Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Britaniyanin Lordlar Palatasinda İngiltere-Azerbaycan Cemiyyetinin 20 illik yubileyi qeyd edilib

Britaniyanın Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib

11/12/2017

12:30


11 Dekabr, 2017  12:20 xeber – Böyük Britaniya Lordlar Palatasının məşhur “The Peers” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik Milad xeyriyyə yığıncağı, həmçinin cəmiyyətin fəaliyyətə başlamasının 20 illik yubileyi qeyd edilib.
“Report” xəbər verir ki, tədbirdə cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord German, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, akademik Nərgiz Paşayeva, qurumun İcraiyyə Komitəsinin üzvləri, Böyük Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunan diplomatik korpusun əməkdaşları, yerli və xarici iş adamları, Britaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lord German cəmiyyətin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayevaya təşkilatın fəaliyyətindəki böyük xidmətlərinə görə təşəkkür edib. Britaniyalı həmsədr İngiltərə-Azərbaycan Cəmiyyətinin bu yubiley tədbirində iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib və qeyd edib ki, İngiltərə-Azərbaycan Cəmiyyəti artıq 20 ildir mədəni-maarifçi, humanitar, xeyriyyə kimi sahələrdə uğurla fəaliyyət göstərir.
İyirmi il ərzində cəmiyyətin bütün üzvləri ilə birgə çalışan insanlara minnətdarlığını bildirən Lord German qeyd edib ki, 20 illik dövr uzun və şərəfli bir yol olub. Britaniyalı həmsədrin sözlərinə görə, cəmiyyət bu illər ərzində yeni münasibətlər qurub, yeni dostlar qazanıb və bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcək. Lord German cəmiyyətin ötən dövr ərzində Azərbaycanla Böyük Britaniya arasında körpü rolunu oynadığını qeyd edərək deyib: “Mən həmişə Azərbaycanı Şərq ilə Qərbin, Şimal ilə Cənubun ayrıcında olan ölkə kimi çox yüksək dəyərləndirirəm. İpək yolu məhz bu ölkədən keçir və Azərbaycan hər zaman dünyanın müxtəlif ölkələrindən olan insanları qonaqpərvərliyi, tolerantlığı və zəngin mədəniyyəti ilə özünə cəlb edir. Məhz bu xüsusiyyətlər Azərbaycan xalqında dünya mədəni irsini daha yaxından öyrənməyi və digər mədəniyyətlərə hörmətlə yanaşmağı formalaşdırıb. Təbii ki, bizim bütün uğurlarmız sizlərin və bizə dəstək olan insanların köməyi olmadan mümükünsüz olardı. Mən bizim cəmiyyətimizin idarə heyyətinin üzvlərinə dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar uzun illərdir ki, cəmiyyətimizin inkişafına səy göstəriblər”.

Daha sonra, çıxış üçün söz İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayevaya verilib.
Akademik N.Paşayeva tədbir iştirakçılarını salamlayaraq deyib: “Dəvətimizi qəbul edib bura toplaşdığıniza görə hər birinizə öz təşəkkürümü bildirirəm. Tədbirimiz ənənəvi olaraq Milad bayramı ərəfəsində təşkil olunan xeyriyyə gecəsinə həsr edilir. Qeyri-adi və ecaskar əhval-ruhiyyə bəxş edən bu Bayram hamı tərəfindən sevinclə qarşılanır. Qeyd edim ki, eyni zamanda bu il bizim cəmiyyət üçün fərqli bir ildir. Bizim artıq 20 yaşımız tamam olur. Əlbəttə, 20 il azdır, gənclik yaşıdır. Amma bu fikir bütün hallara aid olmur. Belə ki, ölkəmizin – ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın 25 yaşı, bizim isə 20 yaşımız tamam oldu. Bu illər ərzində cəmiyyətimizin fəaliyyətində yaxından iştirak edən, layihələrimizdə əzmlə, sevgilə çalışan – humanitar, mədəni və xeyriyyə tədbirlərimizə dəstək verən insanlara dərin təşəkkürümü bildirmək istərdim. Başlanğıc şərəfli və uğurlu oldu və bizlər bu uğuru davam etdirməliyik. Artıq 10 ildir ki, mən həmsədr kimi burada çalışıram və bu illər ərzində özüm də çox şeylər öyrənmişəm. Ölkənizi – İngiltərəni daha yaxşı tanımış və daha çox sevmişəm.
Paytaxt London sadəcə böyük və gözəl şəhər olaraq qalmır. Bu şəhərdə müxtəlif yerlərdən gələn insanlar yaşayır. Şəhərin beynəlmiləl ruhu bu insanları birləşdirir. Azərbaycanın paytaxtı Bakı da həmişə beynəlmiləl şəhər olub.
Təsadüfi deyil ki, Avropada oxuyan Azərbaycanlı tələbərin ən böyük qismi Böyük Britaniyada təhsil alırlar. Əsas səbəblərdən biri odur ki, məhz burada o gənclər özlərini qürbətdə deyil, doğma yerdə hiss edirlər. 20 yaşı olan cəmiyyətimizin mövcudluğu və varlığı həm Azərbaycanda, həm də Böyük Britaniyada yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Cəmiyyətin Azərbaycan tərəfindən həmsədri olaraq missiyamızı gələcək nəsillərə ötürməyin vacibliyini yaxşı anlayıram. Əldə edilən nailiyyətləri, qurulmuş münasibətləri, iki ölkə arasında vətəndaş cəmiyyətlərinin birliyini, xeyriyyəçilik, maarifçilik, mədəni tədbirləri davamlı və möhkəm etmək bizim cəmiyyətin əsəs məqsədidir. İnanıram ki, belə də olacaq.

Bir daha hamınıza minnətdarlığımı bildirir, qarşıdan gələn Yeni İlinizi təbrik edir və sizlərə gözəl axşam arzulayıram”.
Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək bildirib ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin 20 illik fəaliyyəti və uğurları Britaniya və Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunub. O deyib: “Cəmiyyətin iki ölkə arasındakı mədəni əlaqələrinin inkişafı və yaxınlaşmasına verdiyi dəstək təqdirə layiqdir. Təbii ki, ən böyük təqdirə və təşəkkürə bu cəmiyyətin uğurlu inkişafında böyük xidmətləri olan akademik Nərgiz Paşayeva, Lord German və cəmiyyətin digər dəyərli üzvləri layiqdir. Bir daha İngiltərə-Azərbaycan Cəmiyyətinin bütün üzvlərini şərəfli yubiley münasibətilə təbrik edirəm”.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraçı Komitəsinin üzvləri də çıxış ediblər.
Tədbirin sonunda İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri akademik Nərgiz Paşayeva Azərbaycan televiziyasına müsahibə verib. Akademik N.Paşayeva deyib: “Bu gün Böyük Britaiya Parlamentinin Lordlar Palatasında ənənəvi olaraq İngiltərə-Azərbaycan Cəmiyyətinin illik xeyriyyə tədbiri keçirilir. Bu yığıncaq xüsusi bir tarixə də malikdir. Belə ki, biz İngiltərə-Azərbaycan Cəmiyyəti olaraq, 20 ildir ki, Britaniyada fəaliyyət göstəririk. Başlıca cəhət ondan ibarətdir ki, bu cəmiyyət İngiltərədə təsis olunmuş funksional, davamlı və uzun tarixə malik və müstəqil Azərbaycanı Böyük Britaniyada təmsil edən nüfuzlu bir təşkilatdır. İndiyə qədər cəmiyyət haqqında yalnız müsbət rəylər söylənilib. Cəmiyyətin işi İngiltərə ictimaiyyəti tərəfindən dəstəklənib və cəmiyyətin yüksək hörməti və nüfuzu vardır. Bu xoş haldır və biz inanırıq ki, gələcəkdə İngiltərə-Azərbaycan Cəmiyyəti iki ölkə arasında mədəni, insani, tarixi və xeyriyyəçilik ənənələrini daha da möhkəmləndirəcək”.

Böyük Britaniyanın keçmiş sənayə və energetika naziri, İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfindən ilk həmsədri olmuş Tim Eqqer Azərbaycan televiziyasına verdiyi müsahibəsində qeyd edib: “Mən İngiltərə-Azərbaycan Cəmiyyətinin yaradıldığı dövrü yaxşı xatırlayıram. İlk günlərdən mən cəmiyyətin üzvüyəm. Ötən 20 il ərzində bu cəmiyyət iki ölkə arasında həm mədəni, həm də iqtisadi münasibətlərin möhkəmlənməsində mühüm rol oynayıb. Burada, Lordlar Palatasında yubileyin qeyd olunması mənim üçün həm sevindirici, həm də qürurvericidir”.
Qeyd edək ki, 1997-ci ildə yaradılmış İngiltərə-Azərbaycan Cəmiyyəti Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilatdır. Ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsində qarşıya qoyduğu məqsədlərə və missiyalara uğurla nail olur. Özünün 20 illiyini fəxrlə qeyd edən İngiltərə-Azərbaycan Cəmiyyəti bu dövr ərzində müxtəlif, xususən də təhsil və mədəniyyət sahələrində, uğurla həayata keçirdiyi bir sıra əhəmiyyətli layihələri qeyd etmək yerinə düşər.
İngiltərə-Azərbaycan Cəmiyyəti bu illər ərzində Azərbaycanda muxtəlif xeyriyyə tədbirləri təşkil etmişdir. Buna misal olaraq, cəmiyyətin Gəncə şəhərində, Maştağada, Şağan və Saray qəsəbələrində yerləşən əqli və fiziki qüsurlu uşaq evlərində həyata keçirdiyi müəyyən təmir işlərini, həmin uşaq evlərində çalışan əməkdaşlar üçün Britaniyadan dəvət olunmuş mütəxəsislər tərəfindən təşkil olunan xüsusi təlim proqramlarını göstərmək olar. Cəmiyyət Ramana qəsəbəsində yerləşən əlillər evinin təmiri, həmçinin Azərbaycanda uşaq ölümlərini azaltmaq məqsədilə təsis olunmuş İngiltərənin “Health Prom” xeyriyyə cəmiyyətinin təklif etdiyi Azərbaycanlı həkimlər üçün xüsusi təlimlərin keçirilməsi proqramına böyük dəstək vermişdir. Talassemiya xəstəliyinin Azərbaycanda daha ixtisaslaşmış şəkildə müalicəsi üçün İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən Britaniyadan ixtisaslı mütəxəssislərin və laboratoriya texnoloqlarının Bakıya və bu sahədə çalışan Azərbaycan həkimlərinin İngiltərəyə təlim səfərlərinin təşkil edilməsi sahəsində vacib işlər görülmüşdür.

İngiltərə-Azərbaycan Cəmiyyəti təhsil sahəsində də bir sıra xeyriyyə işləri görmuşdür. Kembric Universitetində azərbaycanlı tələbənin ali təhsil almasına maddi dəstək vermişdir. Həmin gənc daha sonra Britaniyanın Xarici İşlər Nazirliyinin Çevninq təqaüdünü də qazanmışdır; Sürrey şəhərində yerləşən Yəhudi Menuhin Məktəbində skripka fənni üzrə təhsil almaq üçün 1 şagirdə təqaüd ayrılmışdır; Londonun “Guildhall” məktəbində təhsil alan azərbaycanlı gənc pianoçunun dünya üzrə keçirilən müsabiqələrdə iştirakına dəstək olunmuşdur. Amsterdamda keçirilən son müsabiqələrin birində həmin Azərbaycanlı iştirakçı I yer tutmağa müvəffəq olmuşdur. Cəmiyyət həmçinin Böyük Britaniyanın məşhur və ilk ixtisaslaşmış musiqi məktəbi olan “Purcell” (www.purcell-school.org) məktəbilə Bül-Bül adına musiqi məktəbi arasında əməkdaşlığın qurulmasının təşəbbüskarı olub. Cəmiyyətin təşkilatçılığı ilə Bül-Bül adına musiqi məktəbinin iki şagirdi Britanıyanın “Purcell” musiqi məktəbində 10 gün təlim dərslərində iştirak ediblər. Həminçinin, cəmiyyətin dəstəyi və təşkilatçılığı ilə Britaniyanın Uels Kral Musiqi və Dram kolecinin (www.rwcmd.ac.uk) müəllimi, Böyük Britaniyalı məşhur pianoçu-pedaqoq Ceyms Korbi Bülbül adına musiqi məktəbində şagirdlər üçün fortepiano dərsləri aparmışdır. İngiltərə-Azərbaycan Cəmiyyətinin bu kimi onlarla digər xeyriyyə işlərini vurğulamaq olar.
Tədbirdə İngiltərənin “Fe Musa” adlı yeganə qadın simli orkestrinin üzvlərindən ibarət kvartetinin ifasında musiqi əsərləri səsləndirilib. Konsert proqramında həmçinin, Azərbaycan milli instrumental musiqi ifaçıları Rafiq Rüstəmov (kamança) və Rasim Fərziyevin (tar) təqdim etdiyi nömrələr də marağla dinlənilib.

mənbə :
Report.az




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.










MARAQLI
Pulsuz Oyunlar
Azadliq.az - Android

Kitab sifarisi
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website