Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Heqiqi Ştirlits olubmu? – MƏXFİ SƏNƏDLƏR

Heqiqi Ştirlits olubmu? – MƏXFİ SƏNƏDLƏR

30/05/2015

15:28


30.05.2015 / 15:25 xeber –

Uzun illər Leonid İliç Brejnevin köməkçisi işləmiş Andrey Andreyeviç Aleksandrov-Agentov artıq qocalmış şefi haqqında maraqlı əhvalat danışmışdı: “Brejnev kinoya baxmağı çox sevirdi, xüsusilə rejissor Tatyana Lioznovanın məşhur "Baharın on yeddi anı" filmini dəfələrələ izləyirdi. Həyatının sonuna yaxın Brejnev artıq xəstəliyi səbəbindən çox vaxt reallıqla xəyal arasındakı həddi görə bilmirdi. Bir dəfə sevdiyi "Baharın on yeddi anı" filminin növbəti nümayişindən sonra soruşur ki, biz kəşfiyyatçı Ştirlitsi necə mükafatlandırmışıq? Brejnevin sualı çaşqın sükutla müşayiət olunur. Bu süküta Brejnev özünəməxsus cavab verib: "Sizin sükutunuzdan belə başa düşdüm ki, təltif edilməyib. Ştirlitsə Sovet İttifaqı Qəhrəmanı adı verilməsini təklif edirəm".  Yaranmış çətin vəziyyətdən o zaman sovet rərbərliyi çıxış yolunu SSRİ Xalq artisti Vyaçeslav Tixonova Sosialist Əməyi Qəhrəmanı adı verməklə tapır…

 

Bu filmi təkcə böyük sovet rəhbəri sevmirdi. Gözəl aktyor Vyaçeslav Tixonovun yaratdığı bu obraz bütün sovet vətəndaşlarının qəlbini fəth etmişdi. Filmin tamaşaçıları tez-tez soruşurdular: “Real həyatda Maksim İsayev, qeyri-leqal kəşfiyyatçı Ştirlits və ya onun prototipi mövcud olubmu? “Baharın on yeddi anı" əsərinə son söz olaraq, müəllif Yulian Semyonov yazmışdı: "Şübhəsiz ki, Ştirlits bədii ümumiləşdirmiş obrazdır, daha doğrusu uydurmadır. Bütün bu hadisələrdə yalnız Ştirlits yox idi. Qərb müttəfiqlərinin almanlarla danışıqları faktı isə həqiqətdə olub."

 

 Maksim İsayev heç bir halda yüksək rütbəli SS hərbi qulluqçusu ola bilməzdi. Əslində alman komandanlığı belə yüksək xidməti pilləyə yaxınlaşan hər kəsi diqqətlə yoxlayırdı. Adamın tərcümeyi-halındakı bütün qaranlıq məqamlar, irqin təmizliyi, qohumları yoxlanılırdı. Hətta yüz il əvvəlin arxivlərı qaldırılırdı. SSRİ-də anadan olan Sovet kəşfiyyatçısı heç vaxt Gestaponun aparıcı fiqurlarından biri ola bilməzdi. Ancaq real həyatda bu aparatda işləmiş və onun sirlərini yaxşı bilən adam mövcud olub. O, peşəkar sovet kəşfiyyatçısı olmasa da, etibarlı casus idi.Bu, damarlarında təmiz alman qanı axan, təxəllüsü “Braytenbax” olan Vilhelm Leman idi. Villi Lemanın adı ictimaiyyətə bu yaxınlarda məlum olub. Gestapoda faşist Almaniyasının müdafiə sənayesi və ordu quruculuğuna başçılıq edən bu heyrətamiz insan, 12 il Moskvaya faşizmin dünyada hökmranlığını bərqərar etmək üçün hazırladığı irimiqyaslı planlarını, həmçinin yeni texniki tədqiqatlar haqda qiymətli məlumatlar ötürür.

 

Əks-kəşfiyyatçı

 

O, 1884-cü il martın 15-də Leypsiqdə dünyaya gəlib. Lemanın valideynləri təmiz alman idilər, atası müəllim işləyirdi və ailələri ziyalı ailəsi hesab olunurdu. On yeddi yaşına çatan gənc Leman könüllü surətdə hərbi-dəniz donanmasına daxil olaraq, orada on ilə yaxın xidmət göstərir. O, bu müddət ərzində çoxsaylı uzaq səfərlərdə iştirak edir və hətta ruslarla yaponlar arasındakı Çemulpo döyüşünün də şahidi olur. Villi Leman ordudan artileriyaçı-felfebel rütbəsində tərxis olunduqdan sonra Berlin polisində işə düzəlir. Oradakı vicdanlı və bacarıqlı işınə görə onu Berlin polis-prezidiumundakı əks-kəşfiyyat bölümünə köçürürlər. Birinci Dünya Müharibəsi zamanı və ondan sonrakı dövrlərdə də Villi Leman özünü ağıllı və qabiliyyətli kəşfiyyatçı kimi göstərərək, vəzifəsində yüksəlir, çox mühüm təhqiqatlar aparır və həmin bölmənin bütün işləri barəsində tam praktik məlumata malik olur.

 

 

Tezliklə Birinci Dünya müharibəsi başlayır. Leman bu müharibədə 3-cü dərəcəli Dəmir Xaçla təltif olunur. Bununla rəhbərlik onun qeyri-qanuni xarici casusların aşkarlanıb həbs edilməsi sahəsində xidmətlərini dəyərləndirmiş oldu. O dövrdə Leman artıq əks-kəşfiyyatda işləyirdi. Villi Leman 1929-cu ildən Sovet İttifaqı üçün casusluq edib. Onun bunu pula hərislikdən və ya nasistlərə qarşı kəskin nifrətindən etdiyini demək çox çətindir. Qeyd edək ki, sovetlər o dövrdə onun xeyrinə casusluaq edənləri yaxşı mükafatlandırırdı. Bir müddət sonra Almaniyada Lemanın böyük antipatiyayla yanaşdığı Hitler tərəfdarları fəallaşmağa başlayırlar. Lemanın məxfi əməkdaşlığa cəlb edilməsi işini, əvvəllər xeyli sayda qüsursuz əməliyyatlar və mürəkkəb işlərin öhdəsindən uğurla gəlmiş tanınmış sovet kəşfiyyatçısı Vasili Zarubin yerinə yetirirdi. 1929-cu ildə Moskva Lemana A-201 casus nömrəsini və gizli “Braytenbax” ləqəbini verir.

 

 

Gestapoda sovetlərin adamı

 

 

 

Villi Leman alman əks-kəşfiyyatında işə hələ yenicə başlamışdı. 1933-cü ildə nasistlər hakimiyyətə gəlir, ölkə böyük miqyaslı müharibə hazırlığına başlayır. Tezliklə Hitler gizli polisi – Gestaponu yaradır. Villi Lemanın başçılıq etdiyi əks-kəşfiyyat idarəsini isə Gestaponun tərkibinə keçirirlər. Bundan əlavə o, sovet nümayəndələrinin məsləhəti ilə nasist partiyasına üzv olur. Bir müddət sonra Lemanın rütbəsini artıraraq, SS-ə götürürlər. Beləliklə, alman Villi Leman Gestapoda SSRİ-nin adamına çevrilir. Sovet kəşfiyyatı alman casusunun mükafatını artırır, indi onun verəcəyi məlumat olduqca dəyərli idi. Leman SS-in əməliyyatları, şifrələr, kodlar, gizli yazışmalar və s. haqqında məlumatlar verirdi. Yazışma teleqraflarında istifadə olunan Gestapo şifrlərinə açarı Moskvaya məhz Leman çatdırıb. Bu şifrə açarları ilə Lubyankada Gestaponun xidməti yazışmalarını oxumaq imkanı qazanılır. Sovet səfirliyi onun təhlükəsizliyi haqqında da fikirləşir: Leman üçün ölkəni təcili tərk etməsi üçün pasport və lazımi təhlükəsizlik siqnalları da işlənib hazırlanmışdı. Bundan əlavə o, Almaniyada fəaliyyət göstərən sovet casuslarının bir çox əməliyyatlarda iştirakının təhlükəsizliyini təmin edirdi. 1935-ci ildə Leman SSRİ-ni mühəndis Verner fon Braunun maye yanacaqlı uzaqvuran raketlər üzərində işə başladığı haqda məlumatlandırmışdı. Həmçinin bu dəyərli casus sovet kəşfiyyatına Almaniyanın raket sınaqları üçün 5 poliqonu, xüsusilə gizli, ciddi qorunan Demerits düşərgəsi haqda məlumatlar ötürmüşdü.

 

Onun ötürdüyü məlumatlar müharibə dövründə sovet hərbi texnikasının inkişafında böyük rol oynadı. Leman Moskvanı Almaniyada istehsal olunan yeni silah növləri – zirehli nəqliyyat vasitələri və özüyeriyən silahlar, tamamilə metaldan hazırlanmış qırıcılar, sinirləri iflic edən zəhərli maddələr kimi mühüm şeylər haqda məlumatlandırmışdı. Leman bir-birindən dəyərli məlumatlarını göndərməyə davam edərkən, qorxunc hadisələr baş verməyə başladı – SSRİ-də başlayan repressiya dalğası xarici kəşfiyyatdan da yan keçmir.

 

1938-ci ildə Sovet təhlükəsizlik orqanının rəhbəri Beriya, Lemanla əlaqəni təmin edən Zarubin və digər kəşfiyyatçıları geri çağırır. Zarubin sağ qalsa da, işdən uzaqlaşdırılır. Bir çox başqa kəşfiyyatçı ya güllələnir, ya da həbs düşərgələrinə göndərilir. Nəticədə Almaniyadakı sovet kəşfiyyatı alt-üst olur, Lemanla əlaqə pozulur. O özü isə bu zaman uğurla SS-dəki xidmətinə davam edirdi. Hitler höküməti onu yüksək qiymətləndirirdi. Qeyd edək ki, Leman birbaşa Gestaponun rəhbəri Henrix Müllerə tabe idi. Bununla da Lemanın sovetlərlə əlaqəsi kəsilir.

 

Bir müddət sonra Leman həyatını təhlükə altında qoyaraq, sovet səfirliyinin poçt qutusuna bir məktub atır və onunla əlaqə yaradılmasını xahiş edir. Məktub Kremlə çatdırılır və 1940-cı ilin avqustunda Lemanla əlaqə yaratmaq üçün sovet kəşfiyyatçısı Aleksandr Korotkov Berlinə göndərilir. Görüş zamanı Leman Korotkova bir sıra mühüm materiallar verir. Daha sonra isəLemanla kəşfiyyatçı Boris Juravlyov əlaqə yaradır. Leman mütəmadi olaraq ona gizli məlumatlar göndərir. 1941-ci ildə o, SSRİ-nın ərazisində aparılacaq müharibəyə hazırlıq, həmçinin Sovet İttifaqı ilə qonşu ölkələrin sərhədinə ordu cəmləşdirilməsi haqda məlumatlar verir. Sovet İttifaqına hücumdan üç gün əvvəl Juravlyov Lemanla yenidən görüşür. Leman alman ordusunun SSRİ-yə hücum edəcəyi vaxtı da deyir – 22 iyun 1941-ci il, saat 3-də. O, həmçinin Berlindəki sovet səfirliyinin zəbt olunacağını da bildirir. Juravlyov dərhal məlumatı Mərkəzə çatdırır, məlumat həmin dəqiqə Stalinə verilir. Lakin, növbəti dəfə o, casusun məlumatını şübhə altına alır, dəyərli məlumat hədər gedir. Lemanın dedikləri öz sübutunu tapdıqca onun məlumatlarının 100 faiz doğru olduğu ortaya çıxdı. Lakin artıq gec idi, müharibənin başlanması ilə Lemanla əlaqə həmişəlik pozuldu.

Uzun müddət Lemanın sonrakı taleyi sirr olaraq qalır. Müharibə bitdikdən sonra itmiş qiymətli agent yenidən yada düşür. Müharibədən sonra, sovet kəşfiyyatçıları nasist arxivlərini araşdırarkən, SS-in hauptşturmfüreri Villi Lemanın yarıyanmış qeydiyyat kartını tapırlar. Ordakı qeydlər Lemanın həbsi və o dövrün ən qorxunc həbsxanası sayılan “Plettsenzee”yə göndərilməsi ilə bitir. Lakin yəqin ki, Leman bu qorxunc yerdə uzun müddət əzab-işgəncə görməyib, güman ki, SSRİ ilə əməkdaşlıq edən yüksək çinli SS hərbi qulluqçusu haqda məlumatın yayılmaması üçün onu dərhal güllələyiblər.Gestapo arxivlərində sənədlərin içindən ”Braytenbax” işi ilə əlaqədar olan arayışda deyilir ki, o, Sovetlərin Almaniyanın arxa cəbhəsinə atdığı və gestapo tərəfindən yaxalanmış ”Bek”adlı casus tərəfindən ələ verilib.

 

Sonralar məlum olacaq ki, onu ələ verən sovetlər tərəfindən Leman ilə yenidən əlaqə qurmaq üçün Almaniyaya göndərilən sovet kəşfiyyatçılarından biri idi. Sonralar axtarış zamanı gestaponun sənədləri içində Villi Lemanla əlaqədar heç bir istintaq və ya məhkəmə işinə rast gəlinməyib. Onun izi tamamilə itirilib. Müharibədən sonra Lemanın həyat yoldaşı Marqarita Sovet əməkdaşlarına söyləyib ki, 1942-ci ilin dekabrında onun ərini təcili işə çağırırlar və o, bir daha geri qayıtmayır. Sonradan onun xidməti yoldaşlarından biri Villinin Gestapoda güllələndiyini bildirmişdi.

 

Həqiqi Ştirlits – Villi Leman

 

Sovet İttigaqında da onun kimliyi və casus fəaliyyəti gizli saxlanılıb. ”Braytenbax” agentinin fəaliyyəti haqda sənədlər yalnız 2009-cu ildə məxfilikdən azad edilib. Faşizm üzərində qələbənin 65-ci ildönümü ərəfəsində bu məxfi sənədlər tanınmış tarixçi, kəşfiyyat sahəsində ekspert Teodor Qladkovun işıq üzü görmüş "Əlahəzrət agent" kitabına daxil edilib. Lakin doğrudanmı Villi Leman Yulian Semyonovun məşhur qəhrəmanının prototipi idi? Axı yazıçı bu əsəri yazanda Leman haqda sənədlər hələ məxfilik qrifi altında saxlanılırdı və təbii ki, müəllifin bu sənədlərdən xəbəri ola bilməzdi…

 

Lakin burda iki vacib nüans var. Ola bilər ki, onun ifşa olunması Gestaponun rəsmi sənədlərində yazıldığı kimi deyil. Çünki, Valter Şellenberq öz memuarlarında yazır ki, gestaponun özəyində uzun illər Reyxin düşmənlərinə mühüm məlumatlar ötürən sovet cacusu ifşa olunmuşdu. Onu təsadüfən ifşa ediblər: belə ki, onun rabitəçisinin həkimə ehtiyacı olub və narkoz altında bilmədən, Moskva əlaqələri haqda danışıb. Həkimlər isə dərhal bu barədə Gestapoya xəbər veriblər. Semyonov Şellenberqin memuarları ilə tanış idi. Əgər xatırlayırsınızsa, Ştirlits də rabitəçisinin həkim müdaxiləsindən sonra çox çətin vəziyyətə düşmüşdü… Bundan başqa, bütün həqiqi sovet agentlərindən məhz Leman, Maksim İsayev kimi, yüksək vəzifə tutmuş və Almaniyanın taleyini həll edənlərlə əhatə olunmuşdu…

(analitik.az)

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles