Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Razborka" işine men baxırdım” – EVİN İÇİ

“Razborka" işine men baxırdım” – EVİN İÇİ

27/05/2015

12:20


27.05.2015 / 12:15 xeber –

Arif Əsədov: “Amma qız üstündə davam olmayıb”

Lent.az-ın  “Evin içi” adlı layihəsinin növbəti qonağı “Neftçi"nin baş məşqçisi Arif Əsədov oldu. Daha doğrusu, biz onun evində qonaq olduq və Arif müəllimi bir insan kimi daha yaxından tanıdıq.

 

Səbirli olması və səmimiliyi ilə seçilən Əsədov həm də qonaqpərvərdir. Bunu qulluğumuzda durması, bizi süfrə arxasına dəvət etməsi ilə nümayiş etdirdi.

 

Arif Əsədovun nəvəsi Məryəm qonaqlığa xüsusi rəng qatdı desək, yanılmarıq. Tez-tez əyləşdiyimiz otağa baş çəkən balaca dünya gözəli şıltaqlığı ilə üzümüzə təbəssüm bəxş etdi.

 

Əsədovla söhbətimiz layihənin adına uyğun olaraq, evin içində oldu…

 

 

– Qonaq qəbul etmək və getməklə aranız necədir?

 

– Qonaq qəbul etməklə aram yaxşıdır. İstərdim ki, hər dəfə qonağımız olsun. Şükür Allaha, dostlarım, yaxınlarım işlə bağlı az-az da olsa, gəlib-gedirlər. Yəni evimiz qonaq-qaralı olur. Qonaq getməklə də aram pis deyil. Yaxınlarıma tez-tez baş çəkirəm. Mənim qardaş, bacılarım Sumqayıtda yaşayırlar. İşlə bağlı imkan düşdükcə, onların yanına gedirəm.

 

– Yəqin evin içində yox, evdən kənarda daha çox olursuz…

 

– Bəli, daha çox kənarda oluram. Amma çalışıram ki, ailəmə lazımınca vaxt ayırım. Gündüzlər işdə, başqa yerlərdə olsam da, axşam həmişə evdə, ailəmin yanında oluram.

 

– Ailə sizin üçün nə deməkdir?

 

– Ailə müqəddəs bir şeydir. Həm çətin, həm də xoş günündə ailən yanında olur. Bizim işimiz də elədir ki, çətin, psixoloji cəhətdən gərgin günlərimiz az olmur. Belə anlarda adama ailəsi daha çox dayaq durur.

 

– Ailəsini idarə edə bilməyən insan hansısa komandanı da idarə edə bilməz. Razısızmı bu fikrimlə?

 

– Tamamilə razıyam. Komandaya da ailə deyirik. Əgər sən kiçik bir ailəni idarə edə bilmirsənsə, böyük ailəni, komandanı çətin idarə edə bilərsən.

 

– İşdə daha ciddisiz, yoxsa evdə?

 

– Mən həm diktatoram, həm də demokratam. Çalışıram ki, həm evdə, həm də işdə bu xüsusiyyətlərimdən istifadə edim. İşimi daha çox inanaraq, qurmağa çalışıram. Bunun əsasında da istəyimə nail oluram.

 

– Övladlarınıza qarşı tələbkarsız, yoxsa onlara sərbəstlik verməyi xoşlayırsız?

 

– Üç oğlum var. Hansısa bir yaş dövrünə kimi, onların hər bir hərəkətini nəzarətdə saxlamışam. Amma artıq arxayınam ki, keçid dövrünü geridə qoyublar. Böyük oğlum evlidir, övladı var. Artıq özü ailə sahibidir. Ortancıl oğlum nişanlıdır, sağlıq olsun, yayda ona toy etməyi düşünürük. Bu dəqiqə daha çox kiçik oğlumla məşğul oluram. Onda elə yaş dövrüdür ki, daim məktəbi ilə maraqlanmalıyam. Üstəlik, futbola gedir və buna da diqqət ayırmalıyam. Düzdür, işimlə bağlı buna çox da vaxtım olmur. Amma anası onu nəzarətdə saxlayır. Mən də hər gün evə gələndə kiçik oğlum haqda informasiya alıram.

Kiçik oğluma rəhmətlik atamın adını qoymuşam. Mən özüm də evin sonbeşiyi olduğum üçün valideynlərim mənə fərqli münasibət göstəriblər. Onlar həmişə mənimlə olublar. Bakıya köçəndə də atamla anamı yanıma gətirmişəm, bir yerdə yaşamışıq. Buna görə də, özüm də sonbeşiyə fərqli yanaşıram.

 

– Böyük oğlunuz sizdən ayrı evdə yaşayır. Yəqin ki, ortancıl oğlunuzu da evləndirdikdən sonra ayıracaqsız. Bəs balacaya necə, ona da həmin şəraiti yaradacaqsız, yoxsa sizin yanınızda qalacaq?

 

– Görək də (gülür). Onu evləndirənə kimi yaşlaşacam (yenə gülür). Böyük oğlum ayrı evdə yaşasa da, yaxınlıqda qalır. Demək olar ki, axşama kimi bir yerdəyik. Düşünürəm ki, digər övladlarımı da öz evimizin yaxınlığında yerləşdirim ki, hamımız bir-birimizə yaxın olaq.

 

– Həyat yoldaşınıza qarşı qısqanc olmusuz?

 

– Sevgi elədir ki, yeni-yeni ailə quranda qısqanclıq olur. Həyat yoldaşımla bir məktəbdə oxumuşuq və eyni məhəllədə böyümüşük, qonşu olmuşuq. Yəni həmişə gözümün qabağında olduğundan, qısqanclığa ehtiyac qalmayıb.

 

– Onda özünüzə qarşı necə, qısqanclıq hiss etmisizmi?

 

– Mən öz hərəkətimlə, münasibətimlə buna imkan verməmişəm. Yəni əsas verməmişəm ki, məni qısqansın.

 

– Uşaqlığınızla bağlı nə kimi maraqlı xatirələriniz var?

 

– 1-ci sinifdən 6-cı sinfə qədər Sumqayıtda oxumuşam, sonra isə Bakıya gəlmişəm. Futbola Sumqayıtda başlasam da, inkişaf üçün Bakıda daha yaxşı şərait var idi. Burda İdman Təmayüllü İnternat məktəbində həm oxuyurdum, həm də gündə 2 dəfə məşq edirdim. Yanımda ailəm olmayıb. Həftənin 6-cı və bazar günləri evə buraxırdılar. Qalan günləri isə Bakıda olurdum. O çətinlikləri özüm görmüşəm. İndi oğluma rəva bilmərəm ki, həmin çətinlikləri keçsin. Sovet dövrü bizi uşaqlıqdan sərbəst, tək yaşamağa öyrəşdirirdi. 4-cü, 5-ci sinfə kimi məhlə ab-havasını yaşamışam, sonra isə futbol həyatına qədəm qoymuşam.

 

– İlk maaşınız nə qədər olub və onu nəyə xərcləmisiz?

 

– İlk maaşım “Neftçi”də olub. 130 manat almışdım. O vaxt əvəzedici heyətə düşəndə 65 manat “stipendiya” verirdilər. Məni birdən-birə ştata götürdülər və 130 manat almağa başladım. Çox sevinirdim. Maaşımı həmişə gətirib verərdim rəhmətlik anama. O da o vaxtdan evliliyim üçün hazırlıq görürdü, qır-qızıl, başqa şeylər alırdı (gülür). 

Bilirsiz, pul mənim üçün heç vaxt böyük önəm daşımayıb. İstər futbolçu, istərsə də məşqçilik dövrümdə, daha çox çalışmışam ki, ad qazanım. Evimdəki medalları, kubokları görürsüz də. Onlara baxdıqca xatirələr yadıma düşür. Hansı kuboku neçənci ildə qazandığımı tarixinə kimi dəqiq deyə bilmərəm. Amma yadıma gəlmir ki, hansı ildə nə qədər pul qazanmışam. Heç vaxt bədxərc olmamışam. 20 yaşımda “Neftçi” məni evlə təmin edib. Özüm də tez evlənmişəm. Görürsüz, 45 yaşımda nəvəm də var (gülür).

 

– Pulsuz vaxtlarınız necə, olubmu?

 

– Yox. Həmişə stabilliyi qoruyub saxlamışam və ayağımı yorğanıma görə uzatmışam. “Qara gün”ü fikirləşmişəm həmişə. Nə aşağı səviyyəni, nə də təmtərağı sevmişəm. Çalışmışam ki, orta pilləni tutum.

 

– Əsl dost necə olmalıdır və o kriteriyalara uyğun gələn dostunuz çoxdurmu?

 

– Ümumiyyətlə, dost az olar. Dost elədir ki, sən ona sirrini aça bilərsən. Çətin vaxtında bir ailən, bir də dostunla məsləhətləşirsən. Amma dost saydığın insan sənə qarşı paxıllıq da nümayiş etdirə bilər. Düşünürəm ki, mənim dostlarım elə deyil. Sayları çox olmasa da, əsas odur ki, dostlarım var. Onlardan da biri Şahin Diniyevdir. Bir problemim, dərdim olanda Şahin müəllimlə bölüşə bilirəm.

 

– Dostlarınızı sınaqdan keçirmisizmi?

 

– Həyat özü onları sınaqdan keçirib. Şükür Allaha, dostlarım tərəfindən arxadan zərbə almamışam. Özüm onlara hansı münasibət bəsləmişəmsə, onlardan da özümə qarşı o münasibəti görmüşəm.

 

– Özünüzə düşmən saydığınız və ya sizi özünə düşmən sayan şəxs varmı?

 

– Şükür Allaha, düşmənim yoxdur. Məsəl var e, bir problemin olanda deyirsən ki, onu düşmənimə də arzu eləmərəm. Mən də həmişə bu prinsiplə yaşamışam.

 

– İnsanda ən dəyər verdiyiniz xüsusiyyətlər hansılardır?

 

– Sadiqlik. İnsan istər həyatda, istərsə də işində, sadiq olmalıdır. Bir də düzgünlük.

 

– Bəs nəyi bağışlamarsız?

 

– Xəyanəti bağışlamaram. Adam var ki, yalanı da bağışlamır. Amma yalan iki cür olur. Biri var məcburi yalan, onu hardasa bağışlamaq olar. İnsan elə bir situasiyaya düşə bilər ki, məcbur olub, sənə yalan deyə bilər. Onu qəbul edə bilərsən. Ancaq biri də var ki, o yalanın arxasında başqa şey dayanır. Həmin yalanı bağışlamaq olmaz.

 

– Arif Əsədov olmaq istədiyi pillədədir?

 

– Məşqçilik baxımından hələ də yuxarı pillədə ola bilərəm. Futbolçu kimi də məncə, daha yuxarı səviyyəyə qalxa bilərdim. Sadəcə, pis dönəmə düşdük. Keçid dövrü oldu, Sovet imperiyası dağıldı. Mən 16 yaşımdan SSRİ yığmasına düşmüşdüm və olimpiya yığmasına qədər bütün millilərdə oynadım. Sonra müstəqillik oldu və artıq öz respublikamın şərəfini qorumağa başladım. Sovet vaxtında inkişafımın davamı getsəydi, daha yuxarı pillələrə qalxa bilərdim. İlk dövrlərdə 1-2 il Azərbaycan çempionatında oynadım, gördüm ki, o perspektiv yoxdur. Sonra ilk dəfə legioner həyatı yaşadım, Vladiqafqazın “Spartak” komandasına keçdim.

 

– Bu vaxta qədər etdiyiniz hansısa hərəkətə görə peşman olmusuzmu?

 

– Əlbəttə, hamının səhvləri olur. Götürək elə məşqçilik karyeramı. Deyirsən ki, kaş bu əvəzetməni edəydim, onda daha yaxşı olardı. Amma qlobal mənada elə bir ciddi şey olmayıb.

 

– Futbolçu olmasaydız, hansı peşə sahibi ola bilərdiz?

 

– Musiqiyə marağım var idi. Nağara çalmağı xoşlayırdım. Evdə stolun üstündə həmişə özüm üçün nağara çalardım. Məktəbinə getməmişəm. Sadəcə, həvəsim var idi.

 

– Gizli bacarığınız varmı?

 

– Stolüstü oyunlar var ki, nərddir, damadır, onları oynamağı yaxşı bacarıram. Xüsusilə damanı qeyd edərdim. Uşaq vaxtı düşərgələr var idi, orda həmişə dama, şahmat üzrə birinci yeri tutardım. Məndə daim qalibiyyət ruhu olub və uduzanda əsəbiləşmişəm. İndinin özündə də Şahin müəllimə və ya başqasına nərddə uduzanda özümdən çıxıram (gülür).

 

– Dava-dalaşla aranız necədir?

 

– Dalaşqan deyiləm. Amma uşaq vaxtı, 4-5-ci sinifə kimi dalaşqan idim. Məhlədə bizim bir oyunumuz var idi, güləşirdik. Mən xoşlayırdım ki, tək olum, 3-4 nəfərə qarşı mübarizə aparım.

 

– Məktəb illərində heç qız üstündə davanız olubmu?

 

– (Gülür). Yox, olmayıb. Dediyim kimi, həyat yoldaşımla bir-birimizi 6-cı sinifdən sevmişik. Buna görə də, qız üstündə davam olmayıb. Amma həmin illərdə bizim sinfin "şefi" mən idim. Paralel siniflərin də öz "şefləri" var idi. Məktəbdə hansısa sinfin digər siniflə problemi olanda "razborka" işinə biz baxırdıq. Çalışardıq ki, söhbət sülhlə başa çatsın (gülür).

 

– Ailədə qərar qəbul edəndə yoldaşınızla məsləhətləşirsizmi?

 

– Hansısa məsələ ona da aiddirsə, məsləhətləşirik. Amma əlbəttə ki, son söz mənim olur. Fikir mübadiləsi aparmağı xoşlayıram. Deyirlər yüz ölç, bir biç. Heç vaxt çalışmıram ki, ani qərar verim. İşdə də eləyəm. Tələsmirəm, ölçüb-biçib qərar verirəm.

 

– Özünüzdə bəyənmədiyiniz xüsusiyyət hansıdır?

 

– Hərdən çox əsəbi oluram. Xüsusən də, oyunun gedişində. Qıraqdan baxanda deyirəm ki, kaş ki, o tonu aşağı sala biləydim. Səbirsizəm.

 

– Sizi nə özünüzdən çıxara bilər? Ani olaraq nəyə reaksiya verərsiz?

 

– Tutaq ki, uşaqlara hansısa bir şeyi deyirsən, izah edirsən, amma sonra o səhvi yenə təkrarlayırsa, özümdən çıxa bilərəm. Çünki əvvəlcədən ona xəbərdarlıq edirsən.

 

– Məşqçi həm də psixoloq olmalıdır. İnsanların problemini kənardan hiss edə bilirsizmi?

 

– Bu, çox çətin şeydir. İndiki zəmanədə xüsusilə vacib amildir. Futbol komandası elədir ki, hərənin bir psixologiyası var. Futbolçu məşqə problemlə gəlirsə, sən onu hiss etməli, görməlisən. Mən insanları psixoloji baxımdan oxuya bilirəm. Həmişə çalışmışam ki, problemi tez, yerindəcə həll edim. Evdə də elə olmuşam. Uşaqlarımın problemi olubsa, tez onların qəlblərinə yol tapıb, onu həll etməyə çalışmışam.

 

– Yeməklə aranız necədir?

 

– Nə çox yeyənəm, nə də az. Çalışıram ki, normasında, çox doymamaq şərtilə qidalanım. Artıq çəki almamaq üçün idman da edirəm, futbol da oynayıram. Yeməklərin arasında isə ən çox plovu xoşlayıram.

 

– Yemək bişirməyi necə, bacarırsız? Mətbəxə keçirsizmi arada?

 

– Arada keçirəm. O da ən yaxşı halda, pomidor, pendir doğramaq üçün. Yemək hazırlamağı isə bacarmıram. Uzağı, yumurta yeməyi hazırlaya bilərəm. Amma qalan şeyləri bacarmıram. Bacaran kişilərə isə pis baxmıram. Bu gün televiziyadan da görürük ki, mətbəx verilişindəkilərin hamısı kişilərdir (gülür). Ümumiyyətlə, kişilərin bişirdiyi yeməklər həmişə dadlı olur. Çünki onların fantaziyaları daha çoxdur. Mən kənarda maraqlı yemək yeyirəmsə, evə gələndə yoldaşıma deyirəm ki, filan yeməyi yedim, dadlı idi, hazırlamaq olar. Yəni təklif edirəm.

 

– İstirahətinizi necə keçirməyi xoşlayırsız?

 

– Daha çox dostlarla. Bir balaca vaxt olan kimi, çalışırıq ki, dostlarla görüşək, həm oturaq yemək yeyək, həm də söhbət edək. Bundan əlavə, stolüstü oyunlarla da başımızı qatırıq. Bir də arada ailəmi götürüb, Novxanıya bağa gedirəm. Sakitlikdən xoşum gəlir. Dənizkənarını da sevirəm. Səssizlikdə daha rahat qərar verirəm.

 

– Əksəriyyət zəmanənin dəyişməsindən şikayətlənir. Siz necə düşünürsüz, dəyişən, doğrudan da, zəmanədir, yoxsa insanlar?

 

– Daha çox insanlar dəyişib. Hər bir insanın özünün xarakteri var. Mənim xarakterim belədir ki, nə olursa-olsun, heç vaxt simamı itirmərəm. Heç bir çətinlik, situasiya məni dəyişilməyə məcbur edə bilməz. Amma görürsən ki, o çətinlik bəzilərini dəyişilməyə vadar edir. Bu da maddi çətinliklərdən irəli gəlir. Biri ailə qurur, imkanı olmur, bu da çətinliyə gətirib çıxarır. Mən subay olanda da, ailə qurandan sonra da çalışmışam ki, həmişə balansı qoruyum. Ki, çətinliklər məni dəyişilməyə məcbur edə bilməsin. İşimi itirə bilərəm, amma heç vaxt simamı itirmərəm. Mənim üçün əsas budur.

 

 

 

 

 

 

 

Mənbə : Lent.az



..DİGƏR XƏBƏRLƏR


Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles