Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Cümhuriyyet: Tiflisden Bakıya geden yol – II YAZI

Cümhuriyyet: Tiflisden Bakıya geden yol – II YAZI

29/05/2015

13:12


29.05.2015 / 13:02 xeber –

 

Əvvəli burada – http://news.lent.az/news/204078

 

Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Gürcüstan hökumətinin tələbi ilə Tiflisdən Gəncəyə köçdü. Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixində ilk hökumət böhranı baş verdi. Bu zaman Batum müqavilələrinin (1918) şərtlərinə əsasən, soyqırımına məruz qalan Azərbaycan xalqının köməyinə gələn və artıq Gəncədə olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə Milli Şura üzvləri arasında fikir ayrılığı yarandı. Hökumətin inqilabi tədbirlər həyata keçirəcəyindən ehtiyat edən Azərbaycan burjuaziyası və mülkədarları nümayəndələrinin işə qarışması və bunun nəticəsində Nuru Paşa ilə Azərbaycan Milli Şurası və Hökuməti arasında ixtilaf yaranması vəziyyəti daha da ağırlaşdırdı. Çətinliklə qazanılmış istiqlalın itirilməsi təhlükəsi yarandı. Mirzə Bala Məmmədzadə bu xüsusda yazırdı: “Nuru Paşa yalnız bitərəflik elan etməmiş, hökumətin və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordusu ilə təşkil edəcəyi hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu “hökumət” isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan ibarət olacaqdı”.

 

İyunun 17-də M.Ə.Rəsulzadənin başçılığı ilə Milli Şuranın keçirdiyi qızğın müzakirələrdən sonra böhran çox çətinliklə aradan qaldırıldı. Nəsiman Yaqublunun sözlərinə görə, Milli Şuranın son iclasında çıxış edən Müsavat lideri M.Ə.Rəsulzadə dedi: «Əfəndilər, hələ səhər iclasını açanda indiki şəraitin necə əhəmiyyətli olduğunu xatırlatmışdım. Əfəndilər, demək istəyirəm ki, Azərbaycan hətta Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq!..”

 

Ölkədə yaranmış real vəziyyəti və konkret tarixi şəraiti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etməyə məcbur oldu: öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış yeni – ikinci Müvəqqəti hökumətə həvalə etdi. Azərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək, o zaman həm də qərara aldı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalı və o vaxta qədər isə Fətəli xan Xoyski hökuməti hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. Azərbaycan Milli Şurası eyni zamanda hökumətin hüquq və səlahiyyətlərini də konkret şəkildə müəyyənləşdirmişdi. Hökumət Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməzdi və aqrar məsələ, həmçinin bu kimi digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə isə hökumətə müstəqil hərəkət etmək səlahiyyəti verilirdi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi. Beləliklə, “iyun böhranı” Milli Şuranın fəaliyyətinin müvəqqəti dayandırılması ilə nəticələndi.

 

İyunun 17-də hakimiyyətə gələn Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq soyqırımı taleyini yaşayan Azərbaycan xalqını tarixin qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu. Vəziyyəti daha da mürəkkəbləşdirən bu idi ki, Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin ermənilərdən ibarət olan silahlı qüvvələri Gəncəyə doğru yürüşə başlamışdılar. Artıq Göyçay ətrafında qanlı döyüşlər gedirdi. Belə bir şəraitdə təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün elə ilk günlərdən qəti tədbirlərə əl atdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti düz 3 ay Gəncədə fəaliyyət göstərdi. Yeni dövlətin ilk addımları məhz bu şəhərdə atıldı. Maraqlıdır ki, Cümhuriyyətin bir sıra liderləri – Nəsib bəy Yusifbəyli (1871-1920), Fətəli xan Xoyski (1875-1920), Həsən bəy Ağayev (1875-1920), Xəlil bəy Xasməmmədov (1875-1945), Şəfi bəy Rüstəmbəyli (1893-1960), İsmayıl xan Ziyadxanov (1867-1920), Adil xan Ziyadxanov (1877-1957), Xudadat bəy Rəfibəyli (1878-1920), Aslan bəy Səfikürdski (1881 – 1937) əslən bu şəhərdən idilər. Dövlət strukturlarının formalaşması da məhz Gəncənin adı ilə bağlı oldu.

Məhz Gəncədə 24 iyun tarixli qərarla ilk dəfə olaraq milli bayrağımız dalğalanmağa başladı. Qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. Professor Şirməmməd Hüseynovun dediyinə görə, bu, əslində Osmanlı imperatorluğunun bayrağı idi. Cümhuriyyət ona görə bu bayrağı qəbul etdi ki, Nuru Paşa Gəncədə  oturmuşdu və onun yanında türk bayrağını dəyişmək olmazdı. Həm də Nuru Paşanın ordusu Qafqaz İslam Ordusu idi, gərək türk  bayrağı olaydı.

 

Məhz Gəncədə 27 iyun tarixli qərarla türk dili Azərbaycanın dövlət dili elan edildi.

Məhz Gəncədə 23 avqust tarixli qərarla Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqda qərar qüvvəyə mindi.

 

Məhz Gəncədə 22 iyun tarixli qərarla taxıl, iribuynuzlu mal-qara və digər ərzaq məhsullarının ölkədən çıxarılması qadağan edildi.

 

Məhz Gəncədə 23 avqust tarixli qərarla Azərbaycan vətəndaşlığı haqqında fərman verildi.

 

Məhz Gəncədə 28 avqust tarixli qərarla məktəblər milliləşdirildi.

 

Məhz Gəncədə dahi Üzeyir Hacıbəylinin başçılığı ilə "Azərbaycan" qəzeti işıq üzü gördü, Gəncənin qədim adı özünə qaytarıldı, Qaryagin qəzası Cəbrayıl adlandırıldı, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü.

 

Məhz Gəncədə dövlətin sosial-iqtisadi, maliyyə əsaslarını yaratmaq, sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili, bank əməliyyatlarının nizama salınması və digər istiqamətlərdə əməli addımlar atıldı.

 

Ən başlıcası, məhz Gəncədə Milli Ordumuzun təşkili sahəsində ilk addımlar atıldı, Azərbaycan dövlətçiliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün real işlər görüldü: hərbi nazirlik, hərbi zavod yaradıldı. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. 26 iyun 1918-ci ildə Azərbaycan dövlətinin ilk nizami hərbi qüvvəsi olan müsəlman korpusu əsasında "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. Əlahiddə Azərbaycan Korpusunun komandirinə general rütbəsi verildi. Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan Silahlı Qüvvələrinin yaradılması demək idi. İyulun 11-də hərbi səfərbərlik elan olundu, hərbi mükəlləfiyyət haqda qərar qəbul edildi, zabit kursları təşkil olundu.

 

Xarici siyasətdə mühüm işlər görüldü: daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri araşdıran Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Komissiya Birinci Dünya müharibəsi (1914-18) dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb, cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə əslində azərbaycanlılara qarşı soyqırımlarına hüquqi qiymət verilməsinin əsası qoyuldu. Komissiya qısa bir vaxtda 36 cild və 3500 vərəqdən, 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimaiyyətinə çatdırmaq üçün konkret işlər gördü.

Tarixən çox qısa vaxt ərzində həyata keçirilən bütün bu tədbirlərə baxmayaraq, Fətəli xan Xoyski hökumətinin başlıca vəzifəsi Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini ölkənin bütün ərazisində bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. Bu isə asan məsələ deyildi. Çünki Qafqaz İslam Ordusunun və Azərbaycan hökumətinin hərbi planlarından xəbərdar olan Stepan Şaumyan Cümhuriyyət Hökumətinə əl-qol açmaq imkanı verməmək üçün Bakı Sovetinin əsasən ermənilərdən ibarət olan yaxşı silahlanmış bolşevik-daşnak qoşunlarına Gəncə üzərinə yürüş əmri vermişdi. 12 iyun 1918-ci ildə Kürdəmir artıq daşnakların əlinə keçmişdi. Lakin iyunun 27-30-da Göyçay uğrunda gedən qanlı döyüşlərdə türk və azərbaycanlılardan ibarət Qafqaz İslam Ordusu bolşevik-daşnak hərbi birləşmələrini darmadağın etdi. İyulun 20-də Şamaxının azad olunması ilə Bakıya yol açıldı. Türk əsgərlərinin Azərbaycan hərbi qüvvələri ilə birlikdə həyata keçirdiyi müzəffər İstiqlal yürüşünün növbəti hədəfi Bakı idi.

 

Bakının düşmən qüvvələrdən azad edilməsi üçün Qafqaz İslam Ordusu ciddi hazırlıq işləri apardı. Ordu müəyyən hazırlığını başa çatdırdıqdan sonra Bakıya doğru hərəkət etmək qərarına gəldi. Bakının şimalındakı Şamaxı və Mərəzə ilə cənubundakı Salyan-Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlərlə ordu arasındakı məsafə də artmışdı. Qızıl Ordu birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şose yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Belə ki, əllərində lazımi ləvazimat yox idi. Nuru Paşa düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. Amma ixtisaslı mütəxəssis tapmaq çətin olduğundan, işlər ləng gedirdi.

 

Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun bildirdiyinə görə, sentyabrın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru Paşa Bakı üzərinə həlledici hücum əmrini imzaladı. Həmin gün axşam Qafqaz İslam Ordusu komandirinin “Sarıxaçlı kilsə istiqamətində irəli” – deyə orduya müraciət əmri verildi. Bu əmr Bakıya qəti hücumun sentyabrın 14-də başlayacağını bildirirdi. Sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış xilaskar ordu Şubanı dağlarından enərək Yasamal yamaclarına çıxdı və əl bombaları ilə düşməni məhv edərək şəhərin girişində dayandı. Otuz saatlıq qanlı vuruşdan sonra ağ bayraqlı avtomobildə İran konsulu ilə birlikdə döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirdi.

 

Bununla da "Sentrokaspi diktaturası" darmadağın edildi və Bakını anti-Azərbaycan qüvvələrin əlindən xilas oldu. Professor Musa Qasımlının bildirdiyinə görə, Nuru Paşa Bakının alınması barədə Azərbaycan hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu Ordu komandanlarına teleqramlar göndərdi. Teleqramların hamısı eyni cümlə ilə başlayırdı: ''Bakı şəhəri 36 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth olunub". İstanbulda olan M.Ə.Rəsulzadəyə telefonla zəng edən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa onu təbrik etdi. M.Ə.Rəsulzadə öz növbəsində Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqı və hökumətini böyük qələbə münasibətilə ilə təbrik etdi. Fətəli Xan Xoyski Nuru Paşanı şəhərin azad edilməsi münasibətilə təbrik edərkən yazırdı: "Millət Sizə minnətdardır".

 

1918-ci il sentyabrın 17-də – Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Cümhuriyyət Hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu.

 

Cavid Cabbaroğlu

tarix üzrə fəlsəfə doktoru

 

Bu yazı "Bakcell" şirkətinin dəstəyi ilə hazırlanıb

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website