Turkiye XİN bascisi: 'Ucterefli formatda gorusler regional emekdasligi ve bas veren prosesleri muzakire etmeye imkan yaradir'

[r32]

30 Noyabr, 2017  11:57 xeber – “Üçtərəfli formatda bu cür görüşlər regional əməkdaşlığı və baş verən prosesləri müzakirə etməyə imkan verir”.
“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşündə deyib.
Görüş zamanı tərəflər belə formatlı əməkdaşlığın və xüsusilə energetika, nəqliyyat və digər sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
M.Çavuşoğlu deyib ki, Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ikinci görüşünün gələn il Pakistanda keçirilməsi planlaşdırılır.

mənbə :
Report.az