsayev bildirib ki, şəxsi proqnozuna əsasən, yığmamız 20-dən artıq mükafat qazanacaq: “Avropa Oyunlarına ölkəmizdə yeni yaradılmış idman növləri ilə də qatılacağıq. Federasiyaların hamısı yarışa ciddi hazırlaşırlar. Öndə gedən idman növlərimizdən gimnastika, güləş, karate, taekvondo, boks və avarçəkmədən medallar gözləyirik. Şəxsi proqnozuma əsasən, bu növlərdə 20-22 medal qazanacağıq. Fikrimcə, bu mükafatlar əldə olunmalıdır”.

 

X. İsayev Avropa Oyunlarında favoritlərlə bağlı sualı da cavablandırıb. O vurğulayıb ki, Olimpiya Oyunlarında medal sıralamasında mübarizə ABŞ və Rusiya yığmaları arasında gedirsə, burada onlara əsas rəqib Almaniya olacaq: “Rusiya hegemon idman ölkəsidir və Avropada medalların çoxunu onlar qazanırlar. Ən böyük favoritlərdən biri Almaniyadır. Onlar “Bakı-2015”ə böyük heyətlə gələcəklər. Bu Oyunlar Olimpiadaya lisenziya xarakteri daşıdığından bütün komandalar üçün həm psixoloji, həm də prinsipial cəhətdən vacibdir”.  

 

MOK rəsmisi yarışla bağlı test yarışlarının da yüksək səviyyədə keçdiyini deyib. O bildirib ki, bu turnirlər Avropa Oyunlarında həmin idman növünün hansı səviyyədə keçirilməsini təsdiqləyən yarışlar hesab edilir.

 

X. İsayev test yarışlarında ciddi nöqsanların qeyd alınmadığını deyib: “Azərbaycan prezidenti Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi komissiya yaradıb. Bildiyiniz kimi, Təşkilat Komitəsinə Mehriban Əliyeva başçılıq edir. Onun rəhbərliyi altında 5 dəfə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki başda olmaqla, Bakıda koordinasiya iclasları təşkil olunub. İlk 2 görüşdə onların işlərin tam şəkildə həyata keçirilib, başa çatmasından şübhəli olması hiss edilirdi. Baxmayaraq, onlar hər bir sahəni çox dəqiqliklə, həssaslıqla çatışmayan məsələləri ortaya çıxarırdılar. Lakin mövcud olan komissiya, dövlətimiz buna tez reaksiya verərək, bütün məsələləri vaxtında həll edirdi”.

 

MOK rəsmisi Azərbaycanın Avropa Olimpiya Komitəsi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən və bunun Yay Olimpiya Oyunlarını da keçirmək üçün Bakının növbəti dəfə namizədliyini verməsində tramplin rolunu oynayacağından danışıb: “Bu səviyyədə Oyunları keçirmək üçün ən azı 7 il vaxt lazımdır. Yəni, qanun bunu deyir. Buna baxmayaraq, prezidentimiz qeyd edib, hətta dünyaya bəyan edib ki, Yay Olimpiya Oyunlarını keçirməyə hazırıq və qadirik. Biz bunun öhdəsindən gələrik. Bu gün reallıq göz qabağındadır. Əlbəttə, Avropa Oyunları ilə bağlı 2 il 7 ay ərzində belə böyük işi görmək, ortaya çıxarmaq, hər bir incəliyini işləmək ən azı qəhrəmanlıqdır”.

 

Olimpiya Oyunlarının məşəli yarışa ilk ev sahibliyi edən Afinadan alovlandırılır. I Avropa Oyunlarının simvolu isə Atəşgah Məbədindən yandırıldığından gələcəkdə bu ənənənin davam etdirilməsi istisna deyil: “Əslində, Atəşgah Məbədi Avropanın atəşyandırma mənbəyi oldu. Mən bunu belə qiymətləndirirəm və belə də görürəm. İnanıram ki, əgər Olimpiya Oyunlarında Yunanıstan yadımıza düşürsə, Avropa Oyunları dedikdə öncə Bakı, Azərbaycan xatırlanacaq. Bu, mahiyyət baxımından eynidir. Ola bilsin ki, növbəti yarışlarda da məşəl burada yandırılaraq, ev sahibi ölkəyə göndəriləcək”.

 

Avropa Oyunlarının təbliğatını yüksək qiymətləndirən MOK rəsmisi bunun Azərbaycan üçün böyük faydasının olacağını deyib: “Məşəlin 60 rayonumuzdan keçməsi ən böyük təbliğatı məsələlərdən biridir. Bu prosesin televiziya, mətbuat, qəzet, jurnal vasitəsilə yenidən insanlara və xarici mətbuata çatdırılması əlbəttə, KİV nümayəndələrinin üzərinə düşür. “Bakı-2015 Avropa Oyunları” Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimovun başçılığı altında bir sıra dövlətlərdə Avropa Oyunlarının istiqaməti, sistematik mexanizmi, ümumiyyətlə tikililər, gedən proseslər barədə müzakirələr aparılıb. Bunun sayəsində xarici mətbuatın da Azərbaycanda keçirilən Avropa Oyunları barədə geniş məlumatı var. Arada zarafatla deyirik ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki artıq irland deyil, azərbaycanlıdır. Çünki Avropa Oyunlarına o qədər marağı var. Bu, Azərbaycan dövlətinin, Milli Olimpiya Komitəsinin, mövcud olan komissiyanın işini yüksək səviyyədə dəqiq və düzgün qurmasından asılıdır. Həmin insanlar Avropa Oyunlarını təbliğ eləməkdən yorulmur, təbliğ etməkdən sevinc hisslərini boğa bilmirlər. Dediyim bu amillər, 2 il 7 ay müddəti, ümumiyyətlə bu proseslərin içərisində şəxsən özlərinin olmasından, çatışmayan məsələlərin ortaya saf, təmiz çıxmasından irəli gəlir. Yəni, bunlar ona görə çox xoşbəxtdirlər ki, bu Oyunların ilkini Azərbaycanda, Bakıda keçirirlər. Təbliğatı da çox sevinclə, məhəbbətlə yerinə yetirirlər”.

 

X. İsayev Avropa Oyunlarında bütün işlərlə yanaşı, təhlükəsizliyin də yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan yarışla bağlı bütün sahələr üzrə işləri peşəkar səviyyədə həyata keçirir: “Oyunların ən önəmli tərəfi təhlükəsizlikdir. Bu sahədə də həm dövlətimiz, həm mövcud komissiya lazım olan sistemi qurub. Yarışı yüksək səviyyədə keçirməyə hazırıq. Qəbul hava limanından başlayaraq, yola salma mərasiminə kimi davam edəcək. Tək 6 min idmançı deyil, çoxsaylı KİV nümayəndələri də paytaxtımıza təşrif buyuracaqlar. Sizə bir informasiyanı da verim ki, Oyunların açılış günü – iyunun 12-də ölkəmizdə dünya idman nazirlərinin iclası da olacaq. Onlar da açılış mərasimində iştirak edəcək, Azərbaycanda gedən bu prosesləri görəcəklər. Yəni, dünyanın ən aparıcı idmançıları ilə yanaşı, ən güclü potensialı olan insanlar da bu Oyunlarda iştirak edəcəklər”.

 

Avropa Oyunları ərəfəsində Olimpiya Komitələrinin rəsmiləri Bakıya dəvət ediləcək. Vitse-prezidentin sözlərinə görə, bu, ilk növbədə Olimpiya Hərəkatı ilə bağlı vacib məsələdir: “Xarici dövlətlərin başçılarının yarışda iştirak etməsi də gözlənilə bilər. Bu, artıq dövlət tərəfindən nizamlanır. İnanıram ki, Avropa olimpiya komitələri və idman nazirləri tam tərkiblə Oyunlarda təmsil olunacaqlar”.

 

X. İsayev Ermənistan yığması ilə bağlı qeyri-müəyyənliyə də aydınlıq gətirib. Onun sözlərinə görə, işğalçı ölkənin tez-tez fikrini dəyişməsi Oyunların keçirilməsinə hansısa təsiri göstərməyəcək: “Avropa Oyunları artıq Bakıda baş tutub. Bu, baş tutmayacaq bir məsələ ola bilməz. Bir neçə dövlətin və ya bir komandanın iştirak edib, yaxud etməməsi bizim üçün çox böyük önəm daşımır. Yəni, Ermənistan bir dövlət olaraq, istəsə gəlib bu Oyunlarda iştirak edə bilər. Biz başqa dövlətlərin təhlükəsizliyini qoruduğumuz kimi onların da gəlib-getməsinə cavabdehlik daşıyırıq. Heyətlə bağlı məsələlər daxili işləridir. Bizə hansı siyahını versələr, kimlərin Azərbaycana gələcəyini bildirsələr, onları digər komandalar kimi qəbul edib, yola  salacağıq”.

 

Ədalətli Oyunlar komissiyasının sədri xalqa müraciət etməyi də unutmayıb. O bildirib ki, “Fair-Play” qaydalarına əməl etmək hər birimizin borcudur: “Gələn qonaqlara qarşı etik normalara, stadionlarda təmizliyə riayət etmək lazımdır. Azarkeşlik etdikdə də həddi qoruyub saxlasınlar. Çünki Oyunlarda baş verən bütün etik qaydalar Azərbaycan xalqının simasını təmsil edəcək”.

