Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

XİN: Azerbaycan ATET-in monitorinq missiyasinin uzvlerinin sayinin artirilmasi ideyasini musbet deyerlendirir

XİN: Azərbaycan ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması ideyasını müsbət dəyərləndirir

28/12/2017

11:30


28 Dekabr, 2017  11:23 xeber – “Azərbaycan ATƏT-in monitorinq missiyasının üzvlərinin sayının artırılması ideyasını müsbət dəyərləndirir. Amma bu, Dağlıq Qarabağ münaqişəsiylə bağlı substantiv danışıqlarla paralel aparılmalıdır və ATƏT-in Minsk qrupunun səylərinə töhfə verməlidir”.
“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
“Biz Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərinə riayət edəcəyini və ilk növbədə qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaracağını gözləyirik. Cenevrədə keçirilən görüşdən sonra danışıqların substantiv axarda davam etməsini müsbət dəyərləndiririk”, – H.Hacıyev bildirib.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website