Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Mingecevirde yol hereketi qaydalarini pozan piyadalara qarsi reyd kecirilib

Mingəçevirdə yol hərəkəti qaydalarını pozan piyadalara qarşı reyd keçirilib

23/12/2017

08:00


23 Dekabr, 2017  07:58 xeber – Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki reyd keçirib.
Bu barədə “Report”un Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Şəki regional qrupundan məlumat verilib.
Reyd zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla DYPB-nin əməkdaşları tərəfindən maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.
Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website