29.05.2015 / 16:03 xeber –
Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətində yer alacaq idmançıların sayı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bu barədə yığma komandamızın nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva açıqlama verib.
O bildirib ki, millimiz iyunun 12-28-də keçiriləcək yarışda 291 idmançı ilə təmsil olunacaq.
Komandamızın tərkibinə 150 rəsmi də daxil olacaq. Bunlar məşqçilər korpusu və digər rəsmi şəxslərdi.
Mənbə : Lent.az
Şərh yaz.