3 Dekabr, 2017 20:40 xeber – Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
“Report” xəbər verir ki, həftənin son matçında “Səbail” “Zirə”ni qəbul edib.
“Bayıl Arena”da baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 39-cu dəqiqədə Adil Nağıyev vurub.
Bu qalibiyyətdən sonra xallarının sayını 30-a çatdıran “Zirə” 3-cü pillədə qalıb. “Səbail” isə 13 xalla 6-cıdır.
Turun digər oyunlarında “Qarabağ” “Neftçi”ni 1:0, “Sumqayıt” və “Qəbələ” isə müvafiq olaraq “Kəpəz” və “Keşlə”ni 3:0 hesabı ilə məğlub ediblər.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.