Tovuz rayonunda yeniyetmelerin Xİ respublika oyunlari cercivesinde cudo yarislarina start verilib

[r32]

27 Noyabr, 2017  20:53 xeber – Bu gün Tovuz rayonunda yeniyetmələrin XI respublika oyunları çərçivəsində cüdo yarışlarına start verilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) “Report”a verilən məlumata görə, turnirin açılış mərasimində ACF-nin, Gənclər və İdman Nazirliyinin rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Natiqlər cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.
ACF ilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 34 klubdan 131 oğlan və 40 qız cüdoçu medallar uğrunda mübarizə aparır.
Yarışın ilk günü qızlarda bütün çəki dərəcələrində (28 kq, 32 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, +63 kq) qaliblər müəyyənləşəcək.
Oğlanların mübarizəsində isə 34 kq, 38 kq, 42 kq və 46 kq çəki dərəcələrində yarışan cüdoçular arasında qaliblərin adına aydınlıq gələcək.
Qeyd edək ki, ümumilikdə, 171 yeniyetmə cüdoçunun mübarizə apardığı yarışa noyabrın 28-də yekun vurulacaq.

mənbə :
Report.az