S.Erebistani iqtisadiyyati son 8 ilde ilk defe azalib

[r32]

20 Dekabr, 2017  13:43 xeber – “Bloomberg” agentliyi tərəfindən keçirilən konsensus-proqnoza görə, S.Ərəbistanının ÜDM-i 2017-ci ildə 0,5% azalıb. “Report” “Vestifinance.ru” saytına istinadən xəbər verir ki, buna səbəb kimi neft qiymətlərindəki azalma fonunda S.Ərəbistanı hökumətinin sərt iqtisadi siyasət həyata keçirməsi olub. Qeyd edək ki, son dəfə S.Ərəbistanının iqtisadiyyatı 2009-cu ildə azalma ilə üzləşib.
Xatırladaq ki, S.Ərəbistanının neft hasilatı 2017-ci ildə 0,5% azalma göstərərək 10 mln. barel/gündən aşağı düşüb. Büdcə kəsiri 2016-cı ildə ÜDM-in 12,8%-dən 2017-ci ildə 8,9%-ə geriləyib. Bu barədə məlumatı ölkənin Maliyyə Nazirliyinə istinadən “Saudi Press Agency” yayıb.
Növbəti ildə S.Ərəbistanının Maliyyə Nazirliyi neft qiymətlərində azalmaya baxmayaraq dövlət xərclərini 10% artıraraq 260,8 mlrd. dollara çatdırmaq niyyətindədir. Nəticədə, 2018-ci ildə büdcə kəsirinin 52 mlrd. dollara qədər yüksəlməsi ehtimal edilir. Xərclərin artırılması nəticəsində ölkə iqtisadiyyatının 2,7% yüksəlməsi gözlənilir. 

mənbə :
Report.az