Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Siyavuş Novruzov: "Hamı Avropa Oyunlarına destek verdi, iki partiyadan başqa" – MÜSAHİBƏ

Siyavuş Novruzov: "Hamı Avropa Oyunlarına destek verdi, iki partiyadan başqa" – MÜSAHİBƏ

30/05/2015

13:12


30.05.2015 / 13:02 xeber –

“Nə məsələdir, bunlar niyə narahatdır?”

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş NovruzovunAPA-ya müsahibəsi.

 

– Parlament seçkiləri qabağı ölkədəki ictimai siyasi durumu necə qiymətləndirərdiniz? YAP seçkilərə necə hazırlaşır ?

 

– Azərbaycanda hazırkı ictimai – siyasi durum çox normaldır. Avropa Oyunlarına hazırlığı başa çatdırıb, oyunların başlanmasını gözləyirik. İnsanlarda bununla bağlı coşqu, ruh yüksəkliyi var. Bu tədbirin də mahiyyətini dərk edən hər bir azərbaycanlı bilir ki, xalqımızın, adət – ənənələrimizin, mədəniyyətimizin, musiqimizin, bir sözlə, təbliğat üçün çox vacib olan tədbirdir. Dünyanın bir çox ölkələri bu tədbiri işıqlandıracaq, gələn çoxlu qonaqlar, idmançılar Azərbaycanla yaxından tanış olacaq. Onlarda bu tanışlıqlarını öz dostları ilə paylaşdıqda erməni lobbisi tərəfindən haqqımızda yaradılan mənfi fikirlər də aradan qalxacaq. Onlar hər şeyi burada öz gözləri ilə görəcəklər.

 

Oyunlardan sonra yaxınlaşacaq parlament seçkilərinə gəldikdə isə, Konstitusiyamıza uyğun olaraq noyabr ayının birinci həftəsinin bazar günü seçkilər keçiriləcək. Yəni noyabrın 1-i Azərbaycanda parlament seçkiləri günü olacaq. Təbii ki, parlament seçkiləri də insanların fəallaşmasına, siyasi ab -havanın kəskinləşməsinə gətirib çıxaracaq. Ona görə də dünyanın hər yerində olduğu kimi seçki ili fəal il kimi hesab olunacaq. Seçkilərin keçirilməsi ilə bağlı kifayət qədər qanunvericilik bazası, təcrübə, texnologiya var və görünən odur ki, çoxlu sayda siyasi partiya, ayrı – ayrı fərdlər öz namizədlərini irəli sürəcəklər. Çox yüksək rəqabətli seçkilər keçiriləcək. Azərbaycanda da namizədin qeydə alınması üçün qanunvericilik sadədir. Bir vətəndaş müraciət edərək 450 imza toplamaqla artıq namizədliyini qeydiyyata aldıra bilər.

 

YAP da öz seçki planına uyğun olaraq fəaliyyətini həyata keçirir. Artıq bir sıra işləri yekunlaşdırmışıq. Bir neçə məsələlər qalır ki, bununla bağlı da işlər gedir. Bizim rayon-şəhər təşkilatlarının toplantısı olacaq. Bu toplantıda seçki ilə bağlı konkret məsələlər onların qarşısında qoyulacaq. Bunlar seçki qərargahlarının yaradılması, imza toplayacaq şəxslərin müəyyən olunması, onların treninq və sairdir. Növbəti iki ay ərzində, avqustun 1-ə qədər bu texniki məsələləri həll edib artıq hansı dairədən kimlərin namizədliyi irəli sürülməli olması məsələsinə baxılacaq. Burda bir məsələ də var. YAP ilə digər partiyalar namizədlər irəli sürürlər. Biz indi onları da təqib etməliyik ki, ola bilsin ki, operativ dəyişikliklər edək, o dairələrdə onlardan irəli sürüləcək namizədlərə alternativ kimləri irəli sürəcəyimizi bilək. Yəni ola bilsin ki həmən dairələrdə son anda bəzi yerdəyişmələr olsun.

 

– YAP namizədlər siyahısında hazırkı deputat siyahısından fərqli şəxslərin olması gözlənilir ?

 

– Bizim son parlament seçkilərində namizədlərimizdən 71 nəfər seçilmişdi. Onlardan bir neçəsi dövlət vəzifəsinə təyinat aldığı üçün mandatını təhvil verdi, biri dünyasını dəyişdi, digəri isə mandatdan məhrum edildi. İndi biz də bunu nəzərə alaraq,  ümumiyyətlə, növbəti parlament seçkiləri ilə əlaqədar partiyada araşdırmalara başlamışıq. Araşdırmaları apardıqca orada bir neçə istiqamətdə bəzi məsələləri həll edirik. Bunlar partiyanın yerli təşkilatlarının bizi parlamentdə təmsil edən şəxs barədə rəyi, ona seçicilərin münasibəti, xarici beynəlxalq təşkilatlarda təmsilçiliyi, ictimaiyyət tərəfindən qəbul olunması, partiya fəallığı, dövlətçiliyə sədaqət məsələsi kimi bütün məqamlardır. Bunlar tərəfimizdən araşdırılır və tam araşdırma başa çatdıqdan sonra YAP-ın rəhbər orqanında müzakirə olunub qərar veriləcək.

 

YAP sıralarında kifayət qədər fəal, intellektual gənclər var. Biz növbəti parlament seçkilərində onların da namizədliyi ilə bağlı düşünürük.

 

– Apardığınız araşdırmaların indiki mərhələsində etimadı doğrultmayan parlament təmsilçinizin olması qənaətiniz varmı?

 

– Bəli, var. Apardığımız araşdırmanın artıq bəlli olan müəyyən nəticələri var və aşkar olunub ki həmən şəxsin yerlərdə də növbəti dəfə namizəd olmasını seçicilər də istəmir. Belə şəxslər var və bunlar çox deyil, konkret müəyyən fərdlərdir. Hələ ki adlarını açıqlamasam da, bu məsələ sonda dediyim kimi partiya rəhbərliyi tərəfindən müzakirə olunacaq. Hətta elə insanlar da var ki, bu müddət ərzində deputat kimi beynəlxalq təmsilçilikləri yaxşı olub, amma yerlərdə müəyyən dərəcədə problemləri var. Biz bunları da nəzərə alacağıq ki, beynəlxalq aləmdə Azərbaycanın təmsilçiliyi vacib şərtlərdən biridir.

 

– Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı beynəlxalq aləmin mövqeyi birmənalı deyil. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycana qarşı antipiar kampaniyası aparır. Bu barədə nə deyə bilərsiniz?

 

– Bu, Azərbaycanın nüfuzunun artmasından, ictimai-siyasi sabitliyin yüksək səviyyədə olmasından, xalq ilə iqtidarın bir yerdə olmasından və sair irəli gəlir. Bütün bunlar təbii ki onları narahat edir. Təsəvvür edin, qısa müddət ərzində Azərbaycan Avropa Oyunlarının keçirilməsi üçün çox böyük işlər gördü və hər bir sahə üçün yeni idman qurğuları tikildi. Bundan qabaq da çoxlu sayda idman qurğularımız vardı. Azərbaycanda kifayət qədər dünya çempionatı, Avropa çempionatları və digər beynəlxalq yarışlar keçirilib. Yəni Azərbaycanın kifayət qədər potensialı var və bu imkan verdi ki qısa müddət ərzində Avropa Oyunları ilə bağlı bu qədər iş görülsün. Eyni zamanda Azərbaycanda digər xarakterli məşhur forumlar, beynəlxalq konfranslar da keçirilir. Burada tanınmış siyasətçilər, məşhur insanlar iştirak edir və onlar Azərbaycanın nəinki regionun, artıq Avropanın aparıcı ölkələrindən birinə çevrildiyini etiraf edirlər.

 

Burda ən əsas şərtlərdən biri Azərbaycanın müstəqil siyasət yeritməsidir. Azərbaycan heç bir bloklara qoşulmur, hər bir beynəlxalq təşkilat və ya dövlət ilə bərabərhüquqlu əməkdaşlıq edir. Bu da təbii ki bəzi qüvvələri çox narahat edir. İlk növbədə erməni lobbisini narahat edir, eyni zamanda onların himayədarlarını,havadarlarını çox narahat edir. Azərbaycan haqqında real olmayan müxtəlif qara yaxma kampaniyaları aparırlar. Avropa Parlamentinin sədri Martin Şultz iyunun 10-da dinləmələrin keçiriləcəyini və mövzunun da “İdman və insan hüquqları” olacağını elan edib. Mövzunun obyekti də Azərbaycandır. İyunun 12-də də Azərbaycanda Avropa Oyunlarının açılışıdır. Deməli, burada artıq “xoruzun quyruğu” görünür. Nə məsələdir? Bunlar niyə narahatdır? Çünki artıq bəyanatlar gəlib ki, 20-dən artıq ölkənin başçısı, o cümlədən tanınmış parlamentarilər, dövlət nümayəndələri, tanınmış şəxslər Azərbaycanda keçiriləcək bu oyunların açılışında iştirak edəcək. Bu da bunları təbii ki ciddi narahat edir. Erməni lobbisi istəmir ki, Azərbaycanın belə mötəbər təbirə ev sahibliyi alınsın. Ona görə də bunlar kimi qüvvələri ortaya salır və insan hüquqlarını, demokratiyanı da bəhanə edirlər. Fikir verin, bu günlərdə keçirilən Riqa sammitində əsas istiqamət ərazi bütövlüyü, suverenliyin tanınması və sair idi. Amma burda başladılar Azərbaycanın əleyhinə çıxışlar etməyə, Azərbaycanın ərazisini işğal edən, terror hadisələri törədən, Xocalı soyqırımı kimi hadisəni törədən Ermənistan isə tərifləndi. Yaxud da bunların əsas hədəf nöqtəsi Ukrayna idi isə, fikir vermədilər ki, bu gün Ermənistan, Şimali Koreya Krımı Ukraynanın ərazisi kimi tanımır, Amma Azərbaycan tanıyır və BMT-də Ukraynanın ərazi bütövlüyünə açıq şəkildə dəstək oldu. Bütün bunlara baxmayaraq bu sammitdə həmən Şultz Ermənistanda demokratiyanın inkişafından danışdı. Hansı ki Ermənistanda parlamenti iclası zamanı girib neçə deputatı güllələyiblər, prezidentliyə namizədi güllələdilər, iki pasportu olanı prezident seçdilər, bu ölkədə insan hüquqları hər addımbaşı pozulur, bura sözün əsl mənasında bir hərbi xuntadır. Beləliklə, bu təşkilatları Ermənistana bütün bunlardan sonra belə münasibətdə yanaşması artıq Avropanın fundamental dəyərlərindən kənara çıxır və irqi, milli, dini ayrı seçkiliyə yol verirlər. Ona görə də onların nə məsələ qaldırmasına fikir vermək lazım deyil.

 

Bundan başqa, bəziləri də Azərbaycana təbii resursları ilə bağlı diktə etmək istəyirlər. Amma Azərbaycan özü xalqın iradəsinə əsasən qərar verir və verəcək ki, məsələn TANAP haradan keçməlidir, digər layihələr haradan keçməlidir. Çünki Azərbaycan dövləti öz xalqının rifahı üçün bu layihələri həyata keçirir. Bəziləri isə bu təbii sərvətlərdən güzəştli şəkildə istifadə etmək istəyir. Biri boru vasitəsi ilə istifadə edib oradan pul götürmək istəyir, digəri ucuz almaq istəyir, digərlərinin şirkətləri istəyir gəlsin burda məşğul olsun və sair. Bu kimi dövlətlərdən maliyyələşənlər də onların istəklərinə çatması üçün Avropa Oyunları kimi tədbirlərdə aktiv olaraq buna kölgə salmağa çalışırlar. Amma Azərbaycan iqtidarı xalqı ilə birdir və bunlar bizə qarşı heç nə edə bilməzlər. Xalq öz prezidentini dəstəkləyir.

 

– Azərbaycanda müxalif düşərgədən oyunlarla bağlı antipiar aparanlar var.

 

– Bu yaxınlarda start götürən və mütəmadi keçirilən iqtidar – müxalifət görüşündə Azərbaycanda qeydiyyatdan keçmiş, cəmiyyət arasında kifayət qədər çəkisi olan, parlamentdə təmsil olunan və ya olunmayan siyasi partiyalar aktiv iştirak edirlər. Bir çox məsələlər müzakirə edirlər və son müzakirə də Avropa Oyunları ilə bağlı oldu. Onların hamısı Avropa Oyunlarına dəstək verdilər. Amma təkcə iki partiyadan başqa – AXCP və Müsavat. Bunların da burada iştirak etməyərək belə etmələrinin səbəbləri var. Birincisi, AXCP artıq Azərbaycan xalqının və cəmiyyətinin maraqlarını təmsil etmir. Heç öz partiya üzvlərinin də maraqlarına xidmət etmir. Bu partiyanın rəhbəri Əli Kərimli və ətrafı artıq erməni lobbisinin, erməni lobbisi təsiri altında xaricdəki qeyri-hökumət təşkilatlarının, o cümlədən ayrı-ayrı ölkələrin kəşfiyyat idarələrinin buradakı təmsilçisinə çevriliblər. Onlar nə deyirlərsə, bunlar da burda onu təkrar edirlər və onlar tərəfindən də maliyyələşirlər. Müxtəlif QHT yaratmaqla o maliyyəni alırlar və bunun da əsas hissəsi iğtişaşların törədilməsinə, kütləvi aksiyaların keçirilməsinə yönəldirlər. Yəni, AXCP tapşırıqla fəaliyyət göstərən partiyadır.

 

Onlar bütün bunları ayrı-ayrı ölkələrin kəşfiyyat xidmətləri ilə birgə edirlər. Azərbaycanda keçirilən bütün mötəbər tədbirlərdə bunlar bu rolu oynayıblar. Bir sözlə, AXCP-dən indi bir alət kimi istifadə edirlər.

 

Müsavat Partiyasına gəldikdə isə, bu partiya artıq dağılıb. Əslində buna partiya demək olmaz. Legitimliyi artıq yoxdur. Qeyri-qanuni bir qurultay keçirməyin nəticəsində partiya dağıldı. Parçalanan iki hissədən ən böyüyü tamamilə partiyadan uzaqlaşıb getdilər. Hansı ki, onların tam əksəriyyəti partiyanı quranlar idi. İndi isə orda qalanlar ordan-burdan yığışanlardır ki, onların da heç bir legitimliyi yoxdur. Xalq arasında, ictimaiyyətdə nüfuzları sıfıra bərabərdir. Bu partiya qısa müddətdə tarixin arxivinə gedəcək.

 

– Amma Müsavatda baş verən parçalanmaları bir çoxları iqtidarın ssenarisi kimi təqdim edir. Buna nə deyərdiniz?

 

– O partiyada əsas etibarı ilə söz azadlığı, fikir azadlığı pis formada pozuldu. Elə vəziyyət yarandı ki, kim obyektiv fikir söyləyirdisə ona iqtidarın adamı damğasını vuraraq dərhal partiyadan uzaqlaşdırıldı. Hətta Müsavatın yaradıcıları artıq o damğa ilə partiyadan uzaqlaşdırılıb. O partiya məhz belə dağılıb yox oldu. Əvvəla, iqtidarın adamı olmaq xalqın, dövlətin adamı olmaq deməkdir. Əsas odur erməninin adamı olmayasan, xaricdə “şirnikləndirinb ötürənlərin” adamı olmayasan. Amma bunlar onların adamı olmağı özlərinə şərəf bilirlər, iqtidarın adamı olmağı isə hansısa bir qəbahət hesab edirlər. Əslində, bu tərsinə olmalıdır. İqtidarla kimsə əməkdaşlıq yolu tutursa bu çox normal haldır. Bütün dünyada belədir ki, ayrı-ayrı partiyalar dövlətin idarə olunmasında dolayı formada iştirak edirlər. Amma bunlar əksinə: iqtidarla kimsə ünsiyyətə girirsə, dərhal ona xain gözü ilə baxırlar. Çünki dediyim kimi, bunların ixtiyarı özlərində deyil. Əgər onlara sahibləri "get iqtidar ilə dialoqa gir" desələr, onlar hamıdan birinci gəlib o masanın ətrafında oturacaqlar. Görünür, bu komanda hələ bunlara verilməyib.

 

– Son günlər banklara kredit borcu olan iş adamları həbs edildi. Siz bu prosesi izləyirsinizmi və nə deyə bilərsiniz?

 

– Bu məsələ bir daha onu göstərir ki, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Kimsə kredit götürüb qaytarmayıbsa, xalqın, dövlətin vəsaitini mənimsəyibsə, cavab verməlidir. Mənimsədiyini geri qaytarmalıdır. Cənab prezident bütün çıxışlarında istər məmurlara, istər digər şəxslərə bildirir ki, hər şey xalq üçün, cəmiyyət üçün olmalıdır. Tikilən, qurulan hər şey xalqın olmalıdır. Axı həmin şəxs vəzifəyə təyin olunmur ki, xalqı qapı arxasında saxlasın. Əksinə, vəzifəyə təyin olunur ki, xalqın problemlərini həll etsin. Xalqı dövlətdən narazı salmasın, əksinə, razı salsın. İnsanlar bizdən razı qalmalıdır. Həmin şəxslərdən də kimsə bu prinsipə əməl etməyəcəksə, o həm tutduğu vəzifədən azad olunacaq, həm də cəzalanacaq. O ki qaldı hansısa iş adamının vəsaitləri mənimsəməsi ilə bağlı bu hadisələrə, birmənalı olaraq o dövlətdən götürdüyü vəsaiti qaytarmalıdır. Çünki o həmin vəsaiti götürəndə bunu dərk etməliydi. İndi də hüquq-mühafizə orqanları bunu araşdırır, hər şeyi həll edəcəklər.

 

Onların arasında elələri var ki, bir vaxtlar hakimiyyətə yaxın olan adamlar kimi adları çəkilir. Amma yenə deyirəm, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında cavab verir.  Əgər o bunu pozaraq bu əməli edibsə, deməli, mənsub olduğu xəttə xəyanət edib.

 

 – Parlamentin üzvləri arasında da bu işdə adları çəkilən oldu…

 

– Deputatlar qanunun tələbinə uyğun olaraq toxunulmazdırlar. Onlardan kimsə istintaqa çağırılması üçün Milli Məclisin razılığı əsasında baş prokurorun sanksiyası olmalıdır. Bu işdə isə bununla bağlı bizdə Milli Məclisdə kimləsə bağlı heç bir məsələ olmadı. Eyni zamanda qanuna görə deputatın sahibkarlıq fəaliyyəti ilə məşğul olması da qadağandır.

 

Amma ola bilər ki, deputatlardan kiminsə övladı, yaxud yaxın qohumu məşğul olur. Ola bilər ki, onlara görə hansısa deputatın bu məsələ ilə bağlı nəsə problemi olsun. Amma mən bu barədə heç nə eşitməmişəm. 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website