Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Salyanda arvadini ve 4 qizini olduren kisi ve oglu Baki İstintaq Tecridxanasina kocurulub

Salyanda arvadını və 4 qızını öldürən kişi və oğlu Bakı İstintaq Təcridxanasına köçürülüb

11/12/2017

17:00


11 Dekabr, 2017  16:57 xeber – Salyan rayonunda arvadını və 4 qızını öldürən ailə başçısı Fərhad Əliyev və onun oğlu Fəqan Əliyev Bakı İstintaq Təcridxanasına köçürülüb.
“Report”un əldə etdiyi məlumata görə, dekabrın 8-də Salyan Rayon Məhkəməsində barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən ata və oğlu Bakı İstintaq Təcridxanasına etap edilib.
Hazırda hər iki şəxsin istintaqı davam etdirilir.
Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri F.Əliyev və oğlu F.Əliyev şübhəli şəxs qismində tutulublar, daha sonra onların barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website