Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Mehriban Əliyeva namizəd ola bilər… –“Eldar Mahmudov xəyanət etməmişdi”

Mehriban Əliyeva namizəd ola bilər… –“Eldar Mahmudov xəyanət etməmişdi”

07/12/2017

12:51


[r32]
“Mənimlə bağlı hətta prezidentin yanına giriblər və deyiblər ki, bu şəxs bizə 2018-ci ildə problem yaradacaq, indidən zərərsizləşdirilməsi lazımdır
“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

(Müsahibənin 2-ci hissəsi əlavə olunub)

– Mehman bəy, azadlığa çıxdıqdan sonra fəaliyyətini bərpa etdiyiniz “Turan”da işlər necə gedir? Qısamüddətli həbs işinizə bir maneçilik yaratdımı?

– İlk olaraq, “Turan”a qarşı irəli sürülən ittiham barədə qısa danışım. Avqustun 7-də Vergilər Nazirliyi bizə qarşı ittiham irəli sürdü ki, guya vergidən yayınmışıq. Ondan sonra səyyar yoxlama başlayır və ardınca cinayət işi başlayır. Vəziyyət getdikcə gərginləşdi. Biz sənədlər hazırlayırdıq, onlar da yoxlamalara gəlirdilər. Bu, artıq “Turan”ın iş rejimini pozmağa başladı. Avqustun 24-də həbs olundum. Həmin günlərdə işçilərimin hamısını istintaqa çağırırdılar və təzyiqlər edirdilər. İstintaq tələb edirdi ki, onlar imza atıb pulu götürmədiklərini, onu mənə verdiklərini desinlər. Çünki başqa şeylər tapa bilmirdilər. Yalnız ifadələr əsasında guya pulları mənimsədiyimi göstərib, məni ittiham etmək istəyirdilər. Bunların heç birini əməkdaşlarım qəbul etmədi. Avqustun 31-də mənə yeni ittiham irəli sürməli idilər. “Turan”ı mütəşəkkil cinayətkar qrup elan etmək istəyirdilər. Bundan sonra ola bilsin ki, bir neçə nəfər də həbs olunacaqdı. Amma məlum səbəbdən bunlar baş vermədi. Çünki 31 avqustda “Vaşinqton Post” və “The Guardian” qəzetlərində yazılar çıxdı. Arxasınca 7 sentyabrda Senatda Mehman Əliyevlə bağlı 581 nömrəli düzəliş qəbul olundu. Orada azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq olunması qərarı verilmişdi. Qalırdı siyahını elan etmək. Mən yaxşı bilirəm ki, o siyahıda kimlər idi. Onunla da məni təcili surətdə azad etdilər. Mənimlə bağlı üç tələb qoyulmuşdu, azadlığa buraxılma, cinayət işinin bağlanması və işin bərpa olunması. Demək olar ki, bunların üçü də yerinə yetirilib. Həbsdə olarkən sərəncam imzaladım ki, sentyabrın 1-dən “Turan”ın maliyyə təsərrüfat işi dayandırılsın. Çünki biz öhdəlikləri yerinə yetirə bilməyəcəkdik, hesabımız bağlı idi, cərimələr tətbiq oluna bilərdi, nəticədə başqa problemlərlə üzləşə bilərdik. Azadlığa çıxdıqdan sonra problemlərimiz yenə qalırdı. Doğrudur, 11 sentyabrda 38 min manat vergidən yayınma ittihamı ləğv olunmuş, amma 4 gün sonra o ittiham bərpa olunmuşdu. Bu onu göstərirdi ki, məni azad edib, amma dolayısı yolla qanunsuzluqlarından əl çəkmək istəmirdilər. Belə ağır vəziyyətdə yenə fəaliyyət göstərir, əsas xəbərləri göndərirdik. Lakin maaşlar yox idi. Əməkdaşlarım inanırdılar ki, azad olunacam. Bunu istintaqda da deyirdilər. Oktyabrın 1-dən fəaliyyətə başlamağa qərar verdik. Elan edən kimi hesabımızı təzədən bağladılar. Sentyabrın 28-də Vergilər Nazirliyinin müavini tərəfindən bizə məktub göndərilir ki, cinayət işi davam edir. O zaman ABŞ-dan və başqa Avropa Birliyi ölkələrindən yeni təpkilər gəldi və onlar məni təcili surətdə axtardılar, sənəd verdilər ki, cinayət işinə xitam verilib. Amma bu vaxta qədər hələ cinayət işinə xitam verilən qərarı ala bilmirik. 38 min vergi ittihamı ləğv olunub, onun da qərarını ala bilmirik. Demək olar ki, oktyabrın ortalarından normal şəkildə işləyirik. Açığı, deməzdim ki, fəaliyyətimizə hər hansı maneçilik var. Həbsimdən əvvəlki heyətlə fəaliyyətimizi bərpa etmişik.

– Sadaladığınız proseslərdə əməkdaşlardan “Turan”ı tərk edən olmadı?

– Əslində bizi tərk edənlər çoxdan gediblər. Məsələn, 2000-ci illərin əvvəllərində “Turan”da 45 nəfər adam işləyirdi. İndi 13 nəfər qalıb. Onlardan 7 nəfəri jurnalistdir. Qalanı texniki işçilərdir. Üç dildə çıxdığımız üçün onların əksəriyyəti də tərcüməçilərdir. Belə vəziyyətdə çalışırıq. Qalanlar əvvəldən “Turan”da işləyənlərdir. Əlbəttə ki, onlar heç yerə qaçan deyillər.

– Şəxsiniz və “Turan” ətrafında proseslərin səbəbləri barədə nə düşünürsüz?

– Bəziləri mən həbs olunanda deyirdi ki, Mehman ruslara bağlı olduğu üçün həbs olundu. Vəziyyət dəyişəndən sonra həmin şəxslər tamam başqa sözlər deməyə başladılar. Özləri bilmirdilər ki, nə danışırlar. Bunu əvvəlcədən demişəm ki, mənə və “Turan”a qarşı gedən bu proses azad Azərbaycan mediasına qarşı aparılan siyasətin məntiqi nəticəsidir. Əslində Azərbaycanda azad medianın formalaşdırılması məsələsi var idi. Bunun kim əleyhinə, yaxud lehinə çıxıb bu başqa məsələ. Amma 24 avqustda həbsimə qərar hakimiyyət səviyyəsində verilib. Sadəcə olaraq, Qərbin, Amerika və Avropa Birliyinin qəti mövqeyi nəticəsində azadlığa çıxdım. Bütün bunlar bu şəkildə baş verdi. Qərb Azərbaycanda azad medianın bağlanmasını, onun nəzarətə götürülməsini istəmir. Mənim hakimiyyətin yuxarı səviyyəsində dəfələrlə danışıqlarım gedib, mənə dəfələrlə təkliflər olunub. Bunların hamısından imtina etmişəm. Bütün bunlara görə “Turan”a qarşı bu cür hücumlar olmalı idi. Mənimlə bağlı hətta prezidentin yanına giriblər və deyiblər ki, bu şəxs bizə 2018-ci ildə problem yaradacaq, indidən zərərsizləşdirilməsi lazımdır. Mən yaxşı bilirəm ki, dəfələrlə mənimlə bağlı məsələ qalxıb, amma heç vaxt həbsimə gedilməyib. Bu gün telekanallara baxın. Əhalinin 15-20%-i kanallara baxır. Əhali türk və rus kanallarına daha çox baxır. Deməli, cəmiyyətimiz türk və rus kanallarının nəzarətindədir. Deməli, Azərbaycan mediasının rolu yoxdur. Sizlər azad mətbuatı qapatmısınız, yaxud nəzarətə almısınız, saytlar yaratmısınız, əvəzində nə etmisiniz? Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib. Jurnalistlərə ev verməklə medianı inkişaf etdirmək olar? Bu gün medianın vəziyyəti çox acınacaqlı bir durumdadır. Media yoxsul, dilənçi gündədir, reketçi olmaq vəziyyətinə salınıb. Bu gün 24 saat efirə gedən kanalı açıblar. Siz 48 saat ərzində nə etmisiniz ki, 24 saat ərzində də nə edəsiniz. Sadəcə, bunlar pul yemək, pul silmək məsələləridir.

– Hacı Məmmədovun intiharı bu günlərdə ölkə gündəmini zəbt edib. Sizin 12 il həbsdə olan tanınmış məhbusun intiharına münasibətiniz daha maraqlıdır…

– Açığı, belə intiharlara inanmıram. Çünki Hacı Məmmədov bir nəfərlik kamerada cəza çəkirdi. Belə vəziyyətdə mühafizə çox ciddidir. O, çox ciddi informasiya daşıyıcısı idi, ciddi şahid idi. Bu baxımdan mənə elə gəlir ki, burada başqa maraqlı şəxslər olub, məhz onlar Hacı Məmmədovu aradan götürüblər. Onun intihar etməsinə inanmıram. İnsan dəhşətli xəstə ola bilər, ağrılara dözməyərək intihar edə bilər, bu ehtimallar azdır. Bu baxımdan hesab edirəm ki, cəmiyyət və dövlət üçün çox ciddi informasiyaya sahib olan şəxs aradan getdi.

– Həbsdə olduğunuz günlərdə və ondan sonra ölkə gündəminin əsas müzakirə mövzularından biri 10 aydan sonra ölkəmizdə keçiriləcək prezident seçkilərinə iddiasını irəli sürənlər var. Sizcə, prezident seçkilərində müxalifət iqtidara alternativ güc olacaqmı?

– Rəsul Quliyev, Hüseyn Abdullayev və başqaları iddialı olduqlarını deyirlər. Hesab edirəm ki, bunlar zarafat deyil. Prezident seçkiləri üçün ən azından beş il fəaliyyətdə olmalısan ki, iddianı ortaya qoya biləsən. Ondan sonra deyə biləsən ki, bu müddətdə mübarizə aparmışam, artıq seçkilərə gedirəm. Uzun müddət proseslərdə yoxsan, indi gəlib ortalığa çıxıb deyirsən ki, prezident olacam. Əksinə, belə hallar proseslərə ziyandır. Əlbəttə, hər bir şəxsin öz azad qərarı var, amma ölkədəki siyasi proseslərə, mədəniyyətə bu cür hallar çox böyük ziyan vurur. Belə proseslər cocuq oyunları deyil. Hesab edirəm ki, iddialı olan siyasi liderlər mübarizəni hər zaman aparmalıdırlar. Seçki, sadəcə, bir mərhələdir. Bu baxımdan hazırda gedən seçki ilə bağlı proseslərə o qədər də ciddi baxmıram. Qarşıdakı seçkilərdə müxalifətin birliyinə gəlincə, müxtəlif fikirlər səsləndirmək olar. Məsələn, son prezident seçkilərində Milli Şura yaradıldı. Bu qurumda müxtəlif siyasi mövqedə olan qüvvələr birləşmişdi, ola bilərdi ki, xarici dairələrə cürbəcür bağlı olan qüvvələr də burada var idi. Bütün bunlar bəlkə də müəyyən qədər anormal sayıla bilərdi, amma faktiki bunlar baş vermişdi. Məlum səbəblərə görə də həmin qurumun sonradan dağılıb getməsi başqa məsələdir. Bir faktı deyim ki, bu seçkilər əvvəlki seçkilərdən fərqlənir. Səmiyyətdə narazılıq var. Bunu nəzərə almaq lazımdır. Xarici təpkilərin olduğu da göz önündədir. Yeni-yeni məsələlər var ki, ortalığa çıxıb. Bunun vasitəsilə də hökumətə təzyiq göstərilir. Bu baxımdan 2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq. Hansı gedişləri edəcəyi məlum deyil. Həm xarici qüvvələrlə, həm də cəmiyyətlə iqtidarın dil tapması əsas rol oynayacaq. Hələ siyasi partiyaları demirəm. Görünən odur ki, hakimiyyət hələ də konstruktiv dialoq qurmaq fikrində deyil. İqtisadi, sosial durumlar da kifayət qədər ağırdır. İnsanlar vəziyyətdən çox narazıdır. Bundan müxalifət də, başqaları da istifadə edə bilər. Prinsipcə, düşünürəm ki, hakimiyyət vəziyyəti görüb, müəyyən addımlar atır.

