'Bank VTB (Azerbaijan)'in Musahide Surasina yeni sedri teyin edilib

[r32]

24 Noyabr, 2017  17:29 xeber – “Bank VTB (Azerbaijan)” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə “Bank VTB”-nin (PSC) İdarə Heyəti sədrinin – prezidentinin müavini Denis Aleksandroviç Bortnikov təsdiq edilib.
“Report” bu barədə Banka istinadən xəbər verir. 
D.Botnikov 20 ildən artıqdır ki, bank sahəsində və bu müddətin 11 ilini VTB Qrupda çalışır. O, ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib. Sankt-Peterburq dövlət iqtisadiyyat universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

mənbə :
Report.az