20-den cox meshurun rol aldigi film “CinemaPlus”da numayis olunacaq – VİDEO

[r32]

30 Noyabr, 2017  15:40 xeber – “CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-də “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının nümayişi keçiriləcək.
“Report”un məlumatına görə, filmdə 20-dən çox məşhur aktyor, muğənni və rejissor rol alıb.
Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur. Filmin rejissorları Cəfər Axundzadə və Vuqar İsmayılzadə. ProdüserTural Əsədov, baş redaktoru isə Xətai Əlidir.
Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Xalq artisti Faiq Ağayev digər tanınmışlar rol alıb.
Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu yox, qurudulmuş marixuana imiş. Milyonla ölçülən bu “əmanət”in yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

mənbə :
Report.az