Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Mubariz Qurbanli Yevlaxda vetendaslari qebul edib

Mübariz Qurbanlı Yevlaxda vətəndaşları qəbul edib

19/12/2017

12:45


19 Dekabr, 2017  12:44 xeber – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdədən olan vətəndaşları qəbul edib.
Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, qəbuldan əvvəl M.Qurbanlı və Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, Quran kurslarının təşkil edilməsi və digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar.
Vətəndaşlar M.Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website