Meshur kino aktyoru vefat edib

[r32]

9 Dekabr, 2017  10:57 xeber – Bu gün səhər saatlarında məşhur kino və teatr aktyoru Leonid Sergeyeviç Bronevoy vəfat edib. 
“Report” xəbər verir ki, bu barədə “RİA Novisti”yə aktyorun çalışdığı “Lenkom” Moskva teatrının direktoru Mark Varşaver məlumat verib. 
Onun sözlərinə görə, SSRİ xalq artisti Leonid Bronevoy bu gün səhər 07:30 radələrində dünyasını dəyişib. 
Mərhumla vida mərasimi və dəfn vaxtı yaxın vaxtlarda məlum olacaq. 
L.Bronevoy kino sahəsində bir neçə məşhur rolu ilə yadda qalıb. Onun çəkildiyi ekran əsərləri arasında “Baharın on yeddi anı”, “Pokrov qapıları”, “Həmin Münhauzen” filmləri də var.

mənbə :
Report.az