 

Vitse-prezident Azərbaycanın Avropa Oyunlarını keçirməklə müsəlman ölkələri arasında da ilkə imza atdığını deyib: “Avropanın tarixinə baxdıqda heç bir müsəlman ölkəsində belə böyük tədbirlər keçirilməyib. Biz həm qitədə, həm də müsəlman ölkələri arasında bu yarışı qəbul etdik və keçirəcəyik. Müsəlman ölkələrində Yay Olimpiya Oyunları da baş tutmayıb. Ola bilər ki, bunun müəyyən səbəbləri var. Ev sahibliyi hüququ hazırlıq, texniki proses, təhlükəsizlik baxımından verilməyə bilər. Bu gün biz Avropa Oyunlarını qəbul etmişiksə, Olimpiadaya yenidən təqdimatımızı verək və çalışaq ki, Yay Olimpiya Oyunlarını Azərbaycanda keçirək”.

 

X. İsayev Azərbaycanın başladığı yolu Hollandiyanın davam etdirməsini müsbət qarşıladıqlarını vurğulayıb. Onun sözlərinə görə, iqtisadi potensial bu gün əsas amillərdən biridir: “Ən güclü dövlətlər bəzən bu Oyunları keçirməyə razılaşmaq istəmirlər. Ona görə ki, orada müəyyən maliyyə xərcləri, iqtisadi potensialla bağlı ardıcıllıq məsələləri var. II Avropa Oyunlarının Hollandiya verilməsi də onların humanist dövlət olmasından irəli gəlir. Bu dövlətdə yarışın keçirilməsi realdır. Hollandların ardınca İngiltərə, Almaniya, Rusiya da Avropa Oyunlarını götürə bilər”.

 

Avropa Oyunlarına ən güclü heyətlə qatılacağımızı bildirən MOK rəsmisi burada “Rio-de-Janeyro-2016” üçün komandamızın formalaşacağını da istisna etməyib: “Oyunlarda əsas heyətlə iştirak edəcəyik. Yarışda həm qələbə qazanmaq, həm də lisenziyalar qazanmaq üçün vuruşacağıq. Çalışacağıq ki, Rio-de-Janeyroya da bu tərkibdə gedək. Hətta burada müəyyənləşə bilər ki, hansı idman növündə kimlər Olimpiadaya yollana bilərlər. Özlərini yaxşı tərəfdən göstərə bilməyən aparıcı idmançılarımız belə burada özlərini doğrultmasalar, Olimpiada şanslarını azaldacaqlar”.

 

Açılış və bağlanış mərasimləri ilə bağlı sirləri açıqlamaqdan imtina edən Ədalətli Oyunlar Komissiyasının sədri yarışa kimi biletlərin tam satılacağına inam ifadə edib: “Açılış və bağlanış mərasimlərinin bəzi detallarını hesab edirəm ki, açıqlamaq olmaz. Bu, həm tamaşaçılar, həm də bizim üçün maraqlı bir tərəfdir. Amma bilirəm ki, çox gözəl bir səviyyədə açılış və bağlanış mərasimləri olacaq. Çünki gedən proseslər bunu göstərir. Xalqımızı dəvət edirəm ki, gəlib iştirak etsinlər, bu hadisələrin canlı şahidi olsunlar. Hər bir şəxsə 6-8 bilet almaq icazə verilir. Hər bir idman növünün, açılış və bağlanış mərasimlərin öz qiymətləri var. Biletlər də ucuzdur. 1 manatdan 10 manata qədərdir. Vətəndaşlarımızın bunu almağa imkanı çatar. Onlar bununla idmançılarımıza azarkeşlik edib, onları dəstəkləyə də bilərlər. Biletlərin satışına gəlincə, böyük hissəsi satılıb. Camaat biletləri almaqda maraqlıdır. Əgər Oyunlara 20-25 gün qaldığı vaxt biletlərin yarı hissəsi satılıbsa, qarşıdakı günlərdə bu tam başa çatacaq”.

 

Güləş üzrə dünya və Avropa çempionu olan X. İsayev pəhləvanlarımızla bağlı proqnozlarını da açıqlayıb: “Bütün məşhur idmançılar istəyirlər ki, Avropa Oyunlarında iştirak etsinlər. Güləş yığmalarımızla bağlı deyə bilərəm ki, qadın və yunan-Roma millimizin hərəsindən 4, sərbəst üsulla güləşənlərimizdən də 3-4 medal gözləyirik. Amma əyarlarını demək bir qədər çətindir. Çalışacağıq ki, qızıl medal çox olsun. Bunun üçün həm Azərbaycan Güləş Federasiyası, həm mütəxəssislər bütün gücümüzü qoyacağıq. Amma bu idmandır, rəqabətdir. Burada hər şey ola bilər. Necə ki, London Olimpiadasında avarçəkənimiz finişə 50 m məsafə qalmış lider olduğu halda medalı əldən verdi. İdmançının gücünü bölüşdürə və ya çatdıra bilməməsi, hansısa funksional məsələlər ortaya çıxır. Yəni, belə maneələr olmasa, biz istəyimizə nail olacağıq”.

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles