Goranboyda ağır qeza: yaralılar var


xeber –

Goranboy rayonunun Borsunlu kəndində ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, qəza zamanı “Mercedes” markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.

Hadisə yerinə dərhal FHN-nin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yaralı vəziyyətdə olan sürücü və sərnişini xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq adiyyatı üzrə təhvil veriliblər.

Əməliyyat saat 02:38-də başa çatıb.

Mənbə : Anspress.com

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir