Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Vergi sahibkarlığın buxovuna çevrilmişdi…” – Deputat Fəzail Ağamalı

“Vergi sahibkarlığın buxovuna çevrilmişdi…” – Deputat Fəzail Ağamalı

18/12/2017

17:09


[r32]
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat” qəzetinə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Fəzail bəy, Milli Məclisdəki sonuncu müzakirələrdə bir sıra həmkarlarınız deputatın mandatdan məhrum edilməsini nəzərdə tutan qanundan narahatlıqlarını ifadə etdilər. Amma adətən, nədənsə siz çıxışa yazılmadınız. Bunun səbəbi nə idi? Siz narahat deyilsiniz?

– Mən fikirlərimi komitənin yığıncağında söyləmişdim. Əslində bu dəyişiklik konstitusiyaya etdiyimiz dəyişikliyin mahiyyətinə tamamilə uyğun idi. Təbii olaraq, konstitusiyaya edilən dəyişikliklər digər qanunvericilik aktlarında da dəyişiklikləri zəruri edir. Deputatın mandatdan məhrum edilməsində bir boşluq var idi və bu boşluğu aradan qaldırmaq üçün addım atıldı. Əslində bunun ətrafında geniş müzakirələr elə komitənin özündə oldu. Biz bu məsələnin MSK tərəfindən həllinin tərəfdarı kimi çıxış etmədik. Biz Milli Məclisə aid olan məsələnin Milli Məclisin səlahiyyətindən başlayaraq, sonrakı müvafiq qurumlarda bunun yekunlaşması və mandatdan məhrum edilənin hüquqlarının müdafiəsinə qədər detalları önə çəkdik. Nəhayət, uzun müzakirələrdən sonra komitənin sədri Əli Hüseynlinin müvafiq qurumlarla işçi qaydasında apardığı müzakirədən sonra nəhayət, deputatlar tərəfindən söylənilən və Milli Məclisə də səlahiyyət verən məqamlar nəzərə alındı və bu qanun qəbul edildi. Burada həm Milli Məclisin, həm seçki prosesinə məsul olan MSK-nın və təbii olaraq məhkəmədə bu məsələnin müzakirəsi, məhkəmənin hökmündən sonra mandatdan məhrumedilmənin qüvvəyə minməsi və Ali Məhkəmənin qərarından sonra həmin şəxsin Konstitusiya Məhkəməsinə müraciət etməsinə qədər məqamlar nəzərə alındı. Kifayət qədər demokratik, belə bir tale ilə üzləşə biləcək deputatın hüquqlarının sonadək müdafiə olunması baxımından bitkin bir səviyyəyə çatdırıldı. Kimin nə deməsindən asılı olmayaraq, hər halda bu dəyişiklik olmalı idi və o, Konstitusiyaya edilən dəyişikliyin mahiyyətinə və məzmununa tamamilə uyğundur.

– Yəni daha deputatları hər hansı təhlükə gözləmir?

– Nə üçün gözləmir? Deputatlar orada göstərildiyi kimi, əgər ciddi etika qaydalarını kobud şəkildə pozarsa, başqasının əvəzinə səs verib saxtakarlıqla qəbul edilmiş qanunun nəticələrinə təsir göstərə biləcək addımlar atarsa, bu, artıq ciddi məsuliyyətdir və o halda Milli Məclisdə məsələ müzakirə olunaraq müvafiq qərar qəbul edilir.

– Keçmiş həmkarınız Hüseyn Abdullayevlə sizin aranızda baş verən hadisəni xatırladım. Hüseyn Abdullayev bir müddət əvvəl prezidentliyə iddiasını ortaya qoydu. Bu barədə nə deyə bilərsiniz?

– Hüseyn Abdullayev Azərbaycan vətəndaşıdırsa, Konstitusiya ilə onun seçmək və seçilmək hüququ var. Azərbaycanın demokratik ölkədir və istənilən vətəndaş öz namizədliyini seçkili orqanlara təqdim edə, sonrakı proseslərdə iştirakçı ola bilər. Amma Hüseyn Abdullayevin arzu-istəyinin reallaşması sadəcə olaraq mümkün deyil. Bunun ən mühüm səbəblərindən biri ondan ibarətdir ki, Hüseyn Abdullayev Azərbaycan cəmiyyətində nüfuz sahibi deyil. Hətta o, imzatoplama mərasimində tələb olunan rəqəm səviyyəsində imza toplayıb onu MSK-ya təqdim etmək gücündə deyil. Bu baxımdan Hüseyn Abdullayevin prezident seçkilərində iştirak etmək arzusunun reallaşması sadəcə olaraq fantastikadır. Yəni bu, Hüseyn Abdullayevin imici, onun cəmiyyətdə nüfuzu baxımından həyata keçirilməsi mümkün olmayan məsələdir. Ola bilsin xırda digər amillər də ola bilər. Hətta bunların üzərində dayanmadan belə, demək istərdim ki, Hüseyn Abdullayev bu gün müxalifətdəki qüvvələrin onu dəstəkləyə biləcəyinə inanır. Ancaq ayrı-ayrı saytlarda, qəzetlərdə, elə sizin qəzetdə də gedən yazılarda müxalifətin ona çox mənfi münasibət bəslədiyi birmənalı şəkildə özünü ifadə edir. Hüseyn Abdullayevin prezident seçkilərində hətta imza toplayıb, təsdiq olunub, iştirak etmək şansı belə yoxdur. Bu cür şansı olarsa belə, onun prezident seçilmək ehtimalı sıfıra bərabərdir.

– Bəs, eks-spiker Rəsul Quliyevlə bağlı nə deyə bilərsiniz? Bu yaxınlarda kövrək notlarla dolu müsahibəsini, yəqin, oxudunuz. Azərbaycandan kənarda yaşadığı üçün seçkilərə qatılması real görünmür. Bəs, 70 yaşı tamam olan eks-spikerin Azərbaycana qayıdışı ilə bağlı humanist qərar verilə bilərmi?

– Bilmirəm. Bu, mənim səlahiyyətimdə olan məsələ deyil, ona görə də cavab verməkdə çətinlik çəkirəm. Rəsul Quliyev əgər xaricdə yaşamağı Azərbaycanda yaşamaqdan üstün tutubsa və o, 20 ildən artıqdır ABŞ-da ömür sürürsə, bu baxımdan onun yenidən Azərbaycana gələrək, prezident seçkilərində iştirak etmək imkanı yoxdur. Azərbaycan qanunları, Konstitusiyası ilə bu şans ona verilmir. Çünki əgər Azərbaycan vətəndaşı 10 ildən yuxarı xaricdə yaşayarsa, onun prezident seçkilərində iştirak etmək hüququ yoxdur. Qaldı, onun Azərbaycana gəlib-gəlməməsi, əlbəttə, bu, Rəsul Quliyevdən və müvafiq rəsmi qurumların məsələyə münasibətindən asılıdır. Çünki onun haqqında cinayət işi də var və xitam verilməyib. Bütün bunların hamısı təbii ki, müvafiq qurumlar tərəfindən reallaşa bilər. Əgər Rəsul Quliyev bunu istəyirsə, danışıqlar apara, müvafiq qurumlarla məsələ müzakirə oluna bilər. Ondan sonra məsələyə aydınlıq gəlməsi mümkündür.

– Rəsul Quliyevin hazırda da hakimiyyətdə dayaqlarının olması mümkündürmü?

– Münasibətdə olduğu adamlar ola bilər, lakin onun dayaqlarının olmasını istisna edirəm. Ola bilsin ki, 90-cı illərin axırına qədər, hətta cənab prezidentimiz İlham Əliyev prezident seçilənə qədər o dayaqlar olub. 2003-cü ildən, İlham Əliyev prezident seçildikdən sonra cənab prezidentin zaman kəsiyində özünü güclü bir lider, dövlət xadimi kimi özünü təsdiq etməsi Rəsul Quliyevi bu dayaqlardan məncə, tamamilə məhrum etdi.

– Deputat həmkarınız Zahid Oruc prezident seçkilərinin vaxtının dəyişdirilməsi təklifini verib. Siz bu təklifə necə yanaşırsınız?

– Mən millət vəkillərinin irəli sürdüyü təkliflərə münasibət bildirməyi məqsədəuyğun saymıram. Prezident seçkilərinin parlament seçkiləri ilə bərabər, yaxud müxtəlif vaxtlarda keçirilməsi məsələsi bir millət vəkilinin təklifi ilə həll olunmur. Bu məsələ ciddi şəkildə ölçülüb-biçilməlidir, təhlil olunmaqlıdır, analiz aparılmalıdır, ondan sonra bu haqda qəti fikir bildirmək olar. Bu təklif digər millət vəkillərinin təklifləri kimi səsləndirilib və bu da millət vəkilinin hüququdur.

– Fəzail bəy, sabiq vergilər naziri Fazil Məmmədov postundan uzaqlaşdırılandan sonra onunla bağlı davamlı məlumatlar yayılır, hətta adı sabiq MTN şefi ilə birgə hallandırılır. Siz bu barədə nə deyə bilərsiniz?

– Mən də bu məlumatları KİV-dən alıram. Bütün bunların nə dərəcədə həqiqət olub-olmaması mənə bəlli deyil. Ola bilsin ki, bu yazılarda kifayət qədər həqiqət var, ola bilsin qərəz. Lakin mən düşünürəm ki, istənilən yüksək səviyyəli dövlət məmuru vəzifədə olarkən vəzifədən gedəcəyi günü düşünməlidir. Həmin şəxs vəzifədən gedəndən sonra rahat yaşamağı vəzifədə olduğu dövrdə təmin etməlidir. Kim bunu edirsə, o doğrudan da öz həyatının sonrakı illərini çox sakit şəkildə, ailəsi, ətrafı ilə bərabər yaşayır, həyatını davam etdirir. Kim əgər vəzifəsindən istifadə edərək qanunsuzluqlara yol verirsə, milyonları, milyardları yığıb sağa-sola xərcləyirsə, gələcək “qara gün”ü üçün o qədər pulun ona verəcəyi xoşbəxtlik haqqında düşünürsə, məncə, bu cür insanların aqibəti, taleyi çox faciəli olur. Heç zaman bu pullar birincisi, ona qismət olmur, ikincisi də təbii olaraq bu cür insanlar sonralar dövlətin müvafiq qurumları tərəfindən əldə olunan informasiyalara görə araşdırılır və müvafiq tədbirlər görülür, bütün bunlara hüquqi qiymət verilir.

– Konkret halda vergilər naziri barədə nə demək olar?

– Sizə deyim ki, vergilər naziri son illərdə kifayət qədər problem içindəydi. Son illər, demək olar ki, əvvəlki illərdən fərqli olaraq, vergilər faktiki olaraq sahibkarlığın inkişafına mane olurdu, sahibkarlığın inkişafında bir buxova çevrilmişdi. Tez-tez, hədsiz dərəcədə qanuna edilmiş dəyişikliklər, əlavələr sahibkarları çaş-baş salmışdı. Bir deputat kimi demək istərdim ki, bizim ən çox əlavələr və dəyişikliklər etdiyimiz Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərdir. Məncə, Mikayıl Cabbarova vergilərlə bağlı o qədər də yaxşı olan miras qalmayıb, onun üzərinə çox ciddi, ağır bir yük düşüb. Mən əminəm ki, Mikayıl Cabbarov bunun öhdəsindən gələcək. Necə ki, Təhsil Nazirliyində ciddi islahatlara başladı və biz bu islahatların konkret nəticələrini 3 ilə, 4 ilə, maksimum 5 ilə görəcəyik. Elə ən azı təhsil sistemində direktorların, müəllimlərin təyinatında rüşvətxorluq götürüldü, şəffaflıq təmin olundu, müəllimlərin kateqoriyaları müəyyənləşdi, pislə yaxşı müəyyənləşdikdən sonra onların maaşındakı fərq ortalığa qoyuldu və s. İndi mən inanıram ki, Mikayıl Cabbarov yeni düşüncə sahibi kimi vergi sistemində də ciddi, hər kəsin, xüsusilə sahibkarların düşündüyü kosmetik deyil, fundamental dəyişikliklərə nail olacaq. Çünki cəmiyyətin də, sahibkarların da Mikayıl Cabbarovdsan gözləntiləri budur.

– Hakimiyyətyönümlü partiyanın sədri olaraq 2018-ci il prezident seçkiləri ilə bağlı gözləntiləriniz maraqlıdır. AVP-nin namizədi dəqiqləşibmi?

– Mənə belə gəlir ki, növbəti prezident seçkiləri kifayət qədər siyasi fəallıq müstəvisində, demokratik şəraitdə keçəcək, 10 və ondan çox siyasətçi prezident kürsüsü uğrunda mübarizəyə qoşulmaq üçün öz istəyini ortaya qoyacaq, ən layiqli, güclü siyasətçi qalib gələcək. Mən qarşıdan gələn prezident seçkilərində favorit olaraq İlham Əliyevi görürəm. İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra həm ölkə daxilində, həm ölkə xaricində çox ciddi nüfuz qazanıb, 21-ci əsrin yüksək tələblərinə cavab verə biləcək dövlət xadimi kimi özünü təsdiq edib. Bunu Azərbaycanın dünya miqyasında tanıdılması və nüfuzunun artması xüsusi olaraq qeyd etmək istərdim ki, İlham Əliyevin 2003-cü ildən keçən zaman kəsiyində həyata keçirdiyi siyasət həm Azərbaycanı yüksək inkişaf mərhələsinə çıxarıb, Azərbaycan regionun lider dövləti statusunu qazanıb və bu gün bu statusu daşımaqdadır, həm də onun beynəlxalq səviyyədə nüfuzu, hörməti xeyli dərəcədə artıb ki, bununla bağlı kifayət qədər faktları və arqumentləri gətirə bilərik. Digər namizədlər də təbii ki, prosesə qoşulacaq. Lakin mən bütün namizədlərin üzərində İlham Əliyevin qələbə qazanağına qətiyyən şübhə etmirəm. Çünki İlham Əliyevin Azərbaycan cəmiyyətində böyük nüfuzu var. Ana Vətən Partiyası öz ənənəsinə sadiq olaraq, güclülərin ən güclüsünün seçilməsinin tərəfdarı kimi bir daha qarşıdan gələn növbəti illər üçün İlham Əliyevi prezident kimi görür və təbii ki, öz imkanları daxilində ölkəmizin daha da güclənməsi üçün alternativi olmayan İlham Əliyevin seçkilərdə qalib gəlməsi üçün bütün imkanlarını və qüvvələrini səfərbərliyə alacaq və bu prosesdə fəal iştirak edəcək.




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website