Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Şübheli pıçhapıç, son iki herf, Kübra üçün “Terekeme” – REPORTAJ

Şübheli pıçhapıç, son iki herf, Kübra üçün “Terekeme” – REPORTAJ

26/05/2015

14:52


26.05.2015 / 14:45 xeber –

Lent.az-ın əməkdaşı Daun Sindromluların Reabilitasiya Mərkəzindən yazır…

Otağa girən kimi saçları arxadan səliqəylə daranmış balaca, qırmızı donlu qız üzünü tutdu. Utandı deyəsən. Xüsusən də, fotoqrafımız Samirənin əlində fotoaparatı görəndə. Yanındakı balaca oğlan isə əksinə. Şəkildə daha yaxşı düşməsi üçün pozlar da verdi. Tərbiyəçi Təhminə müəllimə isə onları bizlə tanış edir.

 

 

 

– Bu gözəl qızımızın adı Kübradır. Bu isə Süleymandır.

 

 

 

Hər ikisi daun sindromlu uşaqlardır. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində reabilitasiya alırlar. Demək olar ki, ikisi də eyni vaxtdan gəlirlər mərkəzə. Süleyman ötən ilin sentyabr ayından, Kübra isə oktyabrdan.

 

 

Kübranın anası Alimə Alxasova da bizimlədir. Uşaqlar mənim üçün həssas mövzudur. Onlar barədə danışarkən, ən gözəl sözləri seçməyə çalışıram. Haradan başlayacağımı düşünərkən, Alimə xanım narahatçılığımı duyub söhbətə özü başlayır:

 

 

– Kübranın daun olduğunu altı aylığında bildik. Uşaqda irəliləyiş olmurdu. Həkimə apardıq, dedilər daun sindromu var. Müalicəyə başladıqdan sonra bir az irəliləyiş oldu. Əvvəl bilmirdim daun nə deməkdi. Biləndən sonra təbii ki, pis oldum. Zamanla qəbul elədim. Nə olursa, olsun Kübra mənim qızımdır. Nə atası, nə mən bir gün belə qızımızdan keçmədik. Valideynlər görürəm ki, balasından utanır. Hara gedirəmsə, Kübramı da özümlə aparıram. Atasıyla əlimizdən gələni edirik ki, Kübra üçün yaxşı olsun. Valideynlərə də məsləhət görürəm ki, heç vaxt uşaqlarını evdə qapalı saxlamasınlar, övladlarından utanmasınlar, cəmiyyətdən təcrid etməsinlər…

 

 

 

Bayaqdan bəri güclü görünən ananın dodaqları əsir. Dayanıb gözləyir. Toxtayıb, sözünə davam edir. 

 

 

– İstəyirəm onlara deyəm ki, Kübraya baxıb, pıçhapıç eləməsinlər. Bunları da normal uşaq kimi qarşılasınlar.

 

 

Kübranın 14 yaşı var. Ailənin ilkidir. Kübradan başqa Alimə xanımın daha 2 qızı var. Aytac və Lalə. Deyir ki, Kübra daha çox Laləylə anlaşır. 2 yaşlı bacısıyla oynamağı, mərkəzdə yeni öyrəndiklərinin ona öyrətməyə çalışır. Ən yaxın dostu isə Nərgizdir. Mərkəzdə tanışıb, dost olublar. Kübra bura gəlməzdən əvvəl 8 il inkluziv məktəbdə oxuyub. Amma orada heç nə öyrənə bilməyib. Mərkəzə gələli 8 ay olsa da, artıq əlifbanı bitirmək üzrədir. Son iki hərf qalıb. “H” və “Z”. Bu ayın sonuna qədər onu da öyrənəcək. Bundan sonra qısa hecalarla oxumağa da başlayacaq. Müəllimi isə gülə-gülə Kübranın tənbəlliyindən gileylənir. Bayaqdan başını yerdən qaldırmayan Kübranın səsi gəlir:

 

– Eşidirəm!

 

Otaqda hamı gülüşür. Adətən mərkəzə ikinci növbə gəlir. Amma bu gün birinci növbə gəldiyi üçün yuxuludur Kübra. Ümumiyyətlə, daun sindromlu uşaqlar tez yorulurlar. Buna görə də onların dincəlməsi üçün mərkəzdə – qızlar üçün ayrı, oğlanlar üçün də ayrıca – yataq otaqları da nəzərdə tutulub.

 

Bütün diqqətin Kübra üzərində toplandığını görən Süleyman isə kitabı üzünə tutub uca səslə şeir deməyə başlayır. Şeirin biri bitir, o biri başlayır. Sözləri demək olar səlis ifadə edə bilir. Mərkəzdən əlavə evdə nənəsi də onunla çox məşğul olurmuş. Sonuncu şeirini isə Süleyman nənəsinə həsr etdi…

 

 

Süleymana baxıb Kübra da həvəsə gəlir. Qarşısındakı “Əlifba” kitabından öyrəndiyi hərfləri oxumağa başlayır. Bir az yuxusu da dağılır.

 

Gəlişimiz uşaqların dərs saatına düşdüyündən, dərsə mane olmamaq üçün mərkəzin direktoru Natella Həsənovadan mərkəz haqqında məlumat alırıq.

 

Öyrənirik ki, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi 2013-cü ilin oktyabrında Mehriban Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Hazırda mərkəzin 150-ə yaxın sakini var. Demək olar ki, hər uşaqla fərdi məşğul olunur. Düzdür, qrup şəklində də dərslər keçilir ki, onlar kollektivə qaynayıb-qarışsınlar.

 

 

Daun sindromlu uşaqların bu mərkəzə gəlməsi üçün yaş məhdudiyyəti yoxdur. Mərkəz adətən 5 yaşdan sonra uşaqları qəbul etsə də, ən böyük sakini Əlinin 29 yaşı var. Burada onlara təlimçilərdən əlavə, yüksək ixtisaslı tibb işçiləri də xidmət göstərir: həkim-pediatr, stomatoloq…
 

 

 

– Mərkəzimizdə bu insanlar üçün bütün imkanlar yaradılıb. Məktəbəqədər hazırlıq, yeniyetmələr və böyük yaş qrup uşaqları üçün qrammatika, oxu, riyaziyyat, biologiya, rus dili dərslərindən əlavə, əmək təlimi, rəsm, heykəltəraşlıq, tikiş, xalçaçılıq, kompüter, rəqs, teatr sənəti, musiqi də tədris edilir. Həmçinin, burada müalicəvi bədən tərbiyəsi, psixoloqun, defektoloqun məşğələləri də var.

Yemək bişirməyi sevənlər aşpazlıq məktəbində bu sənəti yiyələnə bilərlər. Valideynlərin istəyi ilə rus dilli uşaqlar və yeniyetmələr üçün təhsil rus dilində aparılır. Ən əsası, bütün xidmət və məşğələlər təmənnasızdır.

 

Mərkəzin məqsədi uşaqlar və yeniyetmələrin reabilitasiya işi aparmaq, onlarda ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırmaqdır. Habelə, çatışmazlıqların korreksiyası üzrə məşqlər keçirilir, sağlamlıq imkanları məhdud şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası təmin edilir.

 

N. Həsənovanın sözlərinə görə, mərkəz paytaxtda yerləşdiyindən elə ailələr var ki, uşağının reabilitasiya alması üçün Bakıda kirayə ev tutub qalır. İlk vaxtlar uşaqlar bir az çəkinib, sıxılsa da, zamanla açılışırlar. Uşaqların sosiallaşması üçün mərkəzə tez-tez tələbələr də gəlir, uşaqlarla ünsiyyət qururlar. Bu daun sindromlu uşaqlar üçün çox yaxşıdır. Lakin cəmiyyətimiz bu sindrom haqqında tam məlumatlı olmadığından hər adamı uşaqlarla ünsiyyətinə icazə verilmir.

 

– ADA Universitetinin tələbələri bizimlə mütəmadi əlaqə saxlayır. Onların bu uşaqlarla əlaqədar xüsusi layihələri var. Lakin küçədə, ictimai nəqliyyatda gedərkən insanların reaksiyası qənaətbəxş deyil. Elə uşaq var ki, aqressiv olur, yanında əyləşən insanı vura bilir. Bu zaman onların uşağa reaksiyası sərt olur. Biz onlara vəziyyəti izah edəndə belə təəccüblənir və “daun nə xəstəliyidir?”, deyə sual verirlər. Biz onlara başa salırıq ki, daun xəstəlik deyil, sindromdur. Eləsi də var, uşağı görüb başa düşür, dindirir, könlünü alır. Yaxşı olardı ki, insanlar bu barədə çox oxusun, maariflənsin. İlk növbədə onlara qarşı maksimum səbrli olmaq lazımdır. Əslinə qalsa, bu uşaqların üzünə baxanda onların daun sindromlu olmasını seçmək olur. Düzdür, eləsi də var üzündə heç bir əlaməti olmur. Amma belələri azdı.

 

Daun sindromlu insanlar əsasən üz quruluşuna görə seçilirlər. Onları adətən bir-birinə çox bənzədən yumru  gözləri, burnu və dodaqları olur. Sonra əlləri. Elə insanların əlinin içində cizgilər normal insanlarınkından az olur. Sonra qulaqlar digər uşaqlarınkından fərqlənir.

 

– Valideynlərlə necə, işləyirsiniz?

 

– Əlbəttə. Uşaqlarının daun sindromlu olduğunu biləndə valideyn var şoka düşür, qəbul etmək istəmir. Sonra biz valideynlə söhbət edirik. Psixoloqumuz hər ay valideynlər üçün mütəmadi təlimlər keçirlər. Çox maraqlı olur. Əksəriyyəti kövrəlir, öz problemlərini danışır, digər valideynlərlə bölüşürlər. Uşaq var ki, atası-anası onun başına fırlanır. Ailələr də var ki, qayınana nəvəsinin daun sindromlu olduğuna görə gəlinini günahlandırır. Biz onlara məsləhətlər veririk, sakitləşdiririk. Sovet dövründə belə uşaqlar doğulanda xəstəxanadan onlara təklif olunurmuş ki, istəyirsinizsə, uşağınızı aparmaya bilərsiniz. Əksəriyyəti də uşağını aparmırmış. Adətən daun sindromu uşağa atadan keçir. Əgər gendə bu varsa. Ailə tanıyıram ki, onların iki uşağı daun sindromlu doğulub, üçüncüsü tam sağlam.  Statistikaya görə,  dünya üzrə doğulan hər 700 uşaqdan biri daun sindromludur. Ölkəmizdəki daun sindromlu uşaqların dəqiq sayı hesablanmayıb.

 

 

– Praktikanızda daun sindromlu şəxslərin evliliyinə şahid olmusunuz?

 

– Bizdə yox, amma Hollandiyada olub. Bizdə bəzi uşaqları görürsən ki, hansısa qızı görəndə sevinir, ona nəsə hədiyyə etməyə çalışır. Lakin valideynlər çalışırlar ki, onların qarşısını alsın, qorusun uşağını. Əslində, zamanla o da olacaq.   

 

…Bir qədər sonra otağın qapısı açılır. Sən demə, Kübranın dərsi bitib və o bizi axtarmaq üçün aşağı düşüb. Gülərüz, mehriban bu qızcığaz həm də qonaqpərvərdir. Xoşuna gələn insanları evlərinə dəvət edir. Tərbiyəçisini, dostlarını, Natella xanımı. Elə bizi də. Küftə bişirəcəkmiş. Və başlayır bizə küftənin hazırlanmasında istifadə olunan ərzaqları sadalamağa: ət, soğan, kartof, su,…

 

 

Kübradan bizi mərkəzlə əyani tanış etməyini xahiş edirik. Əlini uzadır.

“Birinci haradan başlayaq?” sualıma “gəl” deyə cavablayır. Əlindən tutub gedirəm, onun apardığı yerə. Liftlə aşağı düşürük. Liftin düyməsini də özü basır. Rəqs zalı birinci mərtəbədəymiş. Kübra da digər uşaqlar kimi rəqs etməyi çox sevir…

 

Rəqs müəllimini görən kimi barmaqlarıyla işarə elədi ki, ritmik mahnı çalınsın. “Tərəkəmə”ni sevirmiş. Mahnı səslənən kimi Kübra yalan oldu, musiqi səsi eşidən digər uşaqlar da doluşdular zala. Balaca, sarı saçlı Aliyə üçün çalınan mahnının fərqi yoxuydu. Mahnı səsi eşidən kimi səhnədə uzanıb rəqs etməyə başladı. Hələ Səidi, İnqilabı demirəm. Mahnı sümüklərinə elə düşmüşdü ki, hətta  biz gedəndə belə xəbərləri olmadı…

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles