22 Dekabr, 2017 03:19 xeber – Bakıda gənc qız bıçaq xəsarətləri alıb.
“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
Üçüncü mikrorayon bazarının yaxınlığında yerləşən kafelərdən birində 1989-cu il təvəllüdlü Məhərrəmova Ramiyyə Nazim qızı döyülüb. O, həmçinin gözünün ətraflarından bıçaq xəsarətləri alıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.