“Azeriqaz”in abunecilerinin sayi 2,085 mln.-u otub

[r32]

13 Dekabr, 2017  15:40 xeber – Cari ilin yanvar-noyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 80 458 yeni abunəçi qeydiyyata alınıb ki, bunun da 42 336-sı Bakı, Abşeron və Sumqayıt, 38 122-si isə regionlar üzrədir. Bu barədə “Report”a Birliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin ümumi sayı 2 085 225-ə çatıb.
Qeyd edək ki, bu il dekabrın 1-i tarixinə qeyri-əhali sektoru üzrə 464 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

mənbə :
Report.az