“AFB Bank”in Audit Komitesinin terkibi yenilenib

[r32]

17 Noyabr, 2017  09:07 xeber – “AFB Bank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişikliklər olub.
“Report” banka istinadən xəbər verir ki, indiyə qədər komitənin üzvləri olan Ələkbər Məmmədov və Vüsal Dadaşov vəzifələrindən kənarlaşdırılıblar.
Onların yerinə Famil Kərimov və Haşım Əliyev təyin edilib. Audit Komitəsinin sədri isə yenə də Şadiyyə Amanovadır.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holdinq” MMC-nin İH-nin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur. 
mənbə :
Report.az