15 Dekabr, 2017 02:01 xeber – Bakıda özünü bıçaqlayaraq binadan yerə atmaq istəyən şəxs xilas edilib.
Bakı. 15 dekabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.
“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Cavid Sadiqov beşmərtəbəli binanın damına çıxaraq özünü bıçaqlayıb və büdrəyərək arxaya yıxılıb.
Bu zaman hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu xilas edərək “təcili yardım” maşını ilə yaralı vəziyyətdə xəstəxanaya göndəriblər.
Onun anası “Report”a bildirib ki, C.Sadiqovun bu addımı atmasına cari ilin 21 may tarixində elə həmin binadan özünü yerə ataraq öldürən qardaşının intihar səbəblərinin düzgün araşdırılmamasına etiraz etmək olub.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.