Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Taekvondo Federasiyasının vitse-prezidenti: “Heyetle bağlı son qerarı baş meşqçiler verecek”

Taekvondo Federasiyasının vitse-prezidenti: “Heyetle bağlı son qerarı baş meşqçiler verecek”

26/05/2015

15:20


26.05.2015 / 15:14 xeber –

“Müstəqillik qazandıqdan sonra dünya çempionatında 2001-ci ildə qızıl medal qazanmışdıq. Rusiyanın Çelyabinsk şəhərində keçirilən əldə etdiyimiz çempionluqla 14 illik həsrətə son qoyduq. Bu, çox böyük bir uğurdur”. Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib.

 

Federasiya rəsmisi Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında Azərbaycan taekvondoçularının çıxışını şərh edib, Avropa Oyunlarına hazırlıqla bağlı son məlumatları verib. Nağı Səfərov bildirib ki, Radik İsayevin (+87 kq) çempionluğu yığmamız üçün böyük uğurdur: “Avropanın öndə gedən ölkələri, hətta yarışa ev sahibliyi edən Rusiya belə qızıl medal qazana bilmədi. Bu da çempionluğumuzun nə dərəcədə əhəmiyyətli olmasını göstərir”.

 

MDB ölkələri arasında Azərbaycan millisi qızıl medal sayına görə rekordçudur. Niyaməddin Paşayevin ardınca Radik İsyevin fəxri kürsünün ən yüksək pilləsinə qalxması ölkəmizi ən azı növbəti mundiala kimi ilk pillədə saxlayacaq. N. Səfərov bildirib ki, bütün bunlar ciddi hazırlığın bəhrəsidir: “2012-ci ildən nəsildəyişmə prosesinə start vermişik. Artıq yaşı çox olan idmançıları tədricən komandadan kənarlaşdırmağa başlamışıq. Onların qazandığı titullar yığmanın düşərgəsində qalmağa o qədər də təsir etmədi. 2015-ci ilin yanvarından kişi və qadınlardan ibarət millilərimizin “sükanı” arxasına əcnəbi baş məşqçilər gətirildi. Gənclərə ümidlərimiz böyükdür. Məsələn, 54 kq çəki dərəcəsində Mikayıl Əliyev Avropa ikincisidir, beynəlxalq turnirlərdə özünü yaxşı tərəfdən göstərir. 58 kq çəki dərəcəsində ümid bəslədiklərimizdən biri gənclər arasında dünya və Avropa çempionu Məhəmməd Məmmədovdur. Həmçinin, 68 kq çəki dərəcəsində Avropa birinciliyinin mükafatçısı Ayxan Tağızadədən böyük uğurlar gözləyirik. Dünya çempionatı öncəsi komandamızın lideri Ramin Əzizov (80 kq) ayağından zədə aldı. O, yeniyetmələr arasında Nanjinq Yay Olimpiya Oyunlarının qalibi Səid Quliyevlə (74 kq) toqquşduğundan hər ikisi zədələndi. Hətta Raminin ayağı sındı. Təbii ki, bu dünya çempionatında ümumi nəticələrə böyük təsir göstərirdi. Amma zədələrə baxmayaraq, həm qadınlardan ibarət komandamızın, həm də gənc idmançılarımızın Azərbaycanı layiqincə təmsil etdiyini düşünürəm. İdmançılarımızdan Mikayıl Əliyev, Məhəmməd Məmmədov və Ayxan Tağızadə medal döyüşlərində qızıl xalda uduzdular. Şans onların tərəfində olmadı”.

 

N. Səfərov komandadan kənarlaşdırılan idmançıları əvəzləyəcək layiqli gənclərin yetişdiyini də vurğulayıb. Onun sözlərinə görə, dünya çempionatında komandaya yeni cəlb olunan idmançılar özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar: “Məhəmməd Məmmədov dünya reytinqində lider olan portuqaliyalı üzərində qələbə qazandı. Düzdür, gənc olduğundan bunun ardını gətirə bilmədi. O, Çin idmançısı ilə döyüşdə hesab 13:13 olarkən bir anlıq özünü itirdi. Baş məşqçimiz ona başqa taktiki gediş verdi, rəqibindən mənəvi üstünlüyünü önə çəkib – “O üstünə gələcək, sən xal götür” dedi. Amma sonda qazandığı 3 xallıq zərbənin ardınca həvəsə gəlib özü rəqibin üstə getdi və lazım olan xalı özü buraxdı. Təbii ki, bu, bir sınaqdır və idmançının təcrübəsizliyindən irəli gəlir. Buna baxmayaraq, artıq onda özünəinam formalaşır. Əvvəllər keçilməz rəqib hesab etdiyi taekvondoçuların üzərində qələbə qazana bilirsə, demək qələbələrinin ardını gətirə bilər”.

 

Vitse-prezident qadınlardan ibarət millimizin dünya çempionatındakı çıxışına toxunub. Onun sözlərinə görə, komandamızın Çelyabinskdə medal qazana bilməməsi şanssızlıqdan irəli gəlib: “Bu komandada xüsusilə 3 nəfəri vurğulamaq istərdim. Düzdür, şans onların tərəfində olmadı. Fəridə Əzizovaya (67 kq) ümidlərimiz böyük idi. Amma bilirsiniz ki, hər çempionat sürprizlə yadda qalır və çox təəssüf ki, bu dəfə gözlənilməz nəticə bizə qarşı oldu. Əzizovanın da ciddi baxmadığı və kimsənin tanımadığı kolumbiyalı idmançı Fəridəyə qalib gəldi. O, tək taekvondoçumuzu deyil, sonradan Çin idmançısını da məğlubiyyətə uğratdı və medal qazandı. Burada Fəridənin arxayınçılığı da rol oynadı və o, bir anlıq səhlənkarlığının qurbanı oldu. Patimat Abakarova (49 kq) rusiyalı idmançıya son saniyələrdə uduzdu. Marina Tedeyeva (73) çox uğurla çıxış etdi. Təəssüf ki, o da xorvatiyalı dünya çempionuna qızıl xalla uduzaraq, mübarizəni dayandırdı. Bunlara baxmayaraq, dünya çempionatını uğurlu saymaq olar. Belə demək mümkündürsə, artıq bu yarış keçmişdə qaldı. Biz gələcəyi düşünməliyik və Avropa Oyunlarına səylə hazırlaşmalıyıq”.

 

N. Səfərov dünya çempionatında zəif çıxış edən idmançılar barədə ölçü götürüləcəyini, onların adlarının Avropa Oyunları üçün açıqlanacaq heyətə daxil edilməyəcəyini də deyib: “Baş məşqçi də buraya yollandıqda idmançılar qarşısında şərt qoymuşdu ki, mundialda nəticə verməyən yaşlı idmançılar yığmadan uzaqlaşdırılacaq. Artıq o, qərarını bu günlərdə keçiriləcək yığıncaqda açıqlayacaq. Çox güman ki, həmin iclasda Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək idmançıların adları da dəqiqləşəcək. Yaşı çox olan idmançılara gəlincə, bunlardan biri Avropa çempionu, Dünya Kubokunun mükafatçısı İlkin Şahbazovdur. Hər bir işin başlanğıcı və sonu olduğu üçün idmançının özü də karyerasının bitirməyin vaxtı çatdığını düşünür. Yəqin ki, bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək”.

 

Federasiya rəsmisi “Avropa Oyunları” layihəsində bu möhtəşəm yarış üçün baş məşqçilərin təxmini siyahısını da açıqlayıb: “Düşünürəm ki, Reza Mehmandost 58 kq çəki dərəcəsində yenə Məhəmməd Məmmədova şans verməli olacaq. Amma bunu hələ dəqiq deməyib, son qərar çalışdırıcınındır. Ayxan Tağızadəyə (68 kq) də şans verilər. 80 kq çəki dərəcəsində təmsilçimizə gəlincə, bu məsələ hələ də açıq qalıb. Buna Ramin Əzizovun zədəsi mane olur. Həmin vaxtadək bərpa olunacaqmı, həkimlər nə deyəcək? Yaxud Səid Quliyev hansı formadadır, hazırdırmı? Bunlarla yanaşı iranlı legionerimiz Milad Beiginin komandada yer alması da gündəmdədir. Bu çəki dərəcəsində hələlik tam fikir yoxdur. Ağır çəkidə təbii ki, Radik İsayev (+87 kq) lider olduğunu dünya çempionatında da sübut etdi. Qadınlardan ibarət yığmamıza gəlincə, Patimat Abakarova (49 kq), Günay Ağakişiyeva (57 kq), Fəridə Əzizova (67 kq) daha real namizədlərdir. Burada da ağır çəkidə Darya İvanova, yoxsa Marina Tedeyevaya şans vermək məsələsi götür-qoy edilir”.

 

N. Səfərov heyət açıqlandıqdan sonra hazırlığı Bakıda davam edəcəkləri qeyd edib. Onun sözlərinə görə, ölkə xaricinə və ya regionlara yollanmaq planlarına daxil deyil: “Məşqçilərimiz Bakıda yeni bir baza yaradıblar. Həmin baza bütün avadanlıqlarla təmin olunub. Taktiki və texniki hazırlığımız üçün bölgələrdə hələlik yerimiz yoxdur. Bu barədə düşünürük. Regionlarda, xüsusilə mərkəzlərimizin olduğu Qəbələdə, həmçinin Masallıda da baza hazırlana bilər. Bu, vaxt aparan bir prosesdir. Lakin təlim-məşq toplanışı üçün Bakıya başqa yığma dəvət etməyimiz istisna deyil. Hamının Avropa Oyunlarına marağı var. Həmçinin, bir məsələ də var ki, gəlib bizim sirləri öyrənmək istəyirlər. Hər məşqçinin gizlətdiyi nə isə olur. Komandalar Bakıda hazırlıqla bağlı bizə müraciət ediblər, lakin qərar baş məşqçinindir. Konkret olaraq, Rusiya və Türkiyə bunda maraqlıdır. Hələliksə, baş məşqçimiz bunu cavablandırmayıb”.

 

Vitse-prezident Avropa Oyunlarına 8 taekvondoçu ilə qatılacaq yığmamızdan uğurla yanaşı, baxımlı döyüş gözlədiklərini deyib: “Medal qazanmaqdan çox idmançının bir azarkeşi sevindirməsi, əzmlə mübarizə aparması gündəmdədir. Əgər 2 nəfər döyüşə çıxırsa, bunun biri qalib gəlir, digəri məğlub olur. Lakin uduzan idmançı yarışa necə vida edir? Biz də idmançılarımıza bunu aşılayırıq. Ən azı mübarizəsiz məğlub olmasınlar. Təbii ki, Avropa Oyunları Azərbaycanda keçirilir və xalqımız, dövlətimiz bizdən uğur gözləyir. Bu səbəbdən idmançılarımızdan hamını sevindirəcək döyüşlər gözləyirik”.

 

N. Səfərov Avropa Oyunlarında idmançıların geyinəcəyi elektron jiletlərə də toxunub. O, hakim haqsızlıqları səbəbindən hazırlanan geyimlərin tez-tez dəyişdirilməsini nəinki Azərbaycan, digər yığmalarda da çətinlik yaratdığı bildirib: “Artıq baş geyimləri də elektron olub. Bu, bir tərəfdən yaxşıdır. Hakimlərin ədalətsizliyinin qarşısını alır. Amma digər – texniki baxımdan çox böyük problemlər yaradır. Məsələn, dünya çempionatında Radik İsayev bir neçə xal irəlidə olmasına baxmayaraq, hesab 5:4-ə kimi gəlib çatdı. Düzdür, təmsilçimiz qalib gəldi. Amma idmançı bir-birinə dəydikdə belə xal çıxılır. Bu baxımdan sona kimi heç kim deyə bilməz ki, hesab necə bitəcək. Jiletlər üzərində hər gün hazırlıqlar gedir. Bu texnika sayıldığı üçün yalnız texniki problemlər ola bilər. Buna kimsə təminat vermir. Avropa Oyunları və Qran-prilərdə başqa-başqa jiletlərdən istifadə olunacaq. Hələlik Rio Yay Olimpiya Oyunları ilə bağlı tam qərar verilməyib. Bu da bir az çaşqınlıq yaradır. Əvvəllər elektron jiletlərə uyğunlaşmaq da vaxt aparırdı. Bu baxımdan yeni çalışdırıcılarımızın təcrübəsi daha genişdir”.

 

Vitse-prezident dünya çempionatındakı nəticənin Avropa Oyunları öncəsi yerinə düşdüyünü deyib. O, psixoloji hazırlığın önəm daşıdığı vurğulasa da, lazımı mütəxəssisin olmamasından da şikayətlənib: “Dünya çempionatında qazandığımız qızıl medal ruh yüksəkliyidir. Sübut etdik ki, Azərbaycan taekvondoda MDB ölkələri arasında ən güclü ölkədir. Bu il yalnız Özbəkistan qızıl medal qazanmaqla, bizdən sonra postsovet ölkələri arasında ikinci oldu. Gənc taekvondoçularımız özləri də etiraf edirlər ki, reytinqdə birinci olanlara qalib gəlirlərsə, artıq hamıdan güclüdürlər. Psixoloqa gəlincə, buna bütün yığmaların ehtiyacı var. Ancaq əfsuslar olsun ki, belə bir mütəxəssis tapa bilməmişik. Əgər olarsa, komandaya dəvət edərik”.

 

Vitse-prezident Avropa Oyunlarını izləmək üçün müxtəlif ölkələrdən təkliflər gəldiyini vurğulayıb. Onun sözlərinə görə, Bakıya gələcək bəzi rəsmi qonaqların adları artıq məlumdur: “Avropa Oyunları geniş miqyaslı yarış olduğu üçün Azərbaycandan kənarda da kifayət qədər diqqət mərkəzindədir. Hətta Çelyabinskdə keçirilən dünya çempionatında hamı yaxınlaşıb, bununla maraqlanırdı. Bəzi federasiyaların prezidentləri Azərbaycana gəlmək istəyir. Onlar bunun yolunu soruşur, xüsusi akkreditasiyalarla maraqlanırdılar. Lakin bildiyiniz kimi, bu işlərə Avropa Olimpiya Komitəsi baxır. Biz öz tərəfimizdən bütün köməkliləri onlara söz verdik. Bu il dünyanın ən böyük idman tədbiri olduğu üçün bütün ictimaiyyət bununla maraqlanır. Rəsmi qonaqların təxmini siyahısı isə bəllidir. Dünya Taekvondo Federasiyası prezidenti Çunq Von Ço iyunun 10-dan Oyunlarının sonuna kimi Azərbaycanda olacağını təsdiq edib. Təbii ki, Avropa Taekvondo Birliyinin prezidenti Atanasios Praqalos da ölkəmizdə olacaq. O, iyunun 11-də paytaxtımıza gələcək və Oyunların sonuna kimi burada qalacaq. Həmçinin, bizə fəxri qonaqlar – Olimpiya və dünya çempionları, Cənubi Koreyanın nümunəvi çıxışlar edən komandası da müraciət ediblər. Razılıq vermişik. Bu komanda taekvondo yarışlarının təşkil olunacağı “Kristall Hall”la yanaşı, şəhərin başqa yerlərində də nümunəvi çıxışlar göstərəcəklər. Misir və bir çox ölkələrdən belə müraciətlər davam edir”.

 

N. Səfərov yarışla bağlı favoritlərinin adlarını da açıqlayıb. O, bu siyahıda digər ölkələrlə yanaşı, Azərbaycanın da uğur qazanacağına əminliyini ifadə edib: “Çəki dərəcələrinə nəzər salsaq, Oyunlara 58 kq çəki dərəcəsində dünya ikincisi, Olimpiya çempionu, dünya reytinqində lider olan idmançılar gəlir. 68 kq-da dünyada son finalçılar – Sərvət Təzəgüllə (Türkiyə) İqor Denisenko (Rusiya) da yarışa qatılacaqlar. Bu, mübarizənin hansı səviyyədə gedəcəyindən xəbər verir. 80 kq-da çox güclü idmançılar var. İngiltərə, Almaniya və Rusiya yığmasının üzvləri favoritlər arasındadır. Ağır çəkidə (+87 kq) italiyalı Olimpiya çempionu liderlərdən sayılır. Yəni, mübarizə kifayət qədər ciddi olacaq. Yığmamızın üzvü Radik İsayevin Avropa Oyunları öncəsi dünya çempionu olması da xeyrimizə işləyən amildir. Onun hansısa ulduz xəstəliyinə tutulacağı inandırıcı deyil. Radik 4 aylıq qızının üzünü hələ görməmişdi və bu günlərdə evlərinə baş çəkə bildi. Bu da onun işinə ciddi yanaşmasından irəli gəlir. Özü də qeyd edib ki, hədəfim Olimpiadadır. Hələlik pillələrdir ki, irəliləyirəm. Avropa Oyunları, ardınca Rio Olimpiadasında uğurunun davamını gətirmək istəyir. Həmçinin, 58 kq-da Məhəmməd Məmmədov gənc olmasına baxmayaraq, medal qazana bilər. Qadın yığmamızda lider Fəridə Əzizovadır. 49 kq-da Patimat Abakarovaya da ümidlərim var. Düşünürəm ki, o da mükafatçılar sırasında yer ala bilər”.

 

Vitse-prezident yarışda Azərbaycanın təşkilatçı kimi 4 hakimlə təmsil olunacağını bildirib. O, həmçinin yarışların keçiriləcəyi “Kristall Hall”da azarkeşlərin tatamiyə yaxın olmasını üstünlük sayır: “Bizim döyüşlər gedəcək zal 2000 nəfərlikdir. 1500-1800 arası bilet satışı olacaq. Düşünərəm ki, zalın özü bir qədər balacadır. Amma kompakt olduğundan azarkeşlərin səsi daha yaxşı eşidiləcək və təmsilçilərimizə əlavə ruh yüksəkliyi verəcək”.

 

Komandamızın iyunun 10-da Atletlər kəndinə köçəcəyini qeyd edən N. Səfərov yarış öncəsi azarkeşlərlə görüşün ola biləcəyini də deyib: “Taekvondo klubları və yeniyetmə idmançılarla görüşlərimiz olur. Baxıb ruhlanmaq, komandada öz favoritlərini seçmək üçün onları məşqlərə də dəvət edirik. Azarkeşlərlə də belə görüş çox önəmlidir və yaxşı olar”.

 

Vitse-prezident xüsusi vurğulayıb ki, Avropa Oyunlarında uğur qazanacaq heyət heç də Rio Olimpiadasına yollanmaq şansı qazanmayacaq. Onun sözlərinə görə, həmin idmançılar Olimpiya Oyunlarına qədər qatılacaqları yarışlarda da özlərini göstərməlidir: “Hazırkı baş məşqçilər beynəlxalq yarışların nəticəsinə önəm verirlər. Təcrübəli idmançı yerli gənc üzərində rahat qələbə qazana bilir. Amma o, beynəlxalq yarışlarda bu uğurunu davam etdirmir. Rio Olimpiadası üçün də fərqli heyət ola bilər. Yalnız Qran-pridə reytinq xalları toplayıb, lisenziya qazanan idmançıları dəyişmək mümkün olmayacaq. Baş məşqçilərimiz həmçinin, nizam-intizama da güclü fikir verir. İdmançılarımızdan hansının məşqə necə gəldiyi, hazırlığa necə diqqət yetirdiyini qeyd edirlər. Məsələn, sonuncu yarışda Səid Quliyevə şans vermədi. Bildirdi ki, tapşırıqları sonadək yerinə yetirməyib və daha da əzmlə çalışmaq lazımdır. Bütün bunlar isə güclü komanda yaratmağa hesablanıb”. 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website