Guclu qasirga Batumi ve Poti limanlarinin isine mane olub

[r32]

22 Noyabr, 2017  14:42 xeber – Gürcüstanın Qara dəniz sahillərində ötən gecədən davam edən güclü qasırğa Poti və Batumi limanlarının işini iflic edib.
“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, ötən gecədən gəmilərin qəbulu və göndərilməsi əməliyyatları dayandırılıb.
Poti limanının kapitanı Vaxtanq Tavberidze bildirib ki, reyddə dayanan 3 gəmi, həmçinin neft məhsulları yüklənmiş tanker açıq dənizə gedib: “Gecə küləyin gücü 25-28 m/saniyəyə çatıb, dalğaların hündürlüyü isə 6 metri keçib. Hazırda Poti limanında 6 gəmi var, onlardan ikisi limana daxil ola bilib. Güclü külək indi də sakitləşməyib. Dənizdəki fırtına isə təxminən 4-5 bal təşkil edir. Belə vəziyyətin ən azı sabaha qədər davam edəcəyi proqnozlaşdırılır”.
Batumi limanının kapitanı Tengiz Qabiliya bildirib ki, güclü fırtınaya görə Fransanın yelkənli gəmisi də limana daxil ola bilmir və açıq dənizdə qalmağa davam edir.
Qeyd edək ki, Poti Gürcüstanən ən böyük limanıdır və Danimarkanın “AP Moller-Maersk” qrupuna daxil olan “APM Terminals” tərəfindən idarə olunur. Batumi limanı isə Qazaxıstanın “KazTransOil” şirkətinin törəməsi “Batumi Industrial Holdings Ltd.” tərəfindən idarə edilir.

mənbə :
Report.az