Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Bu gun ilin sonuncu “El-Klasiko”su kecirilecek – VİDEO

Bu gün ilin sonuncu “El-Klasiko”su keçiriləcək - VİDEO

23/12/2017

07:00


23 Dekabr, 2017  06:52 xeber – Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su keçiriləcək. “Report” xəbər verir ki, XVII tur çərçivəsində “Real Madrid” “Barselona”nı qəbul edəcək.
Əzəli rəqiblərin cari çempionatda “Santyaqo Bernabeu” stadionunda baş tutacaq ilk dueli Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan “Real Madrid” cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 11 xal geri qalır. Lakin “kral klubu”nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi “Atletiko”nu 6 xal qabaqlayır.
Növbəti matç bu kollektivlərin La Liqada 175-ci dueli olacaq. Əvvəlki görüşlərdən 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə “Real Madrid”lə “Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 11-də isə “göy-narıncılar” qələbə qazanıblar.

Turnir Oyun sayı Real M Bareslona Heç-heçə Top fərqi

La Liga 174 72 69 33 284 – 277

Kral Kuboku 33 12 14 7 64 – 63

Liqa Kuboku 6 0 2 4 8 – 13

Superkubok 14 8 4 2 30 – 18

Çempionlar Liqası 8 3 2 3 13 – 10

Yoldaşlıq/ Digər 34 4 20 10 44 – 86

Cəmi 269 99 111 59 443 – 467

La Liqa
XVII tur
23 dekabr
16:00. “Real Madrid” – “Barselona”
Baş hakim: Xose Mariya Sançes Martines
“Santyaqo Bernabeu” stadionu

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website