Ozbekistanin mudafie naziri Silahli Quvvelerin Herbi Akademiyasinda olub

[r32]

18 Noyabr, 2017  09:54 xeber – Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizov və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.
Bu barədə “Report”a Mudafiə Nazirliyindən bildirilib. 
Qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil istiqamətində ikitərəfli əməkdaşlıq sahəsində imkanlar müzakirə edilib.
Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə tanış olub.

mənbə :
Report.az