Abseronda mal-qarani axtararken yola cixan baci-qardasi masin vurub, biri olub

[r32]

22 Noyabr, 2017  05:59 xeber – Abşeron rayonunda bir piyadanın ölümü, digərinin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirəvan Xansuvar oğlu və bacısı Dünyamalıyeva Qiymət Xansuvar qızı yolu keçmək istəyən zaman baş verib.
Hadisəni “Mercedes” markalı avtomobil ilə hərəkətdə olan Dünyamalıyev Ceyhun törədib. Sürücü hər iki yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsa da, həkimlər N.Dünyamalıyevin həyatını xilas edə bilməyiblər. Digər yaralının da vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.
Hadisə bacı və qardaş örüşdən geri qayıtmayan iki iribuynuzlu heyvanı axtaran zaman qeydə alınıb. Hadisəni törədən sürücü də onların qohumu çıxıb.

mənbə :
Report.az