17 Noyabr, 2017 22:13 xeber – Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, “Shacman” markalı yük avtomobili “VAZ-2107” markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xismətinin əməkdaşları cəlb edilib. Yaralılardan ikisi “VAZ-2107”-dən çıxarılıb. Daha bir yaralının avtomobildən çıxarılması əməliyyatı davam etdirilir.
mənbə :
Report.az