Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Uşaq mene artıq yük idi deye boğub öldürdüm, 15 il verdiler…” – İNTERNAT DRAMI

“Uşaq mene artıq yük idi deye boğub öldürdüm, 15 il verdiler…” – İNTERNAT DRAMI

27/05/2015

12:56


27.05.2015 / 12:50 xeber –

 

“O evdə xoşbəxt olmaq olmaz… o da çox yaşaya bilmədi…”

 

Açığı, tərəddüd edirdim. Arazın hekayəsini dinləyərkən məndə elə bir təəssürat yaratmışdı ki, o qadınla danışmaq istəmirdim. Çox götür-qoydan sonra nömrəsini tapıb aradım. Telefonu açmadı. Bir az keçmiş özü zəng etdi. Özümü təqdim edib, layihəm haqda məlumat verdim:

 

– Nazilə müəllimə, indiki müsahibim sizin soyadınızı daşıyır…

 

Dərhal tanıdı:

 

– Səbinə?! Səbinə Babayeva…

 

– Bəli. Müsahibə boyu adınız dilindən düşmədi deyə, sizdən onun haqqında soruşmaq istədim. Onu necə xatırlayırsınız?

 

– Onu uşaq evinə gətirəndə, vəziyyəti çox acınacaqlı idi. İndi bunu sizə izah etməyəcəyəm, ürəyiniz dözməz. Adi bir şey deyim, uşaq o qədər aclıq çəkmişdi ki, qarnı doyanda da gözü doymurdu. Halı pisləşənə qədər yeyirdi. Yeməyi udurdu…

 

– Ona sayaraq çeynəməyi öyrətdiyinizi dedi…

 

– Hə, yanında oturub, onunla bərabər sayırdım.

 

– Adını niyə dəyişdiniz?

 

– İstədim ki, bütün qapılar üzünə açıq olsun. Heç bir problemi olmasın. Sizcə Katya adı ilə onun üçün rahat olacaqdı?

 

– Bilmirəm. Heç Səbinə kimi də həyat ona asan olmayıb. Bir sualım da var. Niyə öz soyadınızı verdiniz? “Bunu indiyə qədər başa düşməmişəm” deyir.

 

– Çünki o çox yaxşı qız idi. İnsani keyfiyyətləri yüksək idi. Sonradan yox, elə gələndən hiss olunurdu ki, bütöv adamdır. Bunu ona küçədə öyrədə bilməzdilər. Demək ki, bu onun genlərindən gəlir. Çox yaxşı insanların davamçısıdır demək. Səbinə çox sədaqətli qızdır. Ona verən əli heç vaxt dişləməz. Mən də həyata daha rahat davam edə bilməsi üçün adını dəyişib, öz soyadımı verdim…

 

Ona başqa suallar da verdim. O sualları ki, Arazın hekayəsini oxuyanda yaranmışdı… Bu haqda “İnternat dramı”nın növbəti yazılarında. İndi isə Katya Milovanova – Səbinə Babayevanın həyat hekayəsinin davamı ilə tanış olun.

 

I hissə: http://news.lent.az/news/201795

II hissə: http://news.lent.az/news/202531

III hissə: http://news.lent.az/news/202861

 

IV hissə

 

***

 

Növbəti ildə yenidən, ikinci dəfə imtahandan kəsiləndə, müdirə onu çağırdı:

 

– Səbinə, on doqquz yaşın var, çoxdan uşaq evindən məzun olmalısan…

 

– Bilirəm… Neçə vaxtdır ki, narahatam, nə edəcəyəm, necə olacaq… Hara gedəcəyəm?

 

– Sənə görə mən daha çox narahatam. Çünki buradakı uşaqlardan hər birinin pis-yaxşı, heç olmasa bir uzaq qohumu var. Sənin isə heç kimin yoxdur. Amma bu o demək deyil ki, ümidsizliyə qapılasan. Hər halda mən varam, bir çıxış yolu axtarıb tapana qədər, hələlik, bir müddət burada qalarsan. Üzülmə, səbr elə, görək nə fikiləşirik…

 

Səbinənin namaz vaxtı indi ibadət normalarından xeyli uzun çəkirdi. O, hər gün  saatlarla dua edirdi.

 

Bir də onun lap körpəlikdən öyrəndiyi özəl bir qaydası vardı ki, Səbinə ona riayət etməyi heç vaxt unutmurdu. Gecə hamı yatandan sonra ağlaya-ağlaya Allahla üz tutur, yalvarır, xahiş edir, bəzən də mübahisə edirmiş kimi gileylənirdi:

 

– Sən axı niyə hamı kimi mənə də bir yol açmırsan? Mənim üçün də bir qapı göstər, çıxıb gedim buralardan… Bezmişəm axı. Özün görürsən ki, necə boğaza yığılmışam.

 

Uşaq evlərində ən gərgin dövr on səkkiz yaşa yaxınlaşmaqdı…

 

On altı, on yeddi yaşlarından “Buradan çıxıb hara gedəcəyik” sualı qorxunc bir qaramat kimi uşaqların dünyasına çökürdü. Bu barədə tez-tez öz aralarında  söhbətləşir, həyəcanla götür-qoy edirdilər.

 

Səbinə də uşaq evini tərk edəcəyi günlə bağlı qurduğu xəyalları bölüşürdü:

 

– Eh, bircə buradan çıxsaydım… On bir ildir həyatımda heç bir yenilik yoxdur. Azad, sərbəst olmaq istəyirəm…

 

Kimsəsiz olduqları hər gün başlarına qaxınc edilərək böyüyüb artıq yeniyetməlik həddinə çatmış qızlar onun bu cür üsyankar düşüncəsinə ehtiyatla yanaşırdılar:

 

– Bəs heç qorxub-eləmirsən?

 

– Yox! Mən uşaqlıqdan müstəqil olmuşam. Azadlığı körpəlikdən hiss etmişəm.

 

– Axı küçə təhlükəlidir. İtin-qurdun əlinə düşə bilərsən…

 

– Əgər kiçik yaşlarımda it-qurd məni yeyə bilməyibsə, deməli indən belə də heç nə olmayacaq.

 

– Sən necə belə arxayın-arxayın danışa bilirsən? Kimə güvənirsən?

 

– Mən bircə Allaha güvənirəm. Bilirəm ki, başıma pis heç nə gəlməz. Təki buradan canım qurtarsın…

 

***

 

– Axırda necə çıxdınız?

 

– Bakıda xarici bir təşkilat fəaliyyət göstərirdi. Yanımıza gəlib-gedir, ərzaq, pal-paltar yardımı edir, bizə şirniyyat hazırlamağı öyrədirdilər. Bir gün yenə gəlmişdilər. Məlum oldu ki, internatdan məzun olan uşaqlarla bağlı layihə üzərində işləyirlər.

 

– Nə layihəsi?

 

– Xırdalanda evləri vardı. Məzunlar orada qalırdılar. Sonra onları işlə təmin edirdilər.

 

– Sizin uşaq evindən o layihəyə neçə nəfər qoşuldu?

 

– Üç qız. Elə eyni sinifdə oxuyurduq, taleyimiz də oxşar idi. Nazilə müəllimə oranı tərk edən bütün uşaqlar kimi bizə də vida mərasimi keçirtdi…

 

– Necə olurdu o mərasim?

 

– Həyətdə stol bəzəyib, çay süfrəsi açırdıq. Ansambl çalırdı…

 

– Uşaq evinin ansamblı?

 

– Yox, Lənkəranın. Nazilə müəllim onları nə vaxt uşaq evinə dəvət edirdisə, gəlib təmənnasız iştirak edirdilər. Uşaq evindən kim ki, yad, ya uzaq yerə getsə, onu mütləq belə yola salırdılar… Nə bilim, hərə bir yolla xilas olurdu oradan. Məsələn, sinif yoldaşımın qardaşı Elvin məktəbi bitirib əsgərliyə gedirdi. Anası var idi, imkansızlıqdan oğlunu gətirib uşaq evinə vermişdi. Yanına tez-tez gəlirdi. Elvin anasına dedi ki, əgər sən mənim əsgərlikdən sağ-salamat qayıtmağımı istəyirsənsə, Çinarəni götür apar evə, mənim üçün saxla. Qayıdandan sonra nişan edək. Anası da elə etdi. Çinarəni evinə aparıb, Elvinin əsgərlikdən qayıtmasını gözlədi… Qayıdandan sonra isə toy etdilər.

 

***

 

O, Katya kimi daxil olduğu uşaq evini 2005-ci il, sentyabrın 15-də, 19 yaşında Səbinə kimi tərk etdi. Gələndə də üç qız idilər, gedəndə də…

 

Səbinə, Arzu və Mehriban. Onlardan bircə Arzunun anası var idi. O da ruhi xəstə idi… Arada qızının yanına gəlib-getsə də, Arzu anasından uzaq gəzirdi.

 

Qızlar yolboyu bir-birinə eyni sualları verirdilər. Görən getdiyimiz yer necə yerdir? Bizə kim baxacaq? Yeməklərimiz necə olacaq?

 

Bakını tanımırdılar, nəzarətçilər olmadan gəzə bilmirdilər. Şəhərə çıxanda hərə özü ilə tabaşir götürməli, qayıda bilmək üçün getdiyi yolları işarələməliydi. Qızlar bütün günü təlim keçir, tikib-toxuyurdular. Əl işlərini satıb, xırda xərclərinə ödəyirdilər.

 

Şəhərə alışıb, yol-yolağanı tanıyandan sonra onları işlə təmin etdilər. Arzu xadimə, Mehriban aşpaz köməkçisi oldu. Səbinə isə göz klinikasında əməliyyat öncəsi xəstələri soyundurub-geyindirir, çirkli paltarları yuyulmağa aparırdı.

 

Şərtlərə görə aldıqları əmək haqqının yarısını himayə edildikləri təşkilata ödəyir, qalanını isə yol pulu kimi istifadə edirdilər.

 

***

 

– Nə qədər belə davam etdi?

 

– Beş-altı ay. Sonra şərtlər çətinləşdi…

 

– Nə mənada?

 

– Dedilər ki, indiyə qədər olan müddət sınaq müddəti idi. Birinci soyuducu üzümüzə bağlandı. Özbaşına soyuducunu açıb, nə isə götürüb yeyə bilməzdin. Yeməklər bizim maaşın onlara verdiyimiz hissəsindən alınırdı. Yəni, öz pulumuz idi. Qadağalar çoxaldı. İşdən çıxandan sonra neçə dəqiqə müddətinə evdə olmalısan və s. …

 

***

 

Uşaqlıqda olduğu kimi, yenə də birinci Səbinə etiraz etdi:

 

– Daha buranın “detdom” ilə nə fərqi oldu?

 

– Siz burada müstəqil həyata hazırlaşırsınız….

 

– Bizi geriyə, Lənkəran uşaq evinə qaytarın!

 

– Artıq sizi ora götürməzlər, böyümüsünüz, uşaq deyilsiniz!

 

– Axı əvvəl deyirdiniz xoşunuza gəlməsə…

 

– O sınaq müddəti idi. Sınaq müddəti ərzində nə vaxt istəsəniz geriyə qayıda bilərdiniz. Sınaq müddəti də üç ay idi. Siz sınaq müddətini müvəffəqiyyətlə başa vurmusunuz…

 

Sən demə, sınaq müddəti keçən kimi, qadağalar qoyulur.

 

– Mən burada qalmaq istəmirəm, çıxıb gedirəm!

 

– Özün bilərsən. Biz sizə ev tutub, birinci ayın kirayə pulunu verə bilərik.

 

Mehriban getmək istəmədi…

 

…Yeni evdə Arzu ilə Səbinənin qaldığı balaca otağa iki çarpayı və bir də kiçik bir masa güclə yerləşirdi. Qızların başına gələnləri öyrənəndən sonra ev sahibi onlara mehriban münasibət bəsləyirdi. Hətta hərdən yemək də verirdi.

 

Amma bir qablıq paya ümid etmək olmazdı. Xadimə maaşı ilə də həm ev kirayəsi vermək, həm də yaşamaq mümkün deyildi…

 

***

 

– Elə bu vaxt yolda təsadüfən sinif yoldaşıma rast gəldim. Dedi ki, həyat yoldaşımın Binə Ticarət Mərkəzində mağazası var, satıcı axtarır, gəl onunla işlə. Mən də tez işdən çıxdım. Başladım satıcılığa…

 

– Orada nə qədər işlədiniz?

 

– Artıq burada iş tapmaq nisbətən asan idi. Mağazaların birində işləyirdim, sonra başqa bir mağaza bir az artıq maaş verirdi, keçirdim ora… Belə-belə, çox iş yeri dəyişdim. Ancaq pula görə… Elə o vaxtdan satıcı işləyirdim. Məktəbə qəbul olunana qədər. Səkkiz il satıcı işlədim, 2014-cü ildə SOCAR-ın məktəbinə düzəldim. Çox istəyərdim ki, həyatımdan bəhs edən film çəksinlər. Ümumiyyətlə, bu mövzu çox işlənsin, qadınlar uşaqların uşaq evində nələr çəkdiyini görsün və övladlarını heç vaxt uşaq evinə atmasınlar…

 

– Axı onları həmişə analar atmır… Bəzən…

 

– Düzdür, məni oraya anam atmayıb… Amma övladını atan analar da var. Eh, övladını öldürən ana da gördük… Bir qızımız belə eləmişdi…

 

– Necə? Övladını öldürmüşdü?

 

– Boğmuşdu…

 

– Dəhşətdir… Kim idi?

 

– Uşaq evində iki Katya var idi. Biri mən, bir də o… Məndən kiçik idi, mən məzun olanda o haradasa 3, ya 4-cü sinifdə oxuyardı. Sonradan onu övladlığa götürüb, adını dəyişdirdilər. Sevinc Babayeva oldu. Bir oğlana qoşulub qaçdı. Lənkəranda kirayədə yaşayırdılar. Bir oğlu doğulandan sonra, həyat yoldaşı avtomobil qəzasında həlak oldu. Sevinc də qaldı qucağında uşağı ilə tək… Gətirib uşaq evinə verməyə. Müdirin müavini var idi, – Zəminə müəllimə deyib ki, Katya, biz 3 yaşdan aşağı olan uşaqları qəbul edə bilmərik. İki il saxlamısan, birtəhər bir il də saxla, sonra gətir, indi yaşı çatmır… Onun da hövsələsi çatmayıb bir il də saxlamağa… Başı pozulmuşdu, yastığı qoyub uşağın ağzına… Xəstəxanaya aparanda deyib ki, nə isə yeyib boğulub, amma ekspertizanın rəyindən sonra hər şey məlum oldu. Boynuna aldı ki, həyatdan bezdim, uşaq da mənə artıq yük idi deyə boğub öldürdüm… İndi həbsdədir, 15 il iş veriblər.

 

***

 

Səbinənin işsiz qaldığı vaxtlarda pənah aparmağa kimsəsi olmurdu. Çıxılmaz vəziyyətə düşürdü. Amma o başqalarına yox, özünə qəsd etməyə qalxırdı.

 

Kirayə qaldığı evdən çıxmışdı. İşsiz idi. Kimdən kömək istəyəcəyini bilmirdi. Şəhərin küçələrini iş axtara-axtara dolaşıb taqətdən düşmüşdü. Bir qara qəpiksiz hara gedəcək, nə edəcəkdi? İndi şəhər ona daha da böyük, geniş görünürdü, amma Katya da kanalizasiya quyusuna sığışıb gecələyə bilməyəcək qədər böyüyüb, Səbinə olmuşdu…

 

Yanından polislər sağa-sola keçirdi… Küçə təcrübəsindən bilirdi ki, polis görəndə mütləq qaçmaq lazımdır. İndi isə o istəsə belə polis onu heç yerə aparmayacaqdı…

 

Ayaqları ağrıyırdı. Yolu keçib, yaxınlıqdakı parkda əyləşdi. “Lənətə gələsən, yenə küçələrə düşdüm” deyə düşünürdü ki, qəfil qərarını verdi. Heç vaxt olmadığı qədər qətiyyətlə ayağa qalxıb metronun Nəriman Nərimanov stansiyasına düşdü.

 

Ciblərini axtarıb, jeton tapdı. Mənzil başına çatmaq üçün ona bir jeton bəs idi.

 

Gözlədi… Bir neçə dəfə o baş-bu başa gəzdi. Adamlar seyrələndə, çantasını yerə qoyub platformaya yaxınlaşdı. Tuneldən şığıyan işıq stansiyanın divarlarına yayıldı. Qatarın çatmasına saniyələr qalmışdı. Ayaqlarını relslərə tərəf sürüdü. İndi onu intihardan dabanları boyda məsafə ayırırdı. Onun pəncələri platforma xəttini keçmişdi…

 

Qatar yaxınlaşan kimi onu həyata bağlayan yeganə nöqtədən, dabanlarını yerdən çəkəcəkdi ki, kimsə qolundan dartdı. Səbinə gözlərini açanda tanımadığı gənc bir oğlan onun biləyindən bərk-bərk yapışmışdı.

 

– Burax məni, sən kimsən?

 

– Sən məni tanımırsan, amma mən səni yaxşı tanıyıram…

 

***

 

– Kim idi?

 

– Adı Çingizdir. Həyatımın əlli faizini ona, əlli faizini isə Araza minnətdaram.

 

– Haradan tanıyırdı sizi?

 

– Yalan deyirmiş ki, ondan qaçmayım. Metrodan çıxıb parka qayıtdıq. İsrar etdi ki, mənə danış görüm nə baş verib, niyə özünü öldürmək istəyirsən. Yaşamağa səbəbim yoxdur, dedim. Qəribədir, sonradan düşündüm ki, axı mən gözlərimi yummazdan əvvəl sağa-sola diqqət elədim, heç kim yox idi. Bu adam haradan gəldi? Sanki Allah göndərdi məni xilas etməsi üçün. Fikir vermişəm, mən bir neçə dəfə intihar etmək istəmişəm, həmişə Allah mənə mane olub…

 

– Demək ki, yaşamağınızı istəyir. Sizin üçün böyük səadət hazırlayıb.

 

– Doğrudan da, elədir yəqin. Buna inanıram. Bu gün təhsil alıram və düşünürəm ki, Allah məni dəfələrlə ölümdən xilas etməkdə mənim üçün belə bir yazısı varmış. Əminəm ki, bundan sonra da mənə dair gözəl planları var.

 

***

 

Çingiz Səbinəni özü çalışdığı mağazaya aparıb, ona iş tapdı. Səbinə mağazada çalışır və orada gecələyirdi… Hər axşam mağaza bağlanmazdan öncə, müdirləri xəbərdarlıq edirdi:

 

– Səbinə, get özünə nəsə alacaqsansa, al. Yarım saatdan sonra bağlayırıq.

 

Qapılar bağlanır, jalüzlər çəkilirdi. Səbinə paltarları yerə düzüb üstündə  yatırdı…

 

Çimmək üçün isə müdirin evinə gedirdi. Onun ailə üzvləri ilə dostlaşmışdı. Elə müdirin xanımı da tezliklə ona kirayə qalmağa yer tapdı. İki uşağı olan bir qadınla qalacaqdı, belə olanda kirayə pulu da az çıxırdı…

 

***

 

– Tək mağazada yox, restoran sistemində də çalışmışam. Ofisiant köməkçisi, qabyuyan, aşpaz köməkçisi… Zəhmətlə pul qazanmağı heç vaxt ayıb bilməmişəm. İndiyə qədər alnıaçıq yaşamışam. Lap küçə də süpürdüyüm vaxtlar olub, amma bədənimi həmişə hər şeydən dəyərli tutmuşam. Məni yoldan çıxartmaq istəyən qızlar olub, amma qulaq asmamışam.

 

– Kim idi o qızlar?

 

– Kirayə qaldığım evin birində qız dedi ki, “sənin heç kimin yoxdu, nədən çəkinirsən, get yaxşı pul qazan”. Əziyyət çəkəndə, o pulun dəyərini də bilirsən, qənaət edirsən. Əxlaqsızlıqla qazanılan pul isə… Bilirsiniz, dini bizə öyrədən müəllimə həmişə deyirdi ki, ruhlar yaşayır. Ona görə də həmişə elə bilirdim ata-anam məni görür. Bəlkə də məni əxlaqsız yollardan o inam çəkindirib. Bu telefonu oğurlasam, kimsə görməsə də, atam görür demişəm. Uşaqlıqda oğurluq etmişəm, Allah bağışlasın. Ac qalmamaq üçün etmişəm. Bank yarmamışam, yemək oğurlamışam. Ağlım kəsəndən sonra isə heç vaxt etməmişəm. Araz məni yaxşı tanıyır…

 

– Arazla elə Lənkərandan tanışsınız?

 

– Yox, Elçinin, Rəşadın qardaşı kimi tanımışam onu. Həmişə mənə deyirdi ki, məni özünə böyük qardaş bil. İşsiz olduğum vaxtlarda da Araza, Elçinə və Rəşadın sinif yoldaşı Turala güvənirdim. Yəni, yetimə yetim əl tutur. Yenə də öz uşaqlarımız. Zəng edib maraqlanırdılar ki, bu gün nə yedin…

 

– Ümumiyyətlə, müşahidələrimdən görürəm ki, uşaq evinin uşaqları çox mehriban olurlar…

 

– Çox! Bizi sevməyiblər, amma biz sevirik. Düzdür, sözlə sevə bilmirik, amma ürəyimizdə çox böyük sevgi bəsləyirik. Heç kimə “başına dönüm”, “səni sevirəm” deyə bilmirik, bu sözü bilmirik, eşitməmişik çünki… (Gülür)

 

– SOCAR-in Qobustan Regional Təlim, Tədris Mərkəzinə necə gəldiniz?

 

– Qızların qəbulu başlayan kimi Araz zəng etdi ki, kurs açılır, sənədlərini hazırla. Təsəvvür edə bilməzsiniz necə sevindim. İndi mənim üçün oxumaq çətin deyildi, dili bilirdim. Araz da bir tərəfdən o qədər ümid verdi ki… Hər gün dərsə gedəndə nə qədər xoşbəxt olduğumun bir daha fərqinə varıram. Bu xoşbəxtliyimi İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədova və DAN Beynəlmiləl İctimai Birliyinin sədri Gülarə Teymurovaya borcluyam. Ən başda isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdaram. Bütün bunlar onun təşəbbüsü ilə həyata keçirilir. Biz, uşaq evindən çıxan gənclər təhsil ala bilirik, evlə təmin olunuruq… Ev.. Ev… Ev mənim ən çox əziyyət çəkdiyim yerimdir… (Gözləri dolur) Təsəvvür edin, SOCAR-in Tədris Mərkəzinə qəbul olunanda kirayədən çıxıb, onların yataqxanasına yerləşdim. İlk təqaüdümü alan kimi adətim üzrə yüz manatı ayırıb kənara qoydum ki, bu kirayə pulu. Sonra birdən mənə çatdı ki, artıq kirayə pulu verməyəcəyəm. Mənə elə bil yüz manat yox, dünyaları vermişdilər… (Gülür) Sonra isə… Mən həmişə bütün problemlərimin həllini evsizlikdə görmüşəm. Evim olmayıb deyə ailə qura bilməmişəm, ana ola bilməmişəm. Özüm küçələrdə idim, uşağı harada saxlaya bilərəm? Və nəhayət, bu günlərdə mənə də internat məzunları üçün tikilən binadan ev veriblər. O qədər xoşbəxtəm ki…

 

– Bundan sonrakı ömrünü ancaq xoşbəxt yaşamağını arzulayıram.

 

– Çox sağ olun. Təki hamı xoşbəxt olsun.

 

– Bakıya gələndən, şəhəri yaxşı tanıyandan sonra keçmişinizi axtarmaq haqda düşünmədiniz?

 

– Uşaqlığım keçən yerə getdim. Əvvəlcə oxuduğum məktəbi tapdım. Oradan isə yaşadığım evin ünvanını… “JEK”ə gedib, valideynlərim haqda öyrənməyə çalışdım…

 

– Nə isə öyrənə bildiniz?

 

– Çox istəyirdim onların məzarını tapım. Bilmirəm necə tapmaq olar. Bəlkə də itib-batıbdır. İndiyə məzar qalar? Allah bilir, necə olub… Tək-tənha, kimsəsiz məzarlar olub… Bəlkə kimsəsizlər qəbiristanlığında üst-üstə basdırıblar… Haqlarında o qədər az məlumat ala bildim ki… Anamın adı Qalina olub. Milovanova Qalina Nikolayevna. Atam isə Milovanov Sergey. Anam mənə öz anasının adını qoyubmuş. Bu qədər…

 

– Evinizə getdiniz?

 

– Vəkillə getmişdim. Bizdən sonra bir həkim yaşayıb orada, “JEK”də dedilər ki, guya evi anam satıb. Dedik, onun imzaladığı sənədləri görmək istəyirik, dəstəyi asdılar… O ev mənim haqqımdır, Allahdan qorxmadan, saxta sənədlərlə satıblar kiməsə. O evdə ata-anamın narahat ruhu və mənim ah-naləm var. Orada xoşbəxt olmaq olmaz. Ona görə də o qadın da orada çox yaşaya bilməyib, başqasına satıb… Satıla-satıla gedir, o vaxtdan kim alıbsa, satıb…

 

(SON)

 

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website