– Seçkilərə 10 ay qalsa da, müxalifət daxilində bir canlanma yoxdur. Partiyalar arasında da birlik təşəbbüsləri müşahidə edilmir. Demokratik düşərgə bu passivliyi aradan qaldıra biləcəkmi?

– Rəsmi şəkildə bildirilməsə də, müxalifət düşərgəsində bir hissə hesab edir ki, seçkiləri boykot etmək lazımdır, şans görmürlər. Digər tərəf də düşünür ki, seçkilərə qatılıb mübarizə aparmaq lazımdır. Belə bir vəziyyətdə birlikdən söhbət gedə bilməz. Burada cəmiyyətin sosial sifarişinin əsas rol oynayacağını düşünürəm. Bu, olarsa, müxalifətin birləşə bilər. Nəticədə hakimiyyət də ciddi problemlərlə üzləşər. Son prezident seçkilərinin hakimiyyət üçün necə çətin keçdiyi məlumdur. Amerika və Rusiyanın razılığını aldıqdan sonra vəziyyət dəyişdi, Milli Şura dağılmağa başladı və proseslər səngidi. O zaman hakimiyyət müxtəlif vədlər verərək bu prosesləri dəyişmişdi. Sonradan o vədləri yerinə yetirib-yetirməməsi başqa bir məsələdir. Amma onu bilirəm ki, çox vədi yerinə yetirmədilər. Son prezident seçkiləri texniki seçkilər idi. Müsavat və AXCP, sadəcə, bir qədər fəal idi. İlkin olaraq yaranmış Milli Şura formatında seçkilər getmədi. Cəmiyyət də yaxşı bilirdi ki, seçkiləri iqtidar udacaq. Milli Şuranın dağılması da gözləntiləri xeyli aşağı saldı.

II HİSSƏ

– İstər Amerika, istərsə də Rusiya olsun, bu seçkilərdə hakimiyyət qarşısına öz mənafelərinə uyğun sürpriz bir isim çıxara bilərlər?

– Buna inanmıram. Hansı möcüzə ola bilər ki, birdən-birə tanınmayan bir şəxs çıxsın və desin ki, bu xalqın qəhrəmanıyam. Azərbaycanda strukturlaşmış güclü bir hakimiyyət var. Digər tərəfdə isə tanınmış bir müxalifət mövcuddur. Böhran o qədər xaos həddinə çatmayıb ki, kimsə ortaya çıxsın. Məsələn, 1988-ci ildə mitinqlər başlayanda fəhlə olan Nemət Pənahlı meydana çıxmışdı. Bax xaos bu idi. O zaman nə siyasi partiyalar, nə də siyasi xadimlər var idi. Yalnız Kommunist Partiyası mövcud idi. Ona görə birdən-birə Nemət Pənahlı, Etibar Məmmədov kimi simalar ortaya çıxdılar. Belə vəziyyətlərdə bu cür hallar normaldır. İndi amma hər şey idarə olunur, hesablanır, belə bir şəraitdə sürpriz isimlərin meydana çıxması mümkünsüzdür.

