Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Erdogan: “İSİD Suriyadan Misrin Sinay yarimadasina gonderilecek”

Ərdoğan: “İŞİD Suriyadan Misrin Sinay yarımadasına göndəriləcək”

05/12/2017

14:00


5 Dekabr, 2017  13:45 xeber – “Suriyanın Raqqa bölgəsində aparılan əməliyyatlar başa çatandan sonra oradakı terrorçu İŞİD qruplaşmasının silahlıları Misirin Sinay yarımadasına göndəriləcək”.
“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədr olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının toplantısında bildirib.
O vurğulayıb ki, Türkiyə NATO-ya üzv dövlətlər arasında terrorçu İŞİD qruplaşmasına qarşı əməli olaraq mübarizə aparan yeganə ölkədir: “Türkiyənin antiterror əməliyyatlarına mane olmaq üçün terrorçulara silah verən müttəfiqimizi necə qəbul edə bilərik?”
Qeyd edək ki, ABŞ və Rusiya Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasından təmizləndiyini bildirib. Bu şəhəri İŞİD özünə “paytax” elan etmişdi. Terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-nin Raqqanı tərk etməsi üçün İŞİD-lə razılaşdığı da təsdqilənib. 

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website