16 Noyabr, 2017 16:44 xeber – Livanın istefa verƏN baş naziri Səəd ƏL-Həriri Ər-Riyadda Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri ilə görüşüb.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 16-da Moskvada keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Səəd əl-Həriri Ər-Riyadda xarici dövlətlərin təmsilçiləri də görüşür.
Qeyd edək ki, S.Həriri noyabrın 4-də istefa verib. Onun hazırda Səudiyyə Ərəbistanında olduğu bildirilir. O, yaxın günlərdə Livana qayıdacağını deyib.
mənbə :
Report.az