Zakir Hesenov BEE generali ile gorusub

[r32]

21 Noyabr, 2017  16:32 xeber – Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri qonağa Azərbaycanın uzun illər erməni terrorizmi, separatizmi ilə üzləşdiyini, erməni terrorçuları tərəfindən respublikanın dinc əhalisinə qarşı onlarla terror aktlarının törədildiyini və Ermənistanın terrorizmi dəstəkləyən ölkə olduğunu vurğulayıb.
Ölkələr arasında hərbi təhsil, hərbi sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığın müzakirə olunduğu görüşdə onun inkişafı üçün geniş perspektivlərin mövcudluğu qeyd edilib. Bildirilib ki, bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də Azərbaycan-BƏƏ əməkdaşlığının genişləndirilməsi ölkələr arasında münasibətlərin dərinləşməsinə, eləcə də regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfə verəcək.

mənbə :
Report.az