Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Osetiyanın efsanesi, “xüsusi adam”, yüzminlerin Sulyası – REPORTAJ

Osetiyanın efsanesi, “xüsusi adam”, yüzminlerin Sulyası – REPORTAJ

26/05/2015

18:48


26.05.2015 / 18:41 xeber –

Səhər-səhər "Vladiqafqaz" otelinin qarşısında, azərbaycanlı milyonçu Musa Nağıyevin tikdirdiyi məscidin yanında, Terek çayının sahilində gəzən xanımlar körpünün üstündə dayanan adamı görüncə təəccübləndilər. Əvvəlcə duruxdular: bu, odu? O olduğuna əmin olunca əhatəyə aldılar onu. Sanki doğmaları ilə görüşürdülər. Təbii ki, belə fürsəti əldən buraxmaq olmazdı: onunla şəkil çəkdirmək istəyənlərin növbəsi yarandı. Kənardan bu mənzərəni müşahidə etdikcə, əmin oldum. Əmin oldum ki, o, bu şəhərdə xüsusi adamdı, xüsusi azərbaycanlıdı. Bizim üçün o, Nazim Süleymanovdu, Vladiqafqazda isə sadəcə, Sulyadı.

 

Sərhəddən göndərilən salam

 

Nazim Süleymanovun "Xüsusi azərbaycanlı" olduğunu hələ sərhəd-buraxılış məntəqəsini keçərkən hiss etmişdik. Yalama sərhəd-buraxılış məntəqəsinə çatanda növbənin olduğunu gördük. Uzun illərdi bu yolu gedib-gələn peşəkar sürücümüz Çingiz Primetov "axşama qədər burdayıq" deyincə, hamının – Fanat.az-ın baş redaktoru Əli Sahibin, ATV telekanalının əməkdaşı İlkin Fikrətoğlunun, "Futbol+" qəzetinin yazarı Amal Abuşovun siması "dilxor görüntü"yə təslim oldu. Buraxılış məntəqəsində dayanmış zabitə yaxınlaşıb "Vladiqafqaza gedirik, Nazim Süleymanovun tədbirinə, amma deyəsən, gecikəcəyik" deyincə, hər şey dəyişdi. Zabit dərhal kiminləsə əlaqə saxladı, qapılar açıldı, jurnalistləri aparan avtomobil içəri buraxıldı. Cəmi beş dəqiqəyə sənədlərimizi, əşyalarımızı yoxlayan sərhədçilər və gömrükçülər "yaxşı yol, bizdən Nazimə salam çatdırın" deyib, bu dəfə Rusiyaya baxan qapını taybatay açdılar. Sərhədçilərimizin və gömrükçülərimizin "Xüsusi adam"a – Nazim Süleymanova göndərdikləri salamı götürüb üz tutduq uzaq Qafqaza tərəf.

 

“Sulya gəlir?”

 

Vladiqafqazın girişində bizi saxlayan, şəhərə hansı məqsədlə gəldiyimizi soruşan polisə "futbol matçına gəlmişk, "Alaniya" – "Neftçi"ylə oynayacaq" dedik. Osetiya polisinin də futbola münasibəti elə azərbaycanlı polisin münasibəti kimiymiş: "Necə, yenə də bu "Alaniya"? Yenə də stadiona getməli, ayaq üstə dayanmalıyıq?". "Narahat olmayın, bu dəfə veteranlar oynayacaq, bu, şou xarakterli oyundu, Sulyanın 50 illiyi şərəfinə" dedik. Polisin reaksiyasını isə görməyə dəyərdi: "Sulya gəlir? Onun üçün stadionda böyük məmnuniyyətlə ayaq üstə duraram".

 

Gedək stadiona

 

Nazim Süleymanovu yerlipərəstlik edərək "Xüsusi adam" adlandırdığımı düşünməyin ha. Onu "Xüsusi adam" kimi Osetiyanın "Xüsusi ağsaqqal"ı da təqdim etdi. Ancaq bu barədə bir az sonra. Hələ gedək stadiona…

"Alaniya" ilə "Neftçi"nin veteranları yerli vaxtla saat 16:00-da qarşılaşacaqdı. "Spartak" stadionuna təxminən saat yarım əvvəl gəldik. Stadionun ətrafını polislər mühasirəyə almışdı. Giriş qapısında xanım nəzarətçiləri görüncə, təəccübləndim. Azarkeşlərin üst-başını bunlarmı yoxlayacaq? Amma 30 dəqiqədən sonra arenanın qarşısındakı qələbəliyə nəzər yetirərkən hər şey aydın oldu. Stadiona gələnlərin arasında xeyli xanım azarkeş də vardı. Xanım nəzarətçilər də onları yoxlayırdı.

 

Tam fərqli bir publika

Vladiqafqazda futbol publikası tamamilə fərqlidi. Burda stadiona uşaq da, cavan da, qoca da, qadın da gəlir. Anaların azyaşlı övladlarının əlindən tutaraq axın-axın stadiona gəlməsini görməyə dəyərdi. Vladiqafqazlılar üçün futbol təkcə emosiya oyunu deyil. Onlar üçün futbol həm də incəsənətdi, arena teatr səhnəsidi. Onlar stadiona istirahət etməyə, zövq almağa, onlara zövq verənləri alqışlamağa gəlirlər. Kimsə artıq hərəkətə yol vermir, kimsə ağzından artıq-əskik söz çıxarmır. Publika barədə yenə da danışacam. Amma "Xusis adam"ın izini buraxmayaq.

Stadiona daxil olan 7-dən 77-yə hər kəs öncə "Neftçi"nin veteranlarını gətirən avtobusun yanına tələsirdi. Tərtibatçı-rəssam Əziz Zeynalov Sulyanın şəkillərini xüsusi zövqlə avtobusun üzərinə vurmuşdu. Hamı avtobusun yanına tələsərək şəkil çəkdirməyə can atırdı. Bir azdan isə kitab almaq üçün növbə yarandı. Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı buraxılmış kitabı əldə etmək üçün əsl mübarizə gedirdi. Azarkeşlərdən biri növbəyə yaxınlaşaraq, kitabın qiymətini soruşdu. Kənardan müşahidə aparan şəxslərdən biri "2 min rubl" dedi. Azarkeş dərhal əlini cibinə saldı. Ancaq kitabı paylayan şəxs onun satılmadığını, vladiqafqazlılara hədiyyə verildiyini dedi. Hədiyyəsini alan azarkeş nə desə yaxşıdı? Kitabı hədiyyə etdikləri üçün təşəkkürunu bildirdi və "2 min rubl nədi ki, Sulyanın qiyməti yoxdu" dedi. Uzaq Qafqazda bu mənzərəni seyr edən, həmyerlisi haqqında bu sözləri eşidən azərbaycanlı necə qürurlanmaya bilər?

 

Valdiqafqazlılar Sulyanı özəlləşdirə bilməz

 

Və "Azərbaycan, Azərbaycan" şüarları eşidilir. Barabanlarla, bayraqlarla "silahlanmış" bir dəstə azarkeş stadiona daxil olur. Axı bunlar "Alaniya"nın azarkeşlərinə oxşamırlar… Hardan gəliblər? Nalçikli fanatların Azrbaycandan gələn avtobusun yanında hansı "oyunlar"dan çıxdığını görməyə dəyərdi. Onlar barabanı döyəcləyir, dayanmadan "Sulya, Azərbaycan" qışqırırdılar.

Təbii ki, onlarla söhbətləşdik. Nalçik "Spartak"ının azarkeşləri elə belə də dedilər: "Valdiqafqazlılar Sulyanı özəlləşdirə bilməz. O, bütün Qafqazındı". Kabardin-balkar fanatlar Vladiqafqaza xüsusi olaraq Süleymanov üçün gəldiklərini bildirdilər.

 

İnsanı riqqətə gətirən mənzərə

 

 

Bu da oyun. "Spartak" stadionunun mərkəzi tribunası tamamilə dolub. Hər iki komandanın futbolçularını böyük coşqu ilə alqışladılar. Nazim Süleymanov stadiona daxil olarkən, tribunada yaşananları görmək üçün iki göz azlıq edirdi. Sulya öncə əlil arabasında olan azarkeşə yaxınlaşdı. Onlar bir-birlərinə sarmaşdılar. Əlil arabasına məhkum olan azarkeşin uzun müddətdən sonra elə bu stadionda Nazim Süleymanovu növbəti dəfə qucaqlaya bilməsinin sevincini sözlə ifadə etmək mümkün deyil. Sulya Bakıdan gətirdiyi xüsusi hədiyyəni pərəstişkarına təqdim edir. Stadion insanı riqqətə gətirən bu mənzərəni ayaq üstə alqışlayır. Sulya üçün bütün Osetiya səfərbər olmuşdu. Respublikanın rəhbər şəxsləri, adlı-sanlı idmançılar, dünya və olimpiya çempionları stadionda idi. Osetiyanın idman naziri, əfsanəvi güləşçi, olimpiya çempionu Hasan Baroyev (bu şəxs haqqında hələ danışacağıq) hətta meydana da çıxdı. Süleymanovla top da qovdu, qol da vurdu.

 

 

 

Vladiqafqazlılar Musa Qurbanova görə necə təəssüfləndilər?

 

 

Publika yenə də möhtəşəm idi. Hər iki komandanın futbolçuları alqışlanırdı. Sulyanın özünəməxsus daban ötürmələri, Musa Qurbanovun (oyundan sonra vladiqafqazlılar zarafatla "biz Musanı o vaxt niyə tapıb bura gətirə bilməmişik?" deyirdilər) sürətli reydləri, texniki fəndləri, Oqtay Abdullayevin yaşına uyğun olmayan fiziki "perfmorans"ı azarkeşlər tərəfindən dəfələrlə alqışlandı. Süleymanov həm "Alaniya"nın, həm də "Neftçi"nin heyətində qol vurdu. Sulya ilk hissədə "Alaniya"nın şərəfini qorudu. Hissənin sonunda isə məşqçi onu əvəzlədi. O, meydanı tərk edir. Bütün azarkeşlər onu alqışlayır.

Qarşılaşma bu tip oyunların ssenarisinə uyğun başa çatdı. Qapılara 14 qol vuruldu. Təbii ki, hər iki komanda bərabər sayda – 7 dəfə fərqləndi. Futbolçular meydanda zarafat etdilər, "kobud" oyuna əl atdılar, hətta sarı vərəqə alanı da oldu. Amma hamı zövq aldı. Oyun bitdi. Yenə də publikanı tərifləməli olacam. Hakimin fitindən sonra bircə nəfər də stadionu tərk etmədi. Hamı ayaq üstə idi. Qoca da, cavan da, qadınlar da, uşaqlar da. Hamı Sulyanı alqışlayırdı. "Spartak" stadionunda növbəti dəfə "Sulya, Sulya" qışqırtısından qulaq tutulurdu.

Azərbaycanlı futbol veteranları – Ağasəlim Mircavadov da, Novruz Əzimov da, Əsgər Abdullayev də, Yaşar Vahabzadə də, Təbriz Həsənov da baş verənlərdən heyrətlənmişdilər. Azarkeşlərin davranışından, futbola, futbolçulara sayğısından heyərtlənmişdilər. Bir azərbaycanlı futbolçunun ölkədən kənarda sahib olduğu nüfuzun verdiyi qüruru heç nə ilə müqayisə etmək mümkün deyil. Hər kəsin simasında bu qürür sezilirdi.

 

Rusiyalı jurnalistlərin 6-cı cəhdi

 

 

Nazim Suleymanov osetin dilində nitq söylədi. Mərasim yekunlaşdı, futbolçular paltardəyişmə otağına getdilər. Amma azarkeşlər stadionu tərk etmədilər. Stadionun qarşısı, dəhliz fanatlar tərəfindən işğal olunmuşdu. "Rossiya-1" telekanalının əməkdaşları reportajın son kadrını elə dəhlizdə lentə almaq istəyirdilər. Müxbir kütlənin arasından keçib, "əfsanənin oyunu qurtarıb, amma azarkeşlər stadionu tərk etmirlər" deyərək, kameraya tərəf yaxınlaşır. Onlar bu kadrı 6-cı cəhddə çəkə bildilər. Azarkeşlər belə asanlıqla əl çəkməzdilər ki, Sulyadan. Bir müddət əlində kitab, forma tutmuş uşaqlara avtoqraf yazmalı oldu.

 

"Buna bizim haqqımız çatmır" deyən vladiqafqazlı

 

 

Lənət şeytana, axı 10-12 yaş arasında olan bu uşaqlar heç vaxt Sulyanın oyununu görməyiblər. Bəs nədən onlar Nazim Süleymanovdan avtoqraf almaq üçün az qala bir-birlərini tapdalayırlar? Valideynlərdən biri bunu belə izah etdi: "İndi Osetiya futbolu yaxşı günlərini yaşamır. Bütün Osetiya üçün çempion olmuş "Alaniya" var. Nazim o əfsanəvi komandanın əsas üzvü idi. Biz o əfsanəvi komanda, o əfsanələr haqqında uşaqlarımıza danışırıq. Bundan sonra da danışacağıq. Bizə sevinc, qürur bəxş edən, şöhrət gətirən o əfsanələri unuda bilmərik. Buna bizim haqqımız çatmır. Uşaqlarımıza da onlar haqqında danışmalıyıq. Bu, bizim borcumuzdu".

 

"Xüsusi ağsaqqal"ın təqdimatı

 

Stadionu tərk edirik. Azarkeşlərin maşın karvanı da veteranları aparan avtobusu otelə qədər müşayiət edir. Təxminən 2 saatlıq istirahətdən sonra Nazim Süleymanovun şərəfinə təşkil olunmuş banket başlayır. Sulya otelin foyesində görünən kimi yenə də azarkeşlərin əhatəsinə düşür. Yenə də heç kimin sözünü yerə salmır, banketə tələsməsinə baxmayaraq, avtoqraf paylayır, şəkil çəkdirir. Nazim Süleymanovun banketini idarə etmək üçün Osetiyanın "Xüsusi ağsaqqal"ı Maxarbek Baroyev şəxsən təşrif buyurmuşdu. Əfsanəvi güləşçi, idman naziri Hasan Baroyevin atası. Nazimi də "Xüsusi adam" kimi o təqdim etdi: "Osetiyalıları istedadı olan idmançılarla təəccübləndirmək olmaz. Bu respublika istedadlı idmançı qıtlığı yaşamır. Osetiyadan saysız-hesabsız olimpiya, dünya və Avropa çempionları çıxıb. Amma istedadı ilə yanaşı, xarakteri, davranışı, xasiyyəti ilə osetiyalıların sevimlisi olmağı az-az idmançı haqq edib. Sulya o idmançılardandı".

Soçidən gəlmiş nümayəndə heyətinin üzvü Qleb Qutiyevin dediklərini də oxuyun: "Braziliya dünyaya xeyli istedadlı futbolçu bəxş edib. Amma braziliyalıların sevimlisi Qarrinça olub. "Alaniya"nın da heyətində xeyli istedadlı futbolçu oynayıb. Amma Osetiyanın sevimlisi Sulya olub". Bu fikirlər Nazim Süleymanovla birlikdə "Alaniya"da top qovan, komandanın əfsanəvi çempionlarından sayılan İnal Cioyev, Baxva Tedeyev, Artur Paqayev, Alan Aqayev, Şamil İsayevin yanında deyilirdi. Amma onların simasında qətiyyən qısqanclıq hiss olunmurdu. Nazim Süleymanovun ünvanına səslənən hər tərifdən sonra qol-qola girib bir ağızdan "Sulya, Sulya" qışqırırdı bu əfsanələr.

 

 

Bir xalqın kumiri, üstəlik həm də naziri olasan…

 

Heş şübhəsiz ki, tədbirin təşkilində ən böyük əziyyəti Osetiyanın idman naziri Hasan Baroyev və müavini Lazo Kesayev çəkmişdi. Olimpiya və dünya çempionu olan bu əfsanəvi idmançının sadəliyindən danışmamaq mümkün deyil. Bir xalqın kumiri, üstəlik həm də naziri olasan, amma sadəliyini də bu qədər qorumağı bacarasan. Hasan Baroyev tədbirdə hamı ilə ilgiləndi, hər kəsə qayğı göstərdi, oxudu, rəqs etdi. Hətta atasıyla – Osetiyanın "Xüsusi ağsaqqal"ı ilə də zarafatlaşdı, onunla qol güləşdirdi. Azərbaycanlı jurnalistlərin stoluna yaxınlaşdı, Sulyanın sağlığına badə qaldırdı. Fərid Mansurovu, Rövşən Bayramovu soruşdu və "Avropa oyunları zamanı Bakıya gələcəm" dedi. 
Vladiqafqaz səfəri üçün nəticə: futbol təkcə oyun deyil. Futbol dəyərdi, futbol sevgidi, futbol bir millət haqqında bir ölkədə yaradılan imicdi, qazanılan hörmətdi, sevgidi. Nazim Süleymanov bundan artıq neynəyə bilər ki? O, Osetiyada xüsusi adamdı, xüsusi azərbaycanlıdı. Nazim Süleymanova görə Vladiqafqaza gedən hər bir həmyerlimiz "xüsusi adam" statusunda olacaq. Buna heç şübhəniz olmasın. Uzaq Qafqaza səfər etsəz, çətinliklə üzləşsəz, "Sulyanın həmyerlisiyəm" deməyiniz kifayətdi. Sizə kömək edib, qayğı göstərəcəklər. Süleymanov azərbaycanlılar üçün bu statusu oyunu, davranışı və xasiyyəti ilə qazanıb. Lütfən, Vladiqafqaza səfər etsəz, bu statusa xələl gətirəcək hərəkətə yol verməyin.

 

Natiq Muxtarlı, komanda.az

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles