6 Dekabr, 2017 14:56 xeber – Laçın rayonundan olan məcburi köçkünlər Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayət üzrə məhkəmənin Böyük Palatasının qərarının elan olunacağı tarix məlum olub.
Avropa Məhkəməsinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qərar dekabrın 12-də açıqlanacaq.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.