– Ənənəvi müxalifət var, bir də siyasi arenaya çıxan yeni qüvvələr var. Məsələn, həbsdəki İlqar Məmmədov, Tural Abbaslı, Əli Əliyev və bu tipli 5-6 siyasi lider. Bu şəxslərin ənənəvi müxalifətdən fərqli olaraq, 2018-ci ildəki şanslarını necə görürsünüz?

– Biz yeni qüvvələr desək də, əslində belə deyil. Məgər İlqar Məmmədov AMİP-in üzvü deyildi? Yaxud başqaları siyasətdə olmayıblar? Gənclər hərəkatları olub, onların rəhbərləri indi yeni qüvvələr sayılırlar. Əslində bu şəxslər sınaqdan keçmiş adamlardır. Onların arxasında bu gün güclü bir sistem, təşkilat da yoxdur. Halbuki bu çox vacib amildir. REAL hərəkatı da yeni deyil. Səhəri gün partiyaya çevrilsələr belə, yeni qüvvə sayılmırlar ki. 20-25 il tarixlərinin olmaması heç nə demək deyil. Digər tərəfdən seçkilərə 10 ay qalır ki, bu da uzun zaman deyil. Bu müddətdə nə baş verə bilər ki, yeni qüvvə meydana çıxsın. Nə olsa ortada olan qüvvələr birləşib, birlik formasında edə bilərlər. Bunun üçün də zamanın sifarişi olmalıdır ki, bunu da hələ ki görmürəm. Proseslər çevik şəkildə dəyişir, bu baxımdan hər şey ola bilər. Bu da hakimiyyətin edəcəyi səhv nəticəsində baş verə bilər.

– Hakimiyyət daxilindən yeni namizədin ola biləcəyi barədə də iddialar var. Bu ehtimal nə qədər yüksək görünür?

– Daha çox fikirləşirəm ki, Mehriban Əliyeva namizəd ola bilər. Düzdür, konstitusiya bir şəxsin bir neçə dəfə namizəd olmasına icazə verir. Amma dördüncü dəfə namizəd olmaq müəyyən çətinliklər hakimiyyətə yarada bilər. Belarusda belə hal ola bilir, çünki qapalı dövlətdir. Bizi demokratiyaya doğru getməyə vadar edirlər. Vitse-prezident təyinatından sonra bu cür iddiaların meydana çıxması gözlənilən idi və hakimiyyət də bunu bilirdi. Bu baxımdan seçkilərə doğru proseslərin daha da intensivləşəcəyini düşünürəm. Bu iddialar gələn il daha aktiv olacaq. Düşünürəm ki, keçid dövrü üçün optimal variant onun namizədliyidir. Referendumun da razılaşdırıldığı hər kəsə məlumdur. Çünki heç bir Qərb ölkəsi buna etiraz etməmişdi. Hətta o zaman Azərbaycana qarşı təzyiqlər birdən-birə səngimişdi. Bu baxımdan daha çox fikirləşirəm ki, Mehriban Əliyeva namizəd ola bilər. Bəziləri də əksini düşünür. İstənilən halda tamam başqa bir namizəd hakimiyyət daxilində görmürəm. Ya indiki prezidentin özü, ya da vitse-prezident namizəd olacaq. İstənilən halda, seçki prosesində Qərbin və Rusiyanın dəstəyini qazanmaq çox vacib olacaq.

– Referendumdan sonra həbsinizə qədər daha çox islahatlardan danışırdınız. Müəyyən dəyişiklər oldu, son olaraq da, Qubanın icra başçısı vəzifəsini itirdi. Bunları islahatların davamı saymaq olarmı?

– İslahatlarla bağlı demişdim ki, hakimiyyət buna getməyə məcburdur və başqa bir yolu da yoxdur. Müəyyən islahatlar aparılır. Amma köklü, gözə çarpan islahatları biz görmürük. İqtisadiyyatın inkişafının qarşısını alan prinsipial məsələlər var ki, burada heç bir dəyişiklik yoxdur. Əslində hakimiyyətin islahatları yubandırmağa çalışdığı görünür. Buna səbəb də, neftin qiymətinin bir az qalxmasıdır. Sanki hakimiyyət bir qədər rahatlanmış durumda görünür. Vəziyyət daha da pisləşməlidir ki, hakimiyyət desin ki, addımlar atırıq. Neftdə artım var, cəmiyyət də susur, nəticədə hökumət atacağı addımları yubadır. Açığı hesab edirəm ki, hakimiyyət seçkilərə qədər hər hansı bir ciddi dəyişikliklərin aparılmasında maraqlı deyil. Çünki fikirləşirlər ki, bu hər hansı bir fəsadlar verə bilər. İslahatların yubanmasını neftin qiymətindəki artımla əlaqələndirirəm. Bu dəfə dövlət büdcəsinə beş milyard artırdılar, bunu da neftin hesabına etdilər. Əslində vəziyyət getdikcə pisləşir.

– “MTN inqilabı”ndan sonra həyata keçirilən məhkəmələr ötən həftə başa çatdı. Bu məhkəmələri necə dəyərləndirirsiz?

– O vaxt yazdığım yazımda MTN hadisələrinə başqa cür yanaşdığımı qeyd etmişdim. Əvvəl dövlət çevrilişinin hazırlandığı deyilirdi. Sonradan vəzifədən sui-istifadə edildiyi bildirildi. 500 nəfərə yaxın şəxs vəzifəsindən azad olundu, çoxsaylı həbslər oldu. MTN elə bir strukturdur ki, orada nəsə baş versin, kənara heç bir informasiyanın sızdırılmaması mümkün deyil. Çünki orada hamı bir-birinə nəzarət edir. Hələ də o proseslərin başqa bir proses olduğu düşüncəsindəyəm. Hesab edirəm ki, xarici qüvvələrin təsiri altında bu proseslər baş verdi. MTN-in beynəlxalq bəzi məsələlərdə iştirakı üzə çıxmışdı. Məsələn, MTN hadisələrindən bir müddət əvvəl Amerikada İŞİD-in maliyyələşdirilməsi məsələsinə 28 dövlətin iştirakı ilə baxılmışdı, hesabat var idi ki, bir sıra MDB ölkələri vəsait ayırırlar ki, onlara toxunmasınlar, stabilliyi pozmasınlar. Bunları baş düşürəm, ölkəni qorumaq üçün edilir. Eldar Mahmudovun işdən çıxarılmasının hansı məlum ərəfəyə təsadüf etdiyini də unutmayaq. Rabitə Nazirliyində də gedən proseslər də təsadüfi deyil. Bunlar bir-birinə bağlı məsələlərdir. Burada elə məsələlər var idi ki, böyük dövlətlərin maraqlarına toxunmuşdu. Açığı MTN hadisələrində xəyanət görmürəm, ola bilər ki, kimlərsə bunun olduğunu düşünür, bəlkə də var. Mahmudovun guya əlində olan bəzi kompromatlara görə azadlıqda qaldığı deyilir, amma bunun belə olduğunu düşünmürəm.

– Hazırda Amerikada iş adamı Rza Zərrabın gedən məhkəməsi dünya gündəmində ciddi maraq doğurub. Bu Qərbin Türkiyəyə “Rza Zərrab oyunu” kimi qəbul edilir…

– Vaxtaşırı belə hallar bir çox dövlətlərə qarşı olur. Maliyyə axınları o qədər ciddi izlənilir ki, sonunda bu cür vəziyyətlərdə istifadə olunur. Belə vəziyyətləri hər an gözləmək olar. Düşünürlər ki, bizim filankəslərlə yaxşı münasibətlərimiz var, bizə qarşı belə etməzlər. Amma unutmaq olmaz ki, yaxşı münasibətlər əbədi deyil. Əsas olan əbədi maraqlardır. Maraqlar da dəyişə bilər. Böyük dövlətlərin maraqları dost və digər münasibətlərdən üstündür. Dövlətin maraqları ortaya çıxanda hər dövlət öncəliklə özünün maraqlarını təmin etməyə çalışır. Açığı bilmirəm ki, bu məsələlərdə indi hansı şərtlər qoyulub. Türkiyədə də eyni vəziyyətdir və bunun təzyiq olduğunu düşünürəm.

– NATO-nun təlimlərində Türkiyəyə qarşı məlum təxribatından sonra Rza Zərrab məsələsinin ortaya çıxması təsadüfdürmü?

– Bu təsadüfi də ola bilər, sistemli şəkildə də. Ola bilər ki, qıcıqlandırmaq üçün belə edirlər ki, sən nə cavab verəcəksən. Necə ki, Məhəmməd Peyğəmbərin karikaturaları yayılır, müsəlman dünyası ayağa qalxır, aksiyalar keçirilir. Amma ikinci dəfə bu hal baş verəndə artıq adi qarşılanır. Bu baxımdan bu məsələlərdə Türkiyəni qıcıqlandırmaq niyyəti var. Amma bunun əsas məsələ olduğunu düşünmürəm. Burada tərəflərin gücü və səviyyəsini göstərmək məqsədi daha real görünür. Mühüm məsələlərlə bağlı qapalı formada danışıqların getdiyini zənn edirəm. Qarşı tərəf müəyyən məsələlərin Türkiyə tərəfindın həyata keçirilməsinə çalışır. Bu məsələlərin nədən ibarət olduğu təbii ki, tam məlum deyil.

– Son sualım, Dağlıq Qarabağla bağlı son aylarda bir sıra ciddi hadisələr baş verdi. Rusiya XİN-in rəhbəri Sergey Lavrov Bakıya gəldi, məlum etiraz doğuran açıqlama verdi, buradan da İrəvana getdi. Eyni zamanda, noyabrın 24-də Brüssel sammiti oldu…

– Dağlıq Qarabağla bağlı müəyyən aktivlik var. Bu aktivliyin qısamüddətli olacağını düşünürəm. Çünki gələn əvvəl Ermənistanda, sonra da biz də seçki prosesləri başlayır. Qərb və Rusiya tərəfindən Azərbaycan və Ermənistana daha çox tələblər qoyulur ki, bu seçkilərdə Dağlıq Qarabağ faktorundan istifadə olunmasın, çalışırlar ki, qeyri-stabillik yaranmasın. Atəşkəsin qalmasında, status-kvonun qorunmasında maraqlıdırlar. Əslində danışıqlar bunun ətrafında gedir. Anjey Kasprşikin Müşahidə Şurasının genişləndirilməsi barədə dedikləri təsadüf deyil. Əslində nəzarəti gücləndirirlər. Qarantiyanın olmasını istəyirlər ki, atəşkəsin pozulmayacağına əmin olsunlar. Tərəflər prinsipcə bu vəziyyətdə maraqlıdırlar. Brüssel sammitindən güclü çıxdığımızı deyə bilmərəm. Çünki saziş imzalamadıq. İndiyə qədər Rusiyanın təzyiq etdiyini deyirdik, Gürcüstan nümunəsini gətirirdik. Amma Ermənistan sazişi imzaladı. Bizim əl-qolumuz Ermənistandan fərqli olaraq açıqdır. Düşünürəm ki, Avropa qurumları ilə danışıqların hər birində demokratiya, insan haqları və bu kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Qarşıdan gələn seçkilərdə də bunlar hakimiyyət üçün olduqca vacib olacaq. Hakimiyyətin tezliklə sazişi imzalayacağını düşünürəm. Brüssel sammitinin yekunları bunu deyir. Seçkilərdə Avropanın dəstəyini almaq üçün o sazişə getmək iqtidar üçün çox vacib olacaq. Cəmiyyət olaraq, bu bizim üçün də çox faydalıdır.




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website