ANS-in tanınmş simaları Atletler kendinde – Şekil


xeber –

Bu gün ANS-in tanınmış simaları Bakıda keçiriləcək I Avropa Oyunlarının iştirakçıları üçün salınmış Atletlər kəndində olublar. ANS PRESS-in məlumatına görə, kanalın tanınmış aparıcıları Atletlər kəndində görülmüş işlərlə tanış olublar.

Jurnalistləri Atletlər kəndinin qarşılama şöbəsinin mütəxəssisi Tərlan Məmmədov müşaiyət edib. O, jurnalistlərə salınan məkan barədə ətraflı məlumatlar verib.

Qeyd edək ki, Atletlər kəndində 13 bina salınıb. Oradakı otaqlar hər bir şəraitlə təmin olunub. Otaqlarda yumşaq yataq dəstləri, stol-stul və yaşamaq üçün lazım olan bütün ev əşyaları var. Atletlər kəndində xəstəxana, yeməkxana, idman zalı və s. yaradılıb.

Atletlər kəndi 4 əraziyə bölünüb. Ərazilər rənglərinə görə bölünüb. Rənglər yaşıl, göy, bənövşəyi və qırmızıdır. Ərazinin 500-dən çox işçisi var. Atletlər kəndində 7 istirahət mərkəzi də xidmət göstərəcək.

Atletlər kəndi ilə yaxından tanış olan ANS-in tanınmış simaları yaradılan şəraitdən tam razı olduqlarını bildiriblər. Jurnalistlərə bildiriblər ki, burada 1042 mənzil var. Otaqların ən kiçiyi 3 otaqdan ibarətdir. Ümumilikdə burada 7878 idmançı qala biləcək.

Bundan başqa, kəndin 3 böyük mehmanxanası fəaliyyət göstərəcək ki, bunların yalnız birində milli yeməklər veriləcək.

ANS-in tanınmış aparıcısı Rəşad Abbasov ANS PRESS-ə açıqlamasında Atletlər kəndində gözəl imkanlar yaradıldığını bildirib: “Düzü burada belə gözəl şərait yaradıldığını təsəvvür etməzdim. Əslində buranı Atletlər kəndi yox, Atletlər şəhəri adlandırmaq lazımdır. Burada qalacaq idmançılar eyvandan baxarkən Bakını bütünlüklə seyr edə biləcəklər”.

ANSin tanınmış aparıcısı İrəm Nəbiyeva da görülən işlərin mükəmməl olduğunu bildirib: “Məndə xoş təəssüratlar yarandı. Tam rahat şəkildə deyə bilərəm ki, Azərbaycan idmançıları qürurla qəbul etməyə hazırdır”.

Mənbə : Anspress.com

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir