Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Hacıbala Abutalıbova verilən qonaqlıq 10 ailəni evsiz qoydu – 2 hektarı kim ələ keçirdi? + VİDEO

Hacıbala Abutalıbova verilən qonaqlıq 10 ailəni evsiz qoydu – 2 hektarı kim ələ keçirdi? + VİDEO

15/12/2017

02:31




Bu ilin noyabrın 17-də Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- “Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində illər əvvəl qanunsuz tikilmiş 10 ev Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 100-ə yaxın polis cəlb olunmaqla sökülüb. Söküntü aparılarkən İcra Hakimiyyətinin məmurları və polislərlə sakinlər arasında qarşıdurma olub, bir neçə sakin döyülüb. Sakinlərdən biri-Elşən Həsənov özünə bıçaqla xəsarət yetirib.

Bəs necə olub ki, Bakının bu görkəmli yerində, sıx şam meşəliyində bir qrup sakin qanunsuz məskən salıb və məmurlar indiyədək buna göz yumub? Yaxud necə olub ki, ərazi Nizami rayonuna aid olsa da qanunsuz tikililəri sökmək əməliyyatını Suraxanı rayon İcra Hakimiyyəti və bu rayonun Polis İdarəsinin əməkdaşları həyata keçirib?

Virtualaz.org bu hadisənin izinə düşüb, yerində araşdırma aparıb. Məlum olub ki, uzaq 2000-ci ildə əksəriyyəti Naxçıvandan olmaqla 10 ailə Bakının bu nadir meşə zolağında hərəyə aşağı-yuxarı 20 sot olmaqla cəmi 2 hektar (!?) ərazini zəbt edib. Orada yəqin ki, meşəliyi də qırmaqla özlərinə fərdi evlər tikiblər və ərazini hündürlüyü 4 metrdən çox olan daş hasarla əhatələyiblər.

Bakıda sənədsiz evlər, kortəbii məskunlaşma geniş yayılmış problemdir. Lakin bir qayda olaraq belə evlər şəhərin kənarlarında, neftlə çirklənmiş ərazilərdə və ya əvvəllər sovxoz əraziləri olmuş kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz yollarla bölünüb satıldığı yerlərdə tikilir, tikilməkdədir. Şəhərin ən prestijli yerində, təpəliyin üstündə, sıx şam meşəliyində isə bu cür məskunlaşmanın baş verdiyinə kim inana bilərdi?

Ancaq nə qədər təəcüblü də olsa belə fakt olub. Həmin 10 ailə özlərinin dediyi kimi, hər il bələdiyyəyə “vergi verməklə”, kommunal xərcləri ödəməklə düz 17 il zəbt olunmuş bu 2 hektar meşədə, təmiz hava udmaqla sakitcə yaşayıblar. Özlərinə meyvə bağları salıblar, münbit meşə torpaqlarında tərəvəz yetişdiriblər və toyuq-cücə saxlayıblar. Heç bir mülkiyyət sənədi olmayan, qanunsuz zəbt olunmuş torpaq sahəsinə görə bələdiyyə məmurlarının vergi yığması isə ayrı dələduzluq əməlindən xəbər verir. Hansı ki, belə hallar Bakıətrafı qəsəbələrdə az qala kütləvi yayılıb.

Ancaq şəhərdə satmağa torpaq sahələrinin getdikcə tükəndiyi bir vaxtda bu ərazi məmurların nəzərindən uzun müddət yayına bilməzdi. Və meşədə məskunlaşmış 10 ailənin başının üstünü 17 il sonra kəsdiriblər. Sakinlər deyirlər ki, bir neçə ay əvvəl şəhər meri Hacıbala Abutalıbov həmin ərazinin yaxınlığında şair Rüstəm Behrudinin qardaşı, iş adamı İlham Behrudinin malikanəsində qonaq imiş. (Şairin özünün də bu ərazidə nəhəng mülkü var, onun və qardaşının malikanələrinin qanunsuz tikili olub-olmadığını dəqiqləşdirə bilmədik. Sakinlər isə deyirlər ki, bu ərazidə heç kimin sənədləri yoxdur.)

Abutalıbovun gözü meşəliyin ortasında tikilmiş kasıb görkəmli, birmərtəbəli evlərə sataşır. Axı bu ərazilərdə zənginlərin malikanələri ucalır, o zaman necə olub ki, kasıb təbəqənin nümayəndələri bu cür prestijli ərazidə özlərinə ev tikib, hərəsi 20 sot torpaq zəbt edib?

Rüstəm Behrudinin malikanəsi

Və görünür Abutalıbova məruzə ediblər ki, həmin evlər qanunsuz tikililərdir, 2 hektarlıq meşə ərazisi isə illər əvvəl zəbt olunub. Sakinlərin danışdıqlarına görə Abutalıbovdan bir neçə gün sonra əraziyə br neçə “cip”lərdə məmurlar tökülüşüb gəlib. Araşdırıblar, baxıblar, amma sakinlərə nəsə deyən, qanunsuz tikililəri tərk etmək barədə xəbərdarlıq edən olmayıb.

Nəhayət noyabrın ortalarında əraziyə qəflətən Suraxanı rayon İcra Hakimiyyətinin məmurları və çoxsaylı polislərin müşaiyəti ilə buldozerlər yeridilib. Heç bir xəbərdarlıq edilmədən evləri dağıtmağa başlayıblar. Sakinlərə heç əşyalarını çıxarmağa da imkan verilməyib, bəziləri evini tərk etmək istəməyəndə texnika tikilini içərisində adamlar ola-ola uçurmağa başlayıb.

Həmin 10 evdən biri azərbaycanlı ilə evlənən Türkiyə vətəndaşına məxsus olub. O, Bakıda tikinti layihələrində işləyir və özünə bu ərazidə babat ev tikibmiş. Və söküntü zamanı yaranan qarşıdurmada Türkiyə vətəndaşını və arvadını da döyüblər, xəsarət yetiriblər. Hazırda onların şikayətini Nizami rayon Prokurorluğu araşdırır. Döyülənlərin və qalan sakinlərin hüquqlarının müdafiəsi ilə vəkil Pərviz Hacılı məşğul olur.

Evi sökülənlərdən biri Natiqə Tağıyeva deyir ki, mərhum həyat yoldaşı Nizami rayon bələdiyyəsi ilə razılaşıb həmin torpaq sahəsində məskunlaşmışdı, ev tikmişdi. Hər il bələdiyyənin hesabına vergi adı altında 700 manat ödyiblər və beləliklə də torpağın onlara məxsus olduqlarını güman ediblər.

Noyabrın 17-də icra hakimiyyətinin nümayəndələri 100-ə yaxın polislə gəlib, evləri sökməyə başladı. Traktoru həyətlərə girə bilmirdi, buna görə də meyvə bağlarımızı qırıb məhv etdilər. Hətta evdən əşyalarımızı çıxarmağa icazə vermədilər. Oğluma məxsus maşını da özləri ilə apardılar. Qonşu qadını övladlarının gözü önündə döydülər”, -N.Tağıyeva söyləyir.

Onun sözlərinə görə, hamilə gəlininin qolundan tutub sürüyərək evdən çıxarıblar. Bunu görən oğlu özünə xəsərət yetirib: “ Oğlum noyabrın 17-dən indiyədək xəstəxanadadır, müalicəsinə köməklik göstərilmir. Gəlinin cehizlərini də aparıblar, geri qaytarmırlar”.

Beləliklə, evlər iki-üç günün içində darmadağın edilib. Vəkil Pərviz Hacılı deyir ki, sakinlərin əkdiyi 300-dən çox meyvə ağacları məhv edilib. Texnikanın işləməsi üçün bir neçə şam ağacı da kəsilib.

Lakin əhvalatın ən maraqlı tərəfi indi başlayır. Məlum olur ki, 2 hektar meşə ərazisi “qanunsuz sakinlərdən” təmizlənəndən sonra Suraxanı rayon İcra Hakimiyyəti ərazini təzədən bölüb hasarladır. Çox güman ki, daha sonra sanballı müştərilərə satmaq üçün. Bölgü xətləri üzrə şam ağacları kəsilib götürülüb. Təxminən 30-dan çox şam ağacının kəsildiyi görünür. Hazırda ərazidə fəhlələr hasarlama işləri görür. Onlardan kimin sifarişi ilə işlədiklərini soruşuruq. “Bilmirik” deyirlər, içərilərindən biri “İcra Hakimiyyətinin” deyir.

Vəkil P.Hacılı deyir ki, ərazinin Nizami rayonuna məxsus olmasına baxmayaraq söküntünün və hasarlamanın niyə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən aparıldığını başa düşmürlər: “Nəyə görə evlər məhkəmə qərarı olmadan, sakinlərə heç bir xəbərdarlıq edilmədən ev əşyaları ilə birlikdə dağıdılıb? Bəli, bu evlər sənədsiz olub, sakinlərin torpaq sahəsinə və tikililərə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur. Amma Bakıda qanunsuz tikililər təkcə bu ərazidə deyil ki? Digər tərəfdən qanunsuz tikilini də sökməyi qanun, məhkəmə qərarı əsasında həyata keçirmək olmazdımı?”

Artıq mövcud olmayan sənədsiz evlərdən birinin sakini söhbətə qoşulur:“Bütün məsələ bundadır ki, bu ərazidə bizim kimi kasıbların yaşamasını həzm edə bilmədilər. İndi hasarlayıb varlılara satacaqlar, bütün bu gördüyünüz meşəliyi çox keçmədən məhv edəcəklər, yerində villalar ucaldacaqlar. Hansı ki, biz burada yaşayanda meşəyə də qulluq edirdik, ağacları hər il əhəngləyirdik. Kasıbıq deyə gedib ucqarda yaşamalıyıq? Harda yazılıb ki, kasıb ancaq ucqarda yaşamalıdır?

Vəkil araşdırıb ki, söküntü üçün formal əsas kimi bu 2 hektarlıq ərazidə 16 sot torpaq sahəsinin guya hansısa Vüsal İdris oğlu Cəfərovun qanuni mülkiyyəti olduğu barədə sənəd göstərilir. Həmin Cəfərov isə Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə yaxın adamdır.
“Sənədlər hazırlayıblar ki, guya bu 16 sot torpaq sahəsi 1988-ci ildə “Delfin-S” MMC-nin mülkiyyətinə verilib. Sual edirəm, bəyəm 1988-ci ildə, SSRİ dövründə MMC var idi? Azərbaycanın Mülki Məcəlləsində MMC-lər anlayışı ilk dəfə 2000-ci ildə verilib. Bu, açıq-aşkar qurama, saxta sənəddir. Digər tərəfdən bu sənəddə göstərilir ki, torpaq sahəsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindədir. Bura isə Qaraçuxur deyil”-Pərviz Hacılı deyir.

O deyir ki, sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb, dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Qalmaqalla bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Barxudar Barxudarov əhvalatı eşitdikdən sonra “Axı həmin ərazi bizim deyil” cavabını verdi. Söküntünün məhz Suraxanı İcra Hakimiyyəti tərəfindən aparıldığını xatırladanda isə mətbuat katibi “məsələni araşdırıb cavab verə biləcəyini” dedi. Ancaq daha sonra telefonlarımıza cavab vermədi…




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.










MARAQLI
Pulsuz Oyunlar
Azadliq.az - Android

Kitab sifarisi
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website