Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

ABS Cini bazar iqtisadiyyatina sahib olke kimi tanimir

ABŞ Çini bazar iqtisadiyyatına sahib ölkə kimi tanımır

01/12/2017

19:45


1 Dekabr, 2017  19:39 xeber – ABŞ Çini Ümumdünya Ticarət Təşkilatının (ÜTT) kriteriyalarına uyğun olan bazar iqtisadiyyatına sahib ölkə kimi tanımaqdan imtina edib. “Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu qərar ABŞ-ın Çinə qarşı müxtəlif məhdudiyyətlər və antidempinq rüsumları tətbiq etmək imkanlarını asanlaşdırır.
ABŞ Ticarət Nümayəndəliyinin fikrincə, Çinin bazar iqtisadiyyatına sahib ölkə statusu alması qərb bazarlarının Çin malı ilə doldurulması ilə nəticələnə bilər. Nümayəndəliyin yaydığı sənəddə bildirilib ki, Çin dövləti iqtisadiyyatda önəmli söz sahibidir və daxili bazarı subsidiyalarla təmin edir. Nəticədə, daxili bazarda qiymətlər reallıqdan uzaqlaşır və bazar iqtisadiyyatının qanunları ilə tənzimlənmir.
ABŞ Maliyyə Nazirliyinin xarici əlaqələr üzrə müavini Devid Melpes (David Malpass) bildirib ki, ABŞ Çində gedən liberallaşdırma prosesinin yavaşlaması və ya dəyişməsindən narahatdır: “Belə ki, dövlətin iqtisadiyyatda rolu artmağa başlayıb.”

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website