Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Qüdret Hesenquliyev: “BAXCP bu Alyansa üzvlüyü ölkemiz üçün önemli hadisedir” – MÜSAHİBƏ

Qüdret Hesenquliyev: “BAXCP bu Alyansa üzvlüyü ölkemiz üçün önemli hadisedir” – MÜSAHİBƏ

26/05/2015

17:52


26.05.2015 / 17:50 xeber –

 

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (Alliance of European Conservatives and Reformists – AECR) üzvlüyünə namizədliyi qəbul olunub. Bununla bağlı qərar Alyansın Böyük Britaniyada keçirilən illik toplantısında verilib. Bu məqsədlə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 22-23 may tarixlərində Böyük Britaniyada səfərdə olub və AECR-in toplantısında iştirak edib.

Avropa Parlamentində deputatlarının sayına görə üçüncü yerdə olan Mühafizəkarlar və İslahatçılar Alyansı Avropa siyasi partiyalarının ən böyük və nüfuzlu ittifaqlarından biridir.

Böyük Britaniyaya səfərinin yekunları barədə BAXCP-nin mətbuat xidmətinə danışan Qüdrət Həsənquliyev üzvlüklə bağlı Alyansa bir il öncə müraciət etdiklərini deyib:

 

– Alyansla üzv olmaq üçün ötən ilin yaz aylarında müraciət etmişdik. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nizamnaməsinə əsasən, üzvlüklə bağlı məsələlərə qurumun illik toplantısında baxılır. Bu məqsədlə, Alyansın Böyük Britaniyada keçirilən ali yığıncağına dəvət almışdım. Xatırladım ki, bizdən xeyli öncə Alyansının üzvlüyünə namizəd olmaq üçün müraciət edən çoxlu sayda partiya  olsa da, budəfəki toplantıda yalnız 3 partiyanın – Azərbaycandan BAXCP-nin, Slovakiyadan Azadlıq və Həmrəylik, İtaliyadan isə Mühafizəkarlar və İslahatçılar partiyalarının müraciətlərinə baxıldı. Toplantıda öncə 2014-cü ildə həyata keçirilən fəaliyyətlə bağlı Alyansın prezidenti Jan Zahradilin hesabatı dinlənildi, 2015-ci ilin büdcəsi ilə bağlı müzakirələr aparıldı. Daha sonra qurumun Direktorlar Şurasına seçkilər keçirildi. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təmsilçisi Zafer Sırakaya da yeni seçilən heyətdə yer aldı və Alyansın vitse prezidenti seçildi. Düşünürəm ki, bu da çox önəmli bir hadisədir. 

Direktorlar Şurasına seçkilərdən sonra öncə Alyansın üzvlüyünə namizədlərin üzvlük məsələlərinə baxıldı. Xorvatiyadan 2 partiya – Mühafizəkarlar, bir də Hüquqlar partiyaları və Monteneqronun Dəyişikliklər Hərəkatı Partiyası Alyansın üzvlüyünə qəbul olundu. Bizim partiyanın üzvlüyə namizədliyi ilə bağlı məsələnin müzakirəsindən öncə BAXCP-nin təqdimatı oldu. Təqdimat çərçivəsində partiyanın fəaliyyət istiqamətləri və prinsipləri haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdim. Müxtəlif məsələlərlə, o cümlədən bu il keçiriləcək parlament seçkiləri ilə bağlı mənə ünvanlanan sualları cavablandırdım. Bu zaman Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının təmsilçisi Naira Zoqrabyan söz alaraq, “siyasi məhbusların olduğu ölkəni təmsil edən bir partiyanın Alyansa üzvlüyünün quruma heç bir müsbət divident gətirməyəcəyini” dedi.

Qalmaqalları ilə Azərbaycanda da yaxşı tanınan erməni deputatın sualdan daha çox mövqe ifadəsinə bənzəyən fikirlərinin cavabında bildirdim ki, Ermənistan təmsilçisinin insan hüquq və azadlıqları barədə danışmağa ümumiyyətlə mənəvi haqqı çatmır. Naira Zoqrabyana burada Azərbaycanın müxalifət partiyasını təmsil etdiyimi xatırlatdım. Qeyd etdim ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da insan haqları ilə bağlı problemlər var. BAXCP dəfələrlə Azərbaycan hökumətinə bəzi beynəlxalq təşkilatlar tərəfindən siyasi motivlərlə həbs olunduqları iddia olunan, haqlarında məhkəmə hökmü olan şəxslərin əfv edilməsi, digərlərinin isə haqlarında həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə müraciətlər edib. Lakin bütün hallarda, Ermənistan təmsilçisinin insan hüquq və azadlıqları ilə bağlı Azərbaycandakı vəziyyət haqqında danışması ağlasığmazdır. Azərbaycanda Ermənistanda olduğu kimi fərqli siyasi xətt götürən şəxsləri – ölkə parlamentinin sədrini, baş naziri başqalarına da dərs olun deyə, xof yaratmaq üçün ictimaiyyətin gözü qarşısında, canlı yayımda edam etmirlər. Yaxud seçkilərin nəticələrinə etiraz edənləri güllələmirlər. Bütün bunlar sübuta yetirir ki, Ermənistan təmsilçiləri insan hüquq və azadlıqları ilə bağlı məslələrdə sussalar, daha yaxşı olar. Çünki onların ölkəsində fərqli düşünən insanlar fiziki cəhətdən məhv edilir.

Toplantı iştirakçılarının diqqətinə çatdırdım ki, Azərbaycanda çoxpartiyalı sistemin və demokratik proseslərin geniş şəkildə inkişafına maneə yaradan amillərdən biri də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və nəticədə 1 milyon insanın öz evlərindən didərgin düşməsidir.

Bu polemikadan sonra Ermənistan təmsilçiləri susdular və partiyanın üzvlüyə namizədliyi səsə qoyulanda heç bir etiraz etmədilər. Sonradan məlumat aldım ki, Ermənistan təmsilçiləri ilə bu barədə öncədən müzakirə aparılıb və onlara deyilib ki, Azərbaycanı təmsil edən bu və ya digər siyasi partiyaya qarşı əsaslı iddiaları olmadıqları üçün etirazları qeyri-səmimi təsir bağışlayacaq. Beləliklə, BAXCP-nin Alyansın üzvlüyünə namizədliyi səsə qoyuldu və qərar yekdilliklə qəbul olundu. Partiyanın Alyansa üzvlük məsələsinə isə noyabrın 14-də Tunisdə keçiriləcək toplantıda baxılacaq. Bu 6 ay sınaq müddətidir və bu müddət ərzində Alyansın təmsilçiləri Bakıya gələcək, BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaqlar.

 

– Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzlük BAXCP-yə nə vəd edir və bu fakt partiya, eləcə də ölkə üçün nə dərəcədə önəmlidir?

 

– Əvvəla onu qeyd edim ki, Alyansda 16 Avropa ölkəsindən üzv partiyalar təmsil olunur. Bundan başqa, Avstraliya, Kanada, Mərakeş, Yeni Zelandiya və ABŞ-ı təmsil edən partiyalar Alyansın tərəfdaşlarıdır. Böyük Britaniyada keçirilən toplantıda ABŞ-ın Respublikaçılar Partiyasını 2 senator təmsil edirdi. Cənubi Qafqaz regionundan isə yalnız Azərbaycan bu qurumda təmsil olunmurdu. “Çiçəklənən Ermənistan” və Gürcüstanın Xristian Demokratik Xalq Partiyası Alyansın üzvləridir. Nəzərinizə çatdırım ki, Alyansı təmsil edən partiyaların fraksiyası deputatlarının sayına görə Avropa Parlamentində üçüncüdür. Bu qurumda kifayət qədər nüfuzlu, öz ölkələrinin ictimai rəyinə təsir göstərməyi bacaran, o cümlədən hakim partiyalar təmsil olunur. Daha öncə qeyd etdiyim kimi qardaş  Türkiyənin hakim partiyası Alyansın üzvüdür. Bütün bunlar isə deməyə əsas verir ki, BAXCP-nin Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzvlüyü partiyanın beynəlxalq əlaqələrinin genişlənməsinə, təcrübə qazanmasına, Azərbaycanla bağlı həqiqətlərin  geniş təsir imkanları olan bir auditoriyaya çatdırılmasına imkan yaradacaq, partiyamızın və bütövlükdə çoxpartiyalı sistemin inkişafına təkan verəcək. Azərbaycanla bağlı aparıla biləcək hər hansı bir kampaniyanın qarşılığının verilməsinə zəmin yaradacaq. Bu baxımdan, BAXCP-nin Alyansa üzvlüyü həm partiya, həm də ölkəmiz üçün önəmli hadisədir.

– Böyük Britaniyaya səfərdən öncə NATO Parlament Assambleyasının Budapeştdə keçirilən toplantısında iştirak etmişdiniz. Assambleyanın yaz sessiyası nə ilə yadda qaldı?

– Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, Assambleyanın budəfəki sessiyasında da fəal iştirak etdi.  Rusiyaya tətbiq olunan sanksiyalarının bu ölkənin iqtisadiyyatına təsiri ilə bağlı müzakirələr zamanı NATO-ya üzv ölkələrin ikili standartlar siyasəti yürütdüyünü dedim. Bildirdim ki, bu sanksiyalarla Rusiya iqtisadiyyatına təsir etmək mümkün deyil. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarından asılıdır. Sanksiyalar isə enerji sektoruna tətbiq olunmur. Rusiyaya işğal faktı ilə sanksiyalar tətbiq olunduğu halda, bunun Ermənistana tətbiq olunmamasının səbəbini soruşdum. Qeyd etdim ki, Ermənistan işğalçı dövlətdir. Bu ölkə 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal atında saxlayır, bunun nəticəsində bir milyon azərbaycanlı qaçqın şəraitində yaşayır. Ermənistan nə BMT-nin qətnamələrinə, nə də beynəlxalq hüquqa məhəl qoyur. Mütəmadi olaraq sülh danışıqlarını pozur, regionda sülhü və sabitliyi təhdid edir. Belə bir dövlətə qarşı sanksiya tətbiq edilməməsi ikili standartdan xəbər verir. Sessiya iştirakçılarının diqqətinə çatdırdım ki, Krımla bağlı məsələdə NATO ilə əməkdaşlıq edən ölkələrin hamısı Ukraynanın ərazi bütövlüyünü tanıyıb, BMT-dəki müzakirələrdə bununla bağlı birmənalı mövqe nümayiş etdiriblər. Yalnız Ermənistan Rusiya ilə eyni mövqe nümayiş etdirib. Belə olduğu təqdirdə nə üçün Rusiyaya tətbiq olunan sanksiyalar Ermənistana tətbiq olunmur? Bildirdim ki, Ermənistanın NATO ilə əməkdaşlığa davam etməsi ikili standartların bariz nümunəsidir. Ermənistanla bağlı məsələnin müzakirə olunub, bu ölkəyə sanksiya tətbiq edilməsini təklif etdim.

Mənim çıxışımdan dərhal sonra Ermənistanın NATO PA-da nümayəndə heyətinin üzvü Tevon Paqosyan bir neçə dəfə söz alaraq cavab verməyə cəhd etsə də, sessiyanın sədarəti buna icazə verməyib.

Növbəti gün “Rusiya və Avroatlantik təhlükəsizliyi” mövzusunda məruzə layihəsinin müzakirəsi keçirildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov da eyni yanaşma ilə çıxış edərək, Azərbaycan nümayəndə heyətinin BMT Baş Məclisində Ermənistandan fərqli olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin lehinə səs verdiyini xatırlatdı. Azərbaycana münasibətdə ikili standartlar siyasətinin yürüdülməsinə təəssüfləndiyini bildirdi.

NATO PA-nın sessiyasında Ukraynadan və Gürcüstandan olan təmsilçilərinin ənənəvi mövqelərindən əl çəkmədiklərinin, Azərbaycana münasibətdə riyakar bir davranış sərgilədiklərinin şahidi oldum. Onlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə susur, yalnız Gürcüstanın Şimali Osetiya və Abxaziya, Moldovanın Dnestryanı problemlərini qabardır, Ukraynada baş verənləri önə çəkməyə cəhd göstərirlər. Çalışırlar ki, nəyin bahasına olursa olsun Dağlıq Qarabağ münaqişəsini digərlərindən ayırsınlar. Sanki onlara bu barədə xüsusi göstəriş verilib.

Mənbə : Lent.az



..DİGƏR XƏBƏRLƏR


Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles