Abseronda kisi namelum sexse telefonunu vermediyine gore bicaqlanib – FOTO – VİDEO – YENİLENİB

[r32]

30 Noyabr, 2017  09:55 xeber – Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1988-ci il təvəllüdlü Qəhrəmanov Elnur Füzuli oğlu yaşadığı evə daxil olmaq istəyərkən ona naməlum şəxs yaxınlaşaraq mobil telefonunu tələb edib.
E.Qəhrəmanov ona yox cavabı verdikdə, naməlum şəxs E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Növbətçi cərrah Bəhram Zeynalovun “Report”a verdiyi məlumata görə, yaralı əməliyyat edilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

mənbə :
Report.az