Berdede iki doyulme hadisesi bas verib

[r32]

17 Noyabr, 2017  23:58 xeber – Bərdə rayonunda iki döyülmə hadisəsi baş verib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisələrin biri şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 30 yaşlı Cəfərov Emin Nurəddin oğlu ağır kəllə-beyin travması ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Başından küt alətlə ağır xəsarət alan E.Cəfərovə tibbi yardim göstərilib və o, travmatologiya şöbəsinə yerləşdirilib.
E.Cəfərovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Rayonun Qaradəmirçi kəndində baş verən digər döyülmə hadisəsində isə 1981-ci il təvəllüdlü Nəsrullayev Rafiq Ələsgər oğlu bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb. R. Nəsrullayevin də vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

mənbə :
Report.az