Vladimir Putin Suriya meselesi ile bagli yeni teklif verib

[r32]

22 Noyabr, 2017  18:56 xeber – Rusiya prezidenti Vladimir Putin Türkiyə və İranın dövlət başçılarına Suriya məsələsi ilə bağlı yeni təklif irəli sürüb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
“Dağıntıların miqyası olduqca böyük olduğundan, Suriyada quruculuq-bərpa işlərinə dair kompleks proqramın işlənib hazılranması haqqında birlikdə düşünmək olar”, – V.Putin Soçidə Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə görüşdə qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və İran rəhbərləri ilə qəbul edilən birgə qərarlardan sonra yüz minlərlə qaçqın artıq doğma ocaqlarına qayıdır. 

mənbə :
Report.az