25.05.2015 / 16:19 xeber –
Mayın 19-da Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğında zərərçəkən jurnalist Sevinc Fədaiyə kompensasiya ödənilib. Bu barədə Lent.az-a jurnalistin həyat yoldaşı Mövlud Mövlud məlumat verib.
O deyib edib ki, bu gün banka gedərək verilən məbləğin bir qismini alıblar: “Ev sahibinə kompensasiya kimi ödənilən 20 min manatdan 7 min 500 manat bizə verildi”.
Mövlud Mövlud həyat yoldaşı Sevinc Fədai səhhəti ilə bağlı danışıb. O, Sevinc Fədainin sətəlcəm xəstəliyə tutulduğunu deyib: “Xəstəliklə bağlı da müraciət olunacaq. Çalışırıq ki, xəsarət görə dəymiş ziyanada maddi yardım verilsin”.
Qeyd edək ki, yanan binada kirayədə qalan jurnalist ailəsinin 3 üzvü – Sevinc Fədai, anası və 40 günlük körpə oğlu yanğın zamanı FHN-nin xilasediciləri tərəfindən binadan çıxarılmışdı.
Mənbə : Lent.az
Şərh yaz.