23 Dekabr, 2017 03:55 xeber – Bakının Qaradağ rayonunda orta yaşlı kişini qatar vurub.
“Report” xəbər verir ki, hadisə 1977-ci il təvəllüdlü Qafarov Əzim dəmir yol relslərinin üzərindən keçən zaman baş verib.
Yük qatarının vurduğu piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib.
